380x80 400x80

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

"Qadına yaxın" rubrikası

İncəsənət

13.02.2018 | 20:50 Oxunub: 214


Nuranə ABBASOVA

Parafraz Nuranə Abbasovanın təqdimatında "Qadına yaxın" rubrikasını təqdim edir.

Hər həftə dünya tarixində iz qoymuş bir qadının həyat hekayəsi ilə tanış olacaq, özünüzü ona az da olsa, yaxın hiss edəcəksiniz.

Bugünkü araşdırmada aktrisa, italyan rejissor və aktyor Adriano Çelentanonun həyat yoldaşı Klaudiya Moriyə yaxın olmağa çalışacağıq.


“Bir-birimizi bu gün də əvvəlki kimi sevirik” – bu romantik sözləri Adriano Çelentano ilə Klaudiya Mori evliliklərinin qızıl ildönümündə demişdilər...

Onların sevgi tarixçəsi təxminən yarım əsr bundan əvvəl – 1963-cü ildə “Bir qəribə insan” filminin çəkilişi zamanı başlayıb. Hər ikisi filmdə baş rolda çəkilmişdi. Həmin dövrdə Çelentano artıq tanınmış aktyor, adı bir neçə filmdəki baş rollarla məşhur idi, musiqi festivallarının qalibi olmuşdu. Adrianonun plastinkaları, az qala, bütün italyan ailələrində dinlənilirdi. Kinoda ilk debütüsə şəxsən tanınmış rejissor Federiko Fellininin dəvəti ilə çəkildiyi “heyrətamiz dişağartma” səhnəsi ilə məşhur olan “Şirin həyat”la başlamışdı. Adrianodan fərqli olaraq Klaudiya Mori aktrisa kimi o qədər də tanınmırdı. Çelentano ilə eyni filmdə çəkilənədək yaradıcılıq arsenalında yalnız “Rokko və qardaşları” filmində kimyəvi təmizləyici qadın epizodik rolu vardı. 


Gənclər arasında ilk baxışda qığılcım alovu parlasa da, Klaudiya çox ağırtəbiətli qız olduğuyçün Adrianonun xasiyyətindəki yüngüllüyü görüb bəyənməmiş, özüyçün ciddi namizəd hesab etməmişdi. Çelentano bu italyan gözələ yaxınlaşmağa hər dəfə cəhd göstərsə də, Klaudiya davranışları ilə göstərirdi ki, aralarında heç nə baş verə bilməz. Əgər bir hadisə yaşanmamış olsaydı, dünya ümumiyyətlə İtaliyanın ən gözəl cütlüyü haqqında xəbərsiz olacaqdı. Günlərin bir günü Klaudiyanın ehtiyatsızlığı üzündən çəkiliş meydançasında qısaqapanma olur, şüşə plafonlardan bir neçəsi partlayaraq Çelentanonun üzünə tökülür. Bunda özünü günahkar hesab edən Klauidya aktyordan dəfələrlə üzr istəyərək həmin vaxtdan onunla tez-tez maraqlanmağa başlayır. Münasibətləri o qədər ciddiləşir ki, 1964-cü il iyulun 14-də paprassilərin gözündən uzaqda gizlicə nikaha daxil olurlar. Daha sonra nikaha qatılan azsaylı qonaqların bildirdiyinə görə, cütlük evləndiklərini ona görə elan etməyib ki, nikahdan əvvəl səcdəgahın qarşısında gəlinlə bəy dalaşıb. Davaya səbəbsə Çelentanonun kəpənək qalstukunun Morinin xoşuna gəlməməsi olub. Bununla belə, yeni evlilər əbədi sevgi andı içiblər...

Həmin vaxtdan etibarən yalnız real həyatda yox, ekranda da ailə olmağa başladılar. Adriano artıq özünü rejissor kimi sınamağa başlamışdı. Baş rolları özünə verən Çelentano tərəf-müqabili rolunda Klaudiyadan başqasını görmürdü. Klaudiya hər zaman ərini dəstəkləyir, hətta Adriano “Yuppi-du” filminin çəkilişi üçün yaşadıqları evi girov qoyanda ona mane olmur. Xoşbəxtlikdən kinotənqidçilər filmi bəyənirlər, ekran işi Kann festivalına təqdim olunur. 

Düzdür, uzun müddət həm aktrisalığı, həm də Çelentanonun xanımı olmağı uzlaşdırmaq Klaudiya üçün asan olmadı. Ancaq bütün prioritetləri ailəsinin xeyrinə qırararaq üç övlad dünyaya gətirdi. 

Evdə rahatlıq yaradan Klaudiya Adrianoya karyerasında dəstək olmağa da davam etdi, onun reklam agenti oldu. Hətta bir neçə dəfə dəlisov piar-kampaniyalar qurmuşdu ki, bu da tamaşaçılara italyan qəzetlərində “Adriano Çelentano” adını unutdurmağa qoymurdu. Məsələn, bir dəfə kimsə Milan jurnalistlərinə belə məlumat ötürüb ki, Çelentano dəmir yolu relslərinin üzərinə uzanıb, özünü qatarın altına ataraq intihar etmək istəyir. Yarım saat sonra, həqiqətən relslərin üzərində uzanan aktyorun  ətrafına xeyli insan, jurnalist, fotoqraf toplaşmışdı. Bir neçə dəqiqə sonra isə hadisə yerinə Klaudiya gəlmiş, oraya toplaşmış bütün şəhər sakinlərinin gözü önündə onu töhmətli sözlərlə danlamışdı. Qatarın aktyora çatmasına bir neçə metr qalmış Çelentano ayağa qalxmışdı. Bundan bir neçə saniyə sonrasa oraya toplaşanlar kameraların önündə coşğun ər-arvad barışığını izləmişdilər. 


Başqa vaxtsa Klaudiya jurnalistlərə ərinin növbəti hiyləsi haqda məlumat ötürür. Adriano Milanda küçələrin birində avtomobillərin hərəkət yolunu kəsərək rəqs etməyə başlayır. Göstərilmiş yerə gələn jurnalistlər düz yolun ortasında oynayan məşhur aktyoru görürlər. Adriano daha sonra qəribə davranışlarını belə izah etmişdi ki, yeni filmində çox vacib səhnələrdən birini məşq edirmiş. Təəccüblü deyil ki, bu cür piar-kampaniyadan sonra əlavə reklam xərcinə ehtiyac qalmadı, film  səs-küylü uğura imza atmışdı. 

Bir dəfə Klaudiya sevimli ərini 1970-ci ildə keçirilən San-Remo mahnı festivalının qalibi edib. Çelentanonun oxumaq növbəsi çatanda Klaudiya zərifliklə onun əllərindən tutub, gözlərinin içinə baxaraq mahnını asta səslə oxuyub. “Kim işləmirsə, sevgi ilə məşğul ola bilməz” adlanan mahnı bu cür romantik şoudan sonra gurultulu alqışlarla qarşılandı. Növbəti iştirakçıların ifalarısa artıq Çelentanoların yaradıcı ittifaqından sonra müzakirə olunası belə deyildi...

50 illik nikahda heç bir dəfə də olsun, dava, qalmaqal yaşanmasaydı, onu əfsanəvi adlandırmaq olardı. Ancaq təəssüf ki, söz-söhbət, xəyanət bu cür romantik cütlüyün ailəsindən də yan keçməyib. Klaudiya hər zaman səbrli davranışı, ərilə münasibətdə olmağa çalışan qadın kütləsinə qarşı normal reaksiyasilə diqqət çəkib. Ancaq istənilən dəmir iradənin də nə vaxtsa sonu çatır. Adriano Çelentanonun “İnadkarın ram edilməsi” filmindəki tərəf-müqabili, aktrisa Ornella Mutilə eşq yaşaması Klaudiyanın səbrini daşıran sonuncu damla olur. Uşaqları götürüb kəndə köçür. Jurnalistlər hər keçən gün qalmaqallı boşanmanın olacağını gözləyərək od-alovlu başlıqlar yazırdılar. 


Çelentanonun Muti ilə sevgi romanı başlanğıcda ciddi görünürdü. Ornella sevgilisindən ötrü aktyor əri Allesiyo Oranodan boşanmışdı, Adrianodan da belə addım gözləyirdi. Ancaq aktyor ailəsini atmaq fikrində deyildi, Klaudiyadan ayrıla bilmirdi. Klaudiya səbrlə Çelentanonun qayıtmasını gözləyir, hər dəfə jurnalistlərə açıqlamasında deyirdi: “Təsadüfi xəyanət – hələ boşanmağa səbəb deyil. Bu bağışlanandır. Kişilər üçün təsadüfi əlaqələr mexanikin avtomobilə texniki baxışı kimidir”. Klaudiya axıradək ərinin qayıdışını gözlədi və Çelentano qayıtdı. Ancaq əvvəlcə xanımının, 3 uşağının qarşısında hər kəsin gözü önündə diz çökərək üzr istədi...

Hazırda Çelentanolar Milandan 100 kilometr aralıda yerləşən villalarında yaşayırlar. Villanın girişində fontanın içərisində Klaudiyanın heykəli qoyulub. Səs-küylü gecələri xoşlamır, qonaqlıqlarda, dəvətlərdə demək olar, görünmürlər. Klaudiyasa ərini əvvəlki prinspilə sevir: “Heç vaxt həyatımda Çelentano qədər maraqlı insan görmədim”. Müsahibə verməyi sevməyən Adriono çox böyük həvəslə mətbuata “Qəlbim yalnız bir qadına məxsusdur” açıqlamasını verir.

1965-ci ildə doğulan qızları Rozita Çelentano aktrisa, müğənni və teleaparıcıdır. Rozita ilk dəfə atasının “Yuppi-du” filmində ekranda görünüb. Hazırda fərqli televiziya layihələri hazırlayır. Yeganə albomunu 1994-cü ildə buraxıb. 


“Yuppi-du” filmində Çelentanonun digər iki uşağı – qızı Rozalinda (1968), oğlu Cakomo da çəkilib. Hələlik yalnız Cakomo Adriano ilə Klaudiya nəvə payı bəxş edib. 2004-cü ildə Kati ilə nikahından Cakomonun Samuel adlı oğlu doğulub. Rozalinda müsahibələrinin birində deyib: “Adriano baba nəvəsilə oynayanda kimin balaca, kimin böyük olduğu bilinmir.  Atam, elə bil, böyüməmiş uşaqdır...”



İncəsənət

21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq

26.01.2018 | 18:26

Azərbaycan tamaşaçısına xas 14 ədəbsizlik - Siyahı

23.01.2018 | 18:55

“Oskar”a namizədlər açıqlandı - Siyahı

23.01.2018 | 15:51İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açıldı
23.01.2018 | 12:52Arzu Əliyevanın filmi Los-Ancelesdə nümayiş olundu
21.01.2018 | 19:52

Soyqırım mövzulu ən yaxşı 10 film - Siyahı