380x80 400x80

Xramortda 5 gün: Düşmənin gözünə dik baxan bayraqdar

Dağlıq Qarabağ

13.02.2018 | 18:33 Oxunub: 257


Emin PİRİ

Günlərlə ac və susuz qalmağı onun qürurunu sındırmamış, baxışlarını qarşısında oturan adamın gözlərinə zilləmişdi. Bəlkə də, onu tanıyırdı. Tanısaydı belə, onlara beş günlük qan uddurmağından sonra heç nəyə yaramazdı. Amma aclığın verdiyi zəiflik, günlərlə çəkən döyüş və əsirlərin aqibəti haqqında düşüncələr susqunluğu ilə müşayiət olunurdu.

Gecədən səhərə kimi çəkən müxtəlif zabitlərin sorğuları, bir-birini əvəzləyən saqqallıların sualları onu yorsa da, “son”a təslim olmaq niyyəti yox idi. Budur, yenə başlandı. Bu kərə qoruyucuları, bir neçə nəfərin müşayiəti ilə otağa daxil olan adamın “hörmətli” erməni olduğunu göstərirdi. Bəlkə də, sonuncu gülləni başına vurmalıydı. Bəs əsirlər?...

- Кто вы? (- Siz kimsiniz?)
- Я рядовой Азербайджанец. (- Mən sıravi azərbaycanlıyam)
- Я являюсь председателем верховного совета Нагорно-Карабахской Республики Робертом Кочаряном... (- Mən Dağlıq Qarabağ Respublikası ali şurasının sədri Robert Köçəryanam)
- Республик? Вы такой шутник. ( - Respublika? Çox zarafatcılsınız)
- Уводите. (Aparın)

Və o an sifətində Ak-74-ün qundağını hiss elədi. Stuldan yerə yıxılsa da, iki dəqiqə sonra özünə gəlib ayağa qalxdı. Bu dəfə sifətinə dəyən yumruqdan sonra büdrəsə də, yıxılmadı. Üzünü Robertə çevirərək “xoş” sözlər dedi.

İşgəncələr...

Heç nə yox, cəmi bir güllə lazım idi. Yanındakılara müqavimət göstərib silah almağa cəhd etmək istədi. Amma daha gücünün tükəndiyini hiss etdi. Sadəcə ağzının böyründən axan qanı qolunun arxasıyla silə bildi.

Belə biri ilə nə etməli? Doğrudanmı erməni əsirlərlə dəyişmək lazımdı? Bu qədəri də olmaz. Həmin əsirləri onun düşüncəsiylə daha zərərsiz azərbaycanlı əsirlərlə (yaşlı, döyüş gücü olmayan) dəyişmək lazım idi. Belə birini azad etmək öz orduna yeni bir başağrı açmaq, sonradan qırğına vermək olardı. Bəs xaricilər, “Oqonyok” jurnalının fotoqrafı Enriko Sarzini, rusiyalı müxbir Konstantin Smirnova verdiyi söz? Belə bir sözüsə qurmaq istədikləri bir “respublika”nın Ali sovet sədri veribsə. Onsuz da gedirlər, bu qədər əsirin içində inanmıram birini xatırlaya və araşdıralar. 

Mütləq güllələnməlidir!

Xocalı meyitləri arasında

Xocalıdan meyitləri gətirdilər. Sifətləri tanınmaz halda olan meyitlərin kimə məxsus olduğunu müəyyənləşdirmək çox çətin, bəlkə də, mümkünsüz idi. Hər kəs meyitlər üzərində bildiyi bir işarə axtarır, buna əsasən tanıyacağına ümid edirdi. Necə də dəhşətli idi, hər hansı izlə öz meyitini tapanlar da sevinir, tapmayanlar da.

Bu, müharibənin dəhşəti idi. Yox, bu müharibə deyildi, nə idisə tam başqa bir şey idi. Sadəcə VƏHŞİLİK!

Qardaş Qasımov meyitlər arasında qardaşını axtarır, tanımağa çalışırdı. Sifətdən tanınmaz olan cəsədləri seçmək çətin olsa da sinədə yazılan “Ana” kəlməsi ona lazım idi. Natiqi yalnız “Ana” tanıda bilər və ya “Anası” ələ verə bilərdi...

Yox idi. Öldürmüşdülər? Elə isə meyitini niyə vermədilər. Bəlkə, Natiqin meyitindən də qorxdular?

Dedikləri kimi, əsirlərlə də dəyişdirmədilər. Bəs, harda idi?...

Bayrağı yüksəltməyə doğru

Əsəbdən əli titrəyirdi. Gözləri dolmuşdu. Ancaq dişini-dişinə sıxıb özünü saxlayırdı. Xocalıda baş verənləri həzm etmək bir azərbaycanlı kişisinə xas ola bilməzdi. Bunu həzm edə bilməzdi.

Yenidən onlara cəbhəyə getdiyini necə deyəcəkdi? Anası onun yolunu az gözləməmişdi. Gecə-gündüz oğlu üçün göz yaşı axıtmış, dualar oxumuşdu. Təzəcə qovuşduğu oğlunun yenidən cəbhəyə getdiyini biləndə bu xəbərə necə dözəcəkdi?! Ancaq Natiq Qasımovun fikri qəti idi – ermənilərə etdiklərinin cəzasını ödədəcəkdi. Yüzlərlə günahsız insanın qanı yerdə qala bilməzdi.

Hər bir vətən övladının borcu düşmənin qarşısında möhkəm dayanmaqdır. Bu fikri keçmiş əsgər yoldaşları ilə bölüşdü. Onlar da cəbhəyə getmək qərarı vermişdilər. Birlikdə Ağdamda Yaqub Rzayevin başçılıq etdiyi “Qarabağ şahinləri” dəstəsinə könüllü yazıldılar. 

Anasının göz yaşlarına dözə bilməzdi. Ancaq vətənin çətin günündə isti ocaqda da oturmaq olmazdı. Odur ki, gedəcəyini ailəsinə məktubla bildirmək qərarına gəldi. Səhər tezdən hava təzə işıqlaşmışdı ki, evdən səssizcə çıxdı. Stolun üstünə ailəsi narahat olmasın deyə məktub qoydu. Məktubda Natiq Qasımov ata-anasından hallalıq istəyir, cəbhəyə yollandığını bildirirdi. Məktub bu sözlərlə bitirdi: “Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm”.

Günorta saatları idi. Ağdama çatdı. O, “Qarabağ şahinləri” dəstəsinə qoşulub, ilk təlimlərində iştirak etdi. Natiq Qasımov Gədəbəydə anadan olmuşdu. Dağlıq ərazidə böyüməyi burada da köməyini gəlirdi. İstər qıvraqlığı, istərsə də möhkəmliyi Ağdamın dağlarında manevr etməyə imkan verirdi. Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşə qatıldı. Bu döyüşlərdə özünü xüsusi olaraq göstərə bilən Natiq Qasımov qısa vaxt ərzində yeni gəldiyi komandaya qaynayıb-qarışdı. Onun cəsurluğu, mərdliyi bölükdəkilərlə yaxınlaşmasını sürətləndirdi.

Səhər yuxudan yenicə qalxmışdılar. Batalyon komandiri Yaqub Rzayev onları yeni bir tapşırığın gözlədiyini dedi. Ancaq bu tapşırıq digərlərindən fərqlənirdi. Yaqub Rzayevin səsindəki əzəmət əsgərlərin tüklərini biz-biz etmişdi: “Dostlarım, bu gün bizi çətin tapşırıq gözləyir. Ancaq bu, bizim gözümüzü qorxutmamalıdır. Sizin kimi nər oğulların əlində bu, su içmək kimi bir şeydir. Bilin ki, bu dünyadakı ən böyük xoşbəxtlik bu Vətən uğrunda şəhid olmaqdır. Yolumuz uğur olsun!”

“Qarabağ şahinləri”nin 31 nəfərlik dəstəsi Ağdamın Xramort kəndi yaxınlığındakı strateji əhəmiyyətli yüksəkliyə doğru irəliləyirdi. Ermənilərin əlində olan yüksəklik bu istiqmətdəki döyüşlərdə Qarabağın kilid nöqtəsi idi. Əgər bu təpə alınsaydı, Azərbaycan ordusunun işi bir xeyli asanlaşacaq, döyüşlərdə böyük üstünlük əldə ediləcəkdi. Dəstə iki hissəyə bölündü. Birinci dəstəyə Yaqub Rzayev özü, ikincisinə isə Natiq Qasımov rəhbərlik edəcəkdi. 

Natiq Qasımovun dəstəsi təpənin sağ cinahından hücuma başladı. On beş nəfərlik dəstəyə başçılıq edən Natiq Qasımov dağların dilini yaxşı bilirdi. Odur ki, təpəyə dikinə yox, dolanbac qalxmağı uyğun bildi. Bir xeyli irəlilədilər. Durbinini qaldırıb baxdı. Düşmən postu görünürdü. Buradan o tərəfə getmək mümkün olmayacaqdı. Odur ki, əsgərlərə mövqe seçmələrini tapşırdı. Əlini qaldırıb “Atəş” əmri verdi. 

Mart ayının ilk günləri idi, günəş yeni-yeni özünü göstərməyə başlamışdı. Ətrafda xoş bir bahar qoxusu duyulurdu. Güllələr sükutu yara-yara düşmən postuna tərəf irəliləyirdi. Bir andaca aləm bir-birinə qarışdı. Düşmən cavab atəşinə başladı. Çox keçmədi ki, Yaqub Rzayevin dəstəsi də öz mövqelərini tutub atəşə başladı. Düşmən iki cəbhəyə bölündü və qüvvələri azaldı. Hər iki tərəf aramsız atəş açırdı. Ancaq istər Yaqub Rzayevin, istərsə də Natiq Qasımovun dəstəsinin atışları daha dəqiq olur, nəticədə düşmən tərəfi itki verirdi. Natiq Qasımov fürsəti fövtə verməyin mənasız olduğunu anlayıb dəstəsini ikiyə ayırdı. Birinci dəstə atəş açacaq, ikinci dəstə isə irəli getməklə özlərinə yenidən mövqe tutacaqdı. Çox keçmədi ki, bu taktika ilə təpənin yamacını keçdilər. Yaqub Rzayevin dəstəsi ilə birlikdə təpəyə çatdılar. Sağ qalmış tək-tük düşmən əsgəri də əllərini qaldırıb təslim oldu. 

“Qarabağ şahinləri” növbəti uğurlarına imza atmışdı. Ancaq bu, az idi, cəbhədə bundan da böyük döyüşlər onları gözləyirdi. Axşamı burada keçirdilər. Səhər tezdən bölüyə başqa bir tapşırıq gəldi. Bu yüksəkliyə Azərbaycan ordusu yerləşdiriləcəkdi. Çox keçməzdi ki, erməni tərəfi təpənin geri alınmağı üçün daha böyük qüvvə ilə gələcəkdi. Ona qədər bu təpə qorunmalı idi. Yaxınlıqdakı obyektləri araşdırdılar. Müdafiə olunmaq üçün ən ideal yer qədim alban kilsəsi seçildi. Buradan təpənin hər yeri görünürdü. Yaqub Rzayev Natiq Qasımovla birlikdə altı əsgəri burada qoyub yeni tapşırığın arxasınca getməyi qərar verdi. O, əsgərlərin hər birini öpüb-bağrına basdı, sağollaşdı. 

Döyüşçülərdən biri kilsənin damına çıxaraq Azərbaycan bayrağını buradan asdı. Havada dalğalanan üç rəngli bayraq onların qələbəsinin təntənəsi idi. 

Düşmən özünü çox gözlətmədi. Həmin günün axşamı təpəni dörd tərəfdən mühasirəyə almışdılar. Gecənin qaranlığında hücuma keçdilər. Ancaq çox da irəliləyə bilməyib, əvvəlki mövqelərinə qayıtdılar. Qaranlıqda avtomatlardan çıxan qığılcım parıldayır, göz-gözü görmürdü. Döyüş səhərə qədər davam etdi. Səhər saatlarında araya sükut çökdü. Altı əsgərin qarşısında onlarla düşmən əsgəri dayanırdı. Ancaq onlar mərdliklə vuruşur, düşmənin bir qarış belə irəliləməsinə mane olurdular. 

Erməni tərəf əlavə qüvvə istədi. Bir neçə saatlıq fasilədən sonra atışma yenidən başladı. Bu dəfə ermənilərin sayı artmışdı. Natiq Qasımovgil bir yandan düşməni biçir, ancaq onların sayı azalmırdı. Ermənilərin atdığı yaylım atəşi nəticəsində “Qarabağ şahinləri” dəstəsinin bir döyüşçüsü şəhid oldu. O tərəfdəki boşluqdan istifadə edən ermənilər həmin cinahdakı qüvvələri artıraraq hücuma keçdilər. Natiq Qasımov həmin cinaha köməyə getdi. Bu dəfə də sağ tərəfdə boşluq yarandı. Bu da “Qarabağ şahinləri”nin daha bir itki verməyinə səbəb oldu. 

Sayları get-gedə azalırdı, ancaq onların təslim olmaq kimi bir fikirləri yox idi. Postu axıra qədər müdafiə edəcəkdilər. Əsgər yoldaşlarının şəhid olduqlarını gördüklərində, içləridəki qəzəblə silahlarını qucaqladılar. Dayanmadan tətiyə basır, qabaqlarına çıxanı biçirdilər. Ancaq təəssüf ki, axşama tərəf digər üç əsgər də düşmən gülləsinə tuş gəldi. Natiq Qasımov kilsənin içərisində tək qalmışdı. Əsgər yoldaşının pulemyontunu götürüb düşmənə qarşı döyüşürdü. 

Ermənilər belə nəticə əldə bilməyəcəklərini anlayıb, dayandılar. Kilsə tam mühasirəyə alınmışdı. Ancaq heç kim ürək edib irəli gedə bilmirdi. Arada atəş açır, ancaq cavab atəşi ilə susdurulurdular. Heç kim ürək edib bir addım da ata bilimirdi. Erməni kapitan baş leytenanta içəridə ən azı on beş nəfərin olduğunu dedi. Nəsə başqa şey fikirləşmək lazım idi. Bu cür kilsəni ələ keçirmək mümkün olmayacaqdı. Günlər bir-birini qovalayır, gecələri gündüzlər əvəzləyirdi. Erməni qüvvələrinin itkiləri günü-gündən artırdı. Artıq beşinci gün idi. Erməni kapitanı əllərini başına tutub qışqırırdı. O, baş leytenantı çağırıb danlayır, onu bacarıqsızlıqda ittiham edirdi. Ancaq özü də bir çarə tapa bilmirdi. O heç cür anlaya bilmirdi, necə olur ki, beş gündür buradakıların döyüş əzmi azalmır, aclarından-susuzluqlarından gücləri tükənmirdi? 

Kapitan baş qərargahla əlaqə saxladı. Kilsəni hələ də ala bilmədiklərini dedi. Qərargah rəisi, polkovnik-leytenant özü şəxsən cəbhəyə gələcəyini bildirdi. Axşamüstü o, BTR ilə kilsənin yanına gəldi. Yanında Xocalıda əsir götürdükləri 22 nəfər silahsız vətəndaşı gətirmişdi. Onları kilsənin yaxınlığında bir cərgəyə düzdürdü. İçlərindən keçmiş məktəb direktorunu – Cəfər Cəfərovu yanına çağırdı. Ona kilsəyə girib, oradakılara təslim olmağı çatdırmağı, əks təqdirdə 22 nəfəri güllələdəcəyini bildirdi. 

Cəfər müəllim asta addımlarla yeriməyə başladı. Kilsənin qapısından keçib, çağırmağa başladı: “Burada kimsə var? Mən azərbaycanlıyam. Sizə deyəcək sözüm var”. 

İçəri qaranlıq idi, göz-gözü seçmirdi. Bir-iki addım daha atdı, ətrafı tüstü bürümüşdü. Öskürək səsi eşitdi. Səsə tərəf getdi. Gözü avtomatdan bərk-bərk tutmuş Natiq Qasımovu seçdi. O, yorğun-arğın, dodaqları susuzluqdan çat-çat olmuş vəziyyətdə uzanmışdı. Cəfər Cəfərovu görüb dirsəkləndi. Natiq Qasımov dedi: “Nə olub? Sən kimsən?” Cəfər müəllim aşağı əyildi: “Mən azərbaycanlıyam. Xocalıda məktəb direktoru idim. Bizi əsir götürüblər. Məni bura göndərdilər deyim ki, təslim olasınız. Yoxsa bütün əsirləri elə buradaca güllələyəcəklər”. 

Natiq Qasımov acı-acı gülümsədi:

– Təslim olaq? Burada məndən başqa heç kim qalmayıb. Gülləm də qurtarıb. İkicə güllə qalıb.

Cəfər müəllim onun sözünü kəsdi:

– Sən nə əcəb getməmisən?

– Adam da postu qoyub gedər? Axı, söz vermişəm, son damla qanıma qədər döyüşəcəyəm. 

– Deməli, belə, iki güllən qalıb. Məni vur. Heç olmasa bilim ki, xain düşmən gülləsindən ölmədim. Şərəfsizlər əgər təslim olmasan bütün mülki sakinləri güllələyəcəklərini bildirirlər. 

Natiq Qasımıv ayağa qalxdı.

– Yox, mən razı olmaram ki, mənə görə günahsız insanlar ölsün. 

Cəfər Cəfərov çölə çıxdı. Qapının ağzından qışqırdı:

– Orada bircə nəfər var, o da təslim olmağa razıdır.

Polkovnik-leytenantın gözü kəlləsinə çıxdı. Necə yəni bircə nəfər var? Neçə gündür bu qədər əsgər bir döyüşçünün öhdəsindən gələ bilməmişdi? Bəlkə, onu aldadırdılar? Bu bir tələ idi?

Natiq Qasımov kilsənin damına çıxdı, dalğalanan Azərbaycan bayrağını götürüb sinəsinə sıxdı. Onu buraya asan döyüşçü yoldaşını xatırladı. Köks ötürdü. İti addımlarla qapıdan çıxdı. Erməni əsgərləri gözlərinə inana bilmirdilər. Heç kim qabağa getməyə cürət etmirdi. Natiq Qasımov bayrağını yellədi: “Nə oldu, məni istəmirdiniz? Burdayam”.

Bu sözlərdən sonra əsgərlər ürəklənib onu əhatələdilər. Bayrağı əlindən almaq istəyəndə Natiq Qasımov onun üzünə elə baxdı ki, erməni əsgər diksinib geri qanrıldı. Kapitan əsgərlərə göz ağartdı ki, əsirin üstünə getməsinlər. Çünki yanlarında xarici jurnalistlər var idi. “Oqonyok” jurnalının fotoqrafı Enriko Sarzini, rusiyalı müxbir Konstantin Smirnov. O, Natiq Qasımovun igidliklə bayrağını qoruduğu anı ölümsüzləşdirdi.

Natiq Qasımov postu uğrunda var gücü ilə döyüşmüş, 22 əsirin həyatını xilas etmişdi. 

Əsirlikdən qaçmaq...

İşgəncələr, sorğu-suallar bitmək bilmirdi. Mütləq qaçmaq lazım idi. Onsuz da bu sorğular bitdikdən sonra öldürüləcəyini bilirdi.

Qısa zamanda beynində bütün konturları çəkdi. Yanındakı iki nəfəri zərərsizləşdirə bilsəydi...

Və müharibədən sonra Rusiyada ermənilərə qarşı gizli mübarizəyə başlamaq... 

Ordu.az



Dağlıq Qarabağ

19.02.2018 | 17:48“Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı”
17.02.2018 | 09:44Qaradağlı qətliamından 26 il ötür
15.02.2018 | 13:46

Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

13.02.2018 | 18:33

Xramortda 5 gün: Düşmənin gözünə dik baxan bayraqdar

12.02.2018 | 20:44

Cəbhədə təxribat: düşmən avtomobilini yandıraraq geri çəkildi - Video

07.02.2018 | 13:40

Mübariz İbrahimovun son məktubu - Anım

04.02.2018 | 13:41

Amerikalı həmsədr Azərbaycandadır

02.02.2018 | 15:50

“Ya general olacağam, ya da şəhid” - Mühüd Orucov

26.01.2018 | 15:24Daşaltı əməliyyatından 26 il ötür
19.01.2018 | 18:40Əsgərimiz şəhid oldu
18.01.2018 | 18:34

Nazir ingiliscə Qarabağdan danışdı

18.01.2018 | 09:47

Göydən 5 rayon düşdü - Aqil Abbas

29.12.2017 | 00:29

Qarabağ - Mina Rəşidin essesi

28.12.2017 | 09:48Xankəndinin işğalından 26 il ötür
14.12.2017 | 16:49

Yaşar ürəklərdə adı Əliyarın... - Milli Qəhrəmanın doğum günüdür

14.12.2017 | 12:25Əsgərimiz şəhid oldu
06.12.2017 | 09:51

Bu gün Məmmədyarov və Nalbandyan bir araya gələcəklər

29.11.2017 | 19:47

Çavuşoğlu həmsədrlərlə bir arada

28.11.2017 | 14:55Hərbçimizin meyiti qaytarıldı
28.11.2017 | 12:40

Əsgərimizin meyiti Ermənistan tərəfindən götürüldü

22.11.2017 | 16:52

"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir"

20.11.2017 | 12:42

Nazir: “Həmsədrlər dəfələrlə qeyd ediblər ki...”

20.11.2017 | 10:49Qarakənd faciəsindən 26 il ötür
16.11.2017 | 21:42

ABŞ həmsədrlikdən çəkilir? - Rəsmi

16.11.2017 | 18:48

Məmmədyarov Nalbandyanla görüş təklifini qəbul etdi

06.11.2017 | 13:54Cənubi Qafazda “erməni amili”nin yaranması
02.11.2017 | 12:23

Tehran sammiti: Rusiya və İran işğalçıya təsir edəcəkmi?

29.10.2017 | 09:36Zəngilanın işğalından 24 il ötür
23.10.2017 | 12:44Şəhidimiz dəfn edildi
22.10.2017 | 22:24Əsgərimiz şəhid oldu