380x80 400x80

Dostumsan, yoxsa sevgilim? - Suallarınıza cavab tapın

Maraqlı

13.02.2018 | 11:49 Oxunub: 31


Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. 

Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.

Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıda cavab tapın.

- Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.

- Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.

- Özəl günlərdə sizə daha özəl davranması yaxınlıq dərəcənizi artırdığını göstərə bilər.

- Son anda harasa getməklə bağlı proqram qurursa və daha əvvəldən getməyi planlaşdırdığı yerə sizi də dəvət edirsə, sadəcə dostsunuz. Ancaq həftənin əvvəli zəng edib digər həftə üçün sizinlə birgə həftəsonu proqramı hazırlayırsa, sevgili olmaq ehtimalınız yüksəkdir.

- Siz zəng etdiyinizdə artıq bir planının olduğunu deyirsə və gedəcəyi yerə sizə də dilucu dəvət edirsə, deməli, dostsunuz. Ancaq dostları ilə qurduğu planı təxirə salaraq, gəlməyiniz üçün sizə təkid edirsə,  sevgili olmaq şansınız yüksəkdir.

- Birlikdə ikən keçmiş sevgililərdən söz açırsa, sevdiyi qız haqqında sevgiylə danışırsa, sadəcə dostsunuz. Amma keçmiş sevgililərdən söhbət düşdükdə mövzudan yan keçirsə, sevgili olmaq ehtimalınız böyükdür.

- Məktəbdəki, iş yerindəki uğurunu və ya hər hansı bir sevincini başqalarından eşidirsinizsə, sadəcə dostsunuz. Tam əksi, həyatındakı ən kiçik dəyişikliyi belə, zəng edib sizə xəbər verirsə, sevgili olmaq şansınız var.

- Ayda bir-iki dəfə görüşürsünüzsə, hər dəfə də siz zəng edib görüş təklif edirsinizsə, dostsunuz. Hər gün ən az bir dəfə zəng edirsə, bəhanə edib mesaj yazırsa, sevgili olmaq üstünlüyünüz çoxdur.

- Xəstə olduğunuzdan başqasından xəbər tutursa, sadəcə telefonla zəng edib bir neçə kəlməylə ötüşdürürsə, dostsunuz. Sizi özəl hiss etdirəcək şəkildə həkimə yönəldirsə, sevgili olmaq şansınız yüksəkdir. Kişilərin çox vaxt özəl hiss etdirdikləri xanım sevgili olmaq istədikləri şəxsdir.

- Xarici ölkəyə səfər etdiyini başqasından eşidirsinizsə, dostsunuz. Amma bunu sizə əvvəldən xəbər veribsə və gəlməyəcəyinizi bilə-bilə dəvət edirsə, böyük ehtimalla sevgili olmaq yolundasınız. 

- Söhbət sevgidən düşəndə “uzun müddətli münasibətə hazır deyiləm, mənə belə rahatdı” kimi cümlələr qurursa, dostsunuz. Ancaq qapını aralamaq istəyirmiş kimi sevginin hər zaman lazımlı olduğunu və uyğun birini tapmağın çətin olduğunu deyirsə, onun üçün dostdan da artıqsınız.

- Sadəcə sizi əsəbiləşdirmək üçün sevmədiyiniz zarafatları edirsə, kobudlaşırsa, arqo ifadələr işlədəcək şəkildə çox rahat danışırsa, dostsunuz. Əksinə, xoşunuza gəlməyən şeyləri təkrarlamırsa, hər kəlməsinə diqqət edirsə, xoş davranmağa çalışırsa, sevgili olmaq şansınız yüksəkdir.

Ailə.lent.az



Maraqlı

22.02.2018 | 23:54

Gənc yazar - Günün karikaturası

21.02.2018 | 23:40

Camaatın uşağı? - Günün karikaturası

19.02.2018 | 23:44

Eskalibur əfsanəsi (əsli) - Günün karikaturası

18.02.2018 | 23:39

Qlobal istiləşmə ana ayının gözündə - Günün karikaturası

18.02.2018 | 15:25Mustafa Kamala “Atatürk” adını təklif edən erməni
16.02.2018 | 23:45

“Çörək tapmırlarsa, tort yesinlər” - Günün karikaturası

15.02.2018 | 23:47

Saatın icadı - Günün karikaturası

15.02.2018 | 10:34

5 yaşlı qızından kirayə pulu alır - Maraqlı

14.02.2018 | 23:37

İt dili - Günün karikaturası

14.02.2018 | 21:34

Sevgililər günü haqqında bilmədiklərimiz - Tarix

13.02.2018 | 23:23

“Zərdüşt belə deyirdi” - Günün karikaturası

13.02.2018 | 11:49

Dostumsan, yoxsa sevgilim? - Suallarınıza cavab tapın

12.02.2018 | 23:50

Yalnızlıq - Günün karikaturası

11.02.2018 | 23:47

Orta əsrlərdə şou - Günün karikaturası

11.02.2018 | 13:51

Xoşbəxt olmaq üçün 10 şərt - Siyahı

10.02.2018 | 23:25

Pişik texnikası - Günün karikaturası

07.02.2018 | 23:32

Eynşteynin düşüncələri - Günün karikaturası

07.02.2018 | 21:24

"Titanik"in batmasında gizli həqiqətlər - İddia

06.02.2018 | 23:48

Kentavrların nəsli niyə tükəndi: Tarixin qaranlıq məqamları - Karikatura

04.02.2018 | 23:44

3 addımda şahmat - Günün karikaturası

03.02.2018 | 23:32

Türk folklorunda maksimalizm - Günün karikaturası

02.02.2018 | 23:51

Atlar və öküzlər - Günün karikaturası

01.02.2018 | 23:24

Əslində camaat nəsə deyirmi? - Günün karikaturası

31.01.2018 | 23:48

Hüqo “Səfillər”i necə yazıb? - Günün karikaturası

30.01.2018 | 23:47

Osmanlıda Zanbaq dövrü - Günün karikaturası

30.01.2018 | 11:35Polşada fermadan qaçan inək bizon sürüsünə qoşuldu
29.01.2018 | 23:38

Superqız - Günün karikaturası

28.01.2018 | 23:32

Doğru və yanlış - Günün karikaturası

28.01.2018 | 09:51

Artıq çəki ilə mübarizənin mahiyyəti 28 fotoda

27.01.2018 | 23:27

Çin səddinin tikintisi niyə yüz illərlə davam edib? - Günün karikaturası