380x80 400x80

İlahi, bu nə ömürdü?.. - Kəramət Böyükçöl

Ədəbiyyat

12.02.2018 | 17:30 Oxunub: 73


Kəramət BÖYÜKÇÖL

Yaşa dolduqca azadlığımı itirirəm, bunu anlamaq, dərk eləmək isə mənə olmazın əzablar verir. 

Mənim üçün barışmaq istəmədiyim adamlarla barışmağa məcbur olmaq, barışmaq istəmədiyin mühitlə razılaşmaq qədər əzablı bir şey yoxdur. Qələt eləyib oğlumun adını Barış qoydum, hamı və hər şeylə barış-barışa gedirəm.

Bir neçə ay bundan qabaq 2 yaşlı oğlum Barış müəllim bərk soyuqlamışdı. Elə bildim anası onun kürəyini keçi piyi ilə ovxalayacaq, bununla da hər şey keçib gedəcək. Amma getmədi. Məndə o bəxt harda idi? İki daşın arasında, işin-gücün başımdan aşdığı və pulun olmadığı bir vaxtda onu təcili xəstəxanaya aparmalı oldum. Özü də dövlət xəstəxanası idi. Fikirləşdim ki, özəl klinikalarda bahaçılıqdır, amma dövlət xəstəxanaları pulsuzdur.

Həkim dedi ki, mütləq USE-dən keçməlidir. Dedim, həkim müəllim, uşaq dünən qeydiyyatda olduğum polikninkada USE ilə müayinə olunub. Dedi, gərək özümüz təzədən yoxlayaq, onlara etibar eləmirik. Dövlət xəstəxanasında USE-nin qiyməti isə 20 manatdır. Halbuki, dünən başqa bir dövlət xəstəxanasında 15 manat verib yoxlatdırmışdım. Məcbur olub təzədən 20 manat verib uşağı USE-dən keçirtdim. Həkim cavablara baxıb dedi ki, rentgen də olunmalıdır. Rentgenin qiyməsi isə 40 manatdır. Dərindən bir ah çəkib 40 manat də tərlədim. Bunun da cavabına baxandan sonra məni başqa bir həkimin yanına göndərdi, o həkim də uşağın böyür-başını əlləyəndən sonra qayıtdı ki, burada mənlik bir şey yoxdur, təzədən birinci həkimin yanına qaytardı. Sağollaşıb otaqdan çıxmaq istəyəndə dedi ki, ödəniş qaldı. Qayıtdım ki, axı, dövlət xəstəxanasıdır. Həkim mənə qəzəl danışmağa başladı, hansı ki, onları buraya yazmıram.

"İt aparan olsun" deyib, 20 manat da onun cibinə qoydum. Təzədən birinci həkimin qəbuluna getdim, qapıda nə qədər adam vardı, növbə gözləməli oldum. Adamlar tibb bacılarına pul verib özlərini növbədə qabağa saldırırdılar. Düz üç saatdan sonra həkimlə bir də görüşdüm. Dərmanlar yazdı. Dedi ki, palatada bir sistem köçürsünlər, müalicənin davamını evdə elətdirərsən. Çıxanda isə üzümə elə sərt baxdı ki, qorxumdan 30 manat da onun cibinə qoydum.

Sistem köçürüldü, tez bir qadın əlində "pol" taxtası gəlib palatanı silib-süpürdü. Başqa bir qadın pəncərələri silməyə başladı , o birisi pastelləri dəyişdi. Biri isə əlində qovluq gəlib uşağın ad-soyadını soruşdu. Təbii, bilirdim ki, bunların məqsədləri nədir. Sistem köçürən qayıtdı ki, məni nə vaxt görəcəksən? Onu görəndən sonra palatanı döşəməsini silən və postelləri dəyişdən qadınlar dedi ki, biz də burdayıq. Onları da gördüm. Əlində qovluq tutam xanım isə konkret qiymət oxudu, dedi, 10 manat köçürülməlidir.

Dərmanlar isə od qiymətinədir. Xəstəxananın qabağında apteklər əl-ələ tutub yanaşı-yanaşı düzülüblər. Hamı dərman biznesi ilə məşğuldur. Düz 168 manatlıq dərman aldım. Evə gətirdim, birinci dərmanı atan kimi uşağın bədəni götürmədi, gecə evə təcili yardım çağırdım, götürüb xəstəxanaya aprdılar, sistem qoşdular. Axı nə edim, 10 manat da təcili yardımın cibinə qoydum. Etiraz eləyəndə də həyassız adam kimi yadda qalırsan, sabah çağıranda gəlmirlər. Gəlsələr də ciddi baxmırlar, yola verirlər. Özüm olsam cəhənnəm, uşağa görə hər şeyə göz yumuram.

Səhər bazar günü idi, xəstəxana işləmirdi, yəni dərmanları yazan həkim yerində yox idi. Birinci günü səhər növbə gözləməyim deyə yuxulu-yuxulu təzədən həmin həkimin yanına getdim. Bu dəfə növbə gözləməsəm də, həkimi gözləməli oldum. Gec gəldi, amma gəldi. Dedim ki, bu dərmanları uşağın bədəni götürmədi. Mənə ayrı resept yazdı. Dedi, bunları qəbul eləsin. Təzədən aptekə getdim ki, aldığım dərmanları qaytarım, qaytarmadılar. Dedim, heç olmasa, yeni yazılmış reseptlə dəyişin, dəyişmədilər.

Hirsimdən başımı divara vurmaq istəyirdim, təngnəfəs oldum, ürəyimin aritimiyaları da bir tərəfdən məni qorxuya salmışdı ki, birdən infarkt olaram, Natiq Qədimov kimi qəfil ölərəm, canım cəhənnəm, xəbərim olmayacaq ki, oğlum sağaldı, yoxsa yenə də nəfəs ala bilmir, öskürür, sinəsi xırıldayır, yenə də boğulurmu, yenə də gözləri kədərlidirmi?

Oğlumu o həkindən bu həkimə, bu həkimdən o həkimə o qədər gəzdirdim ki, axırda uşaq yollarda öz-özünə sağaldı. Bəlkə də balamın mənə yazığı gəldi. Dərmanlar isə evdə durur, hamısını çəkdiyim əzabların xatirəsi kimi saxlayıram.

O uşaq sağalana kimi neçə-neçə həkimə yaltaqlandım, nə qədər adamlara xahiş eləyib baş həkimə zəng elətdirdim, keçirdiyim əsəb, stress ömrümə necə balta çaldı, Allahın da xəbəri yoxdur. Üzümü göyə tutub anqırmaq istəyirdim ki, İlahi, bu nə ömürdü, bu nə taledi, bu nə vətəndi, bu nə ölkədi yaşayırıq...



Ədəbiyyat

21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı