380x80 400x80

“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”

Təhsil

12.02.2018 | 09:52 Oxunub: 278


UNEC-in qış məktəbi başa çatıb.

Universitetdən Parafraz-a verilən məlumata görə, akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində UNEC İctimai Nəzarət Şurasının üzvləri – əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov və “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü də iştirak ediblər.

Professor Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” və “Ekonofizika” mövzularında çıxış edib. Professor məruzəsində biliyin qiymətləndirilməsinin mahiyyətini açıqlayıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyini vurğulayıb. Müzakirədə aktiv iştirak edən müəllimlərə Ş.Əsgərovun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə edilib.

Əməkdar elm xadimi qış məktəbinin təşkilini yüksək qiymətləndirib: “Qış məktəbi bir çox cəhətdən faydalı oldu. Dünyanın çox nüfuzlu alimləri maraqlı mövzularla çıxış etdilər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edən amillərdir. Bir ekspert kimi bu prosesi alqışlayıram”.

Qış məktəbində təlimçi qismində çıxış edən ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio UNEC-in akademik heyəti ilə fikir mübadiləsinin çox effektli olduğunu diqqətə çatdıraraq, UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə tanışlıqdan da məmnun qaldığını bildirib: “Xüsusi ilə onu vurğulamaq istəyirəm ki, elmi tədqiqat işləri Amerikanın NASA təşkilatında istifadə edilən Şahlar Əsgərovla tanışlığım mənim üçün gözlənilməz oldu. Azərbaycanın çox dəyərli elm adamları var!”

Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon da öz təəssüratlarını bölüşüb. “Azərbaycanda, UNEC-də keçirdiyim bu bir həftə tədris təcrübəm üçün ən dəyərli günlər idi”, deyən J.Veillon qış məktəbində fövqəladə insanlarla möhtəşəm bir təcrübə yaşadığını bildirib. O, yenidən bu kollektivlə bir araya gələcəyi günü səbrsizliklə gözlədiyini deyərək, UNEC-lə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacağını bildirib.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində