380x80 400x80

Böyük məhəbbət və bədbəxtlik - Silviya Plat

Ədəbiyyat

11.02.2018 | 09:53 Oxunub: 51


Fevralın 11-i tanınmış amerikalı ədib Silviya Platın anım günüdür. Parafraz S.Platla bağlı araşdırmanı təqdim edir:

"Heç kimdən bir şey gözləmə. Beləcə, xəyal qırıqlığına uğramazsan"

Bəzi sənətkarlar gözəl əsərləri ilə yanaşı, həm də şəxsi həyatları ilə dünya ictimaiyyətinin maraq obyektinə çevrilirlər. Sənətkarların şəxsi həyatlarında yaşadıqları problemlər müəyyən qədər kədərli olsa da, əldə etdikləri nailiyyətlər onları oxucuların, izləyicilərin gözündə utopik bir qəhrəmana çevirir.

Bir çox yazıçının ilham mənbəyi olan Silviya Plat öz maraqlı həyat hekayəsi ilə ölümündən 52 il keçməsinə baxmayaraq, hələ də oxucularda maraq doğurur, müzakirə olunur. 

Atasının ölümü və ilk şeir

Silviya 27 oktyabr 1932-ci ildə ABŞ-ın Massaçusets əyalətində alman atanın və amerikalı ananın övladı olaraq dünyaya göz açır. Uşaqlıq xatirələri sonralar Silviyanın ruhi vəziyyətinə və psixologiyasına böyük təsir göstərəcəkdi. O, həyatı boyu uşaq yaşlarında itirdiyi atasından nifrət edib və ilk şeirini səkkiz yaşında atasını itirəndə yazıb. 

Tələbəlik illəri və bipolyar pozuntu 

Hələ uşaqlıq illərində xəstəliyin ilkin əlamətləri müşahidə olunanda Silviya Plat həyatının sonuna qədər emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdən - bipolyar pozuntudan əziyyət çəkib.

1950-ci ildə Silviya təqaüdlə Smit kollecində təhsil almağa başlayır. Xanım Plat ilk intihar cəhdini məhz bu kollecdə oxuyarkən edir.

O, sonralar Fulbrayt təqaüdü ilə Kembric Universitetində təhsilini davam etdirir. Nümunəvi şagird olan Silviyanın bu illərdə yazdığı şeirlər universitetin qəzetində - "Varsity"də çap olunur. 

XX əsrin ən böyük nümayəndələrindən biri 

Silviya Platın adı Virciniya Vulf, Simona de Bovuar, Marqaret Dyuras kimi yaradıcı xanımlarla birgə XX əsrin ən böyük qadın ədəbiyyatçıları siyahısındadır.

Xanım Platın yazı dili özünəməxsus duyğusallığı, bədbinliyi və kövrəkliyi ilə seçilir. 

Böyük məhəbbəti və bədbəxtliyi 

Plat həyatının məhəbbəti, ingilis əsilli şair, yazıçı və uşaq ədəbiyyatçısı Ted Hyuzla 1956-cı ildə tanış olur. Hyuz Silviya üçün həm bir qaçış və sığınma nöqtəsi, həm də ağrılı bir təcrübə olacaqdı...

Dövrünün ən yaxşı şairlərindən hesab olunan Ted Hyuzla Silviya Plat elə tanış olduqları il də ailə həyatı qururlar. Evləndikdən sonra cütlük Bostona köçür, Plat hamilə olduqda isə İngiltərəyə geri qayıdırlar.

Plat və Hyuz Londonda qısa müddət yaşadıqdan sonra Norz Tautona köçürlər. Cütlüyün Silviyanın qısqanclıq krizləri ilə müşahidə olunan problemləri məhz bura köçdükdən sonra başlayır. İlk uşaqlarının dünyaya gəlməsindən bir müddət sonra Silviya Plat Londona geri qayıdaraq boşanma ərizəsi ilə məhkəməyə müraciət edir.

Cütlüyün iki övladı olur. Ancaq Ted Silviyaya tez-tez xəyanət edir. Ted Hyuzla evləndikdən sonra Silviya yaradıcılıq baxımından geriləyir.

Həyatının eşqi ilə evləndiyini zənn edərkən, bir müddət sonra evdə uşaqlarına baxan, kənarda ona xəyanət edən ərini dörd gözlə gözləyən bir evdar qadına çevrildiyini anlayır. 

Ted Hyuz və Asya Vevill münasibətləri başlayır 

1962-ci ildə ilk uşaqlarının dünyaya gəlməsindən sonra Silviya ilə Ted xəyanət səbəbi ilə evliliklərinə son qoyur. Xəyanətin baş rolunda isə Asya Vevill çıxış edir. Şairə olan Asya Vevill və əri Devid Vevill 1961-ci ildə Plat və Hyuz cütlüyünün evinin yanına köçür. Tedlə Asya arasında yaranan qonşuluq münasibətləri çox keçmir ki, sevgi macərasına çevrilir. Hyuzun xəyanətləri Silviyanı səbir kasasını daşırır. 

Unudulmaz ölüm anı 

Silviya 11 fevral 1963-cü ildə gününə həmişə kimi başlayır - intihar cəhdlərindən birini reallaşdırma planı quraraq...

İkinci mərtəbədəki uşaqlarının peçenye və südlərini hazırlayıb otaqlarına qoyur. Sonra otaqlarının qapısını bağlayaraq birinci mərtəbəyə düşür. Mətbəxin qapısını örtüb qazı açır. Başını sobanın içinə soxaraq intihar edir.

Bu hadisədən sonra onun oxucuları ölümün əsas səbəbkarı kimi Hyuzu qınayır. 

Platın izi ilə davam edən bir həyat... 

Silviya Plat intihar edəndə Asya Vevill Hyuzdan hamilə idi. O, xəbəri eşidəndən sonra uşağı aldırır. Hyuzla olan bərabərliyinə isə son qoymur. O, Silviya ilə Platın yaşadığı evə köçüb onların uşaqlarına - Frida və Nikolasa baxmağa başlayır.

Asya Hyuzun həyatındakı Plat boşluğunu doldurmağa çalışır. O, Silviyanın əşyalarından istifadə edir, onun yatdığı yataqda yatır. Zaman keçdikcə Hyuzun ona münasibəti dəyişir və Asya eynilə Platın yaşadığı duyğuları yaşamağa məcbur olur.

Sonda eynilə Silviya Plat kimi Asya da 1969-cu ildə intihar edir. Amma Silviyadan fərqli olaraq o, dörd yaşındakı qızı Şuranı da öldürür. Qazı açıb qızının yanında uzanır... 

Silviya Platı daha yaxından tanımaq istəyənlər 2004-cü ildə lentə alınmış və "Oskar" mükafatı sahibi aktrisa Qvinet Peltrou baş rolda çəkildiyi "Silviya" filmini izləyə bilərlər. Sözügedən filmdə 30 yaşında dünyasını dəyişən böyük şairənin həyatı böyük ustalıqla təsvir olunub.

Rəfiqə ƏLİSƏFA
Kult.az



Ədəbiyyat

23.02.2018 | 19:47

Anası ölən uşaqdan niyə utanırdım? - Mirmehdi Ağaoğlunun yazısı

23.02.2018 | 16:53Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək
23.02.2018 | 00:33

Kişmiş oyunu - Cəlil Məmmədquluzadə

22.02.2018 | 23:15

Səyahət - Stefan Sveyqin hekayəsi

22.02.2018 | 21:47

Mirzə Cəlilin Axundov haqqındakı məqaləsi - Mətn

22.02.2018 | 20:27

Vampirin essesi - Şəfa Vəlinin hekayəsi

22.02.2018 | 19:53

Sağ qalan varmı?!.. - Emin Pirinin müharibə şeirləri

22.02.2018 | 12:45Tomas Vulfun əsərləri Azərbaycan dilində
21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə