380x80 400x80

Edam cəzasından son anda qurtulan yazıçı - Dostoyevski

Ədəbiyyat

09.02.2018 | 22:54 Oxunub: 119


Dünyanın ən çox araşdırılan 100 şəxsindən olan Dostoyevski əsərlərində insan psixologiyasının ən sadə, dolanbacsız, bir o qədər də mürəkkəb təsvirləri ilə seçilir. Yazıçının əsərlərinə “ömür yolunun qısa tarixçəsi” də demək olar. 

Dostoyevski 1821-ci ildə noyabrın 11-i əyyaşlıq edən keçmiş hərbi cərrah Mixail və fağır, sakit tacir qızı Mariya Dostoyevskilərin ailəsində dünyaya gəlib. Ata, ana, 2 bacı, 4 qardaşdan ibarət ailədə ciddi nizam-intizam hökm sürürdü. Ataları böyük qızlarının evdən tək çıxmağına icazə vermir, oğullarını əsl əsgər kimi tərbiyələndirirdi.  Maddi imkanları yaxşı olmağına baxmayaraq 17 yaşına çatana qədər uşaqlarına cib xərcliyi verməyən atanın bu əzazilliyinə ana həmişə susurdu. Yazıçı sonralar ailə həyatının bu tablosunu dəfələrlə əsərlərində işləyib.

Gələcək ədib ilkin təhsilini Moskvada alıb, anasının ölümündən sonra onu və qardaşını Sankt-Pterburqdakı ciddi intizamlıMühəndislik Məktəbinə göndəriblər. Coşqun təbiətinə görə yoldaşlarının “Alovlu Fedya” ləqəbi verdiyi gənc günün kitab oxuyaraq, düşüncələrə dalaraq, yaxud qardaşı ilə müzakirələr apararaq keçirirdi. Atasının 1839-cu ildəki ölüm xəbərini məktəbdə oxuyan vaxt alan yazıçının bu xəbərə kədərləndiyini demək olmazdı, amma sərt təbiətli atasına nifrət bəslədiyi üçün dəfələrlə ona ölüm arzuladığını tez-tez xatırlayırdı. Bu düşüncələr və günahkarlıq hissi gənc Fyodoru ömrünün axrına kimi buraxmayacaq Sara xəstəliyinin ilk tutmalarını keçirməyinə səbəb olub. 

Təhsilini müvəfəqiyyətlə başa vuran Dostoyevskini kiçik leytenant rütbəsi ilə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə təyin edirlər.  Yaxşı maaşı, mülklərindən gələn gəliri olmağına baxmayaraq bilyarda maraq salan, tez-tez uduzan gənc həmişə borc içində idi. Ordu həyatı bir yandan sıxırdı. Ədəbiyyata maraq salmış, Balzakın “Eucin Qrandet” əsərini rus dilinə tərcümə etmişdi. 1843-cu ildə ordudan istefa verdikdən sonra yazmağa başlayan Dostoyevskinin ilk əsəri “Bədbəxt insanlar” 1846-cı ildə nəşr olundu. Düz bir il məşhur ədəbiyyat jurnalının əsərini çap etməyini gözləyən gənc yazar “əsərdə ciddi dəyişikliklər edilmədiyi müddətcə çap olunmayacaq” cavabını aldıqdan sonra dəyişiklik etməyi rədd edib, öz hesabına kitabı çap etdirməyi qərara almışdı. Bu əsər qısa zamanda böyük şöhrət qazandı, yazar haqqında “Yeni Qoqol doğuldu” deyirdilər. Şöhrət gənc Fyodoru daha da çılğın etmişdi: ətrafındakılara, heyranlarına kobud davranır, üstdən aşağı baxırdı. Hərəkətləri bir gün içərisində yaranmış şöhrətinin sürətlə sönməsinə səbəb olurdu. Artıq ədəbiyyat dünyasında onu sevmirdilər. Eyni il yayımladığı “Oxşar” və “Ev sahibəsi” (1847) gözlədiyi nəticəni vermədi. Tənqidçilər əsərlərini ciddi tənqid etdilər. 1848-ci ildə  “Bəyaz gecələr”  və “Yuxa ürəkli” kitabları işıq üzü gördü. “Yuxa ürəkli” yazıçıya etibarını geri qaytarsa da, gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən Dostoyevski yazıçılıqdan əlini üzüb siyasətə qurşandı.

1849-cu ildə qardaşı, digər yoldaşları ilə birgə həbs edilib, gülələnmə hökmü oxundu. Son anda əfv xəbəri gəldiyi üçün o və yoldaşları ölüm cəzasından xilas olundu. 4 illik Omska sürgün edildi. 1854-cü ildə aşağı hərbi rütbəylə hərbi xidmətə göndərildi. Beş il hərbi xidmət dövründə zabit rütbəsinə yüksəldi, 1857-ci ildə anası kimi vərəm xəstəsi olan dul Maria Dmitriyevna ilə evləndi.

1859-cu ildə ordudan təxris olunandan sonra qardaşı ilə birgə iki jurnal nəşr etdirən Dostoyevski “Alçaldılmış və təhqir edilmiş insanlar”, “Ölü evindən qeydlər” əsərləri ilə itirilmiş şöhrətini bərpa etdi. 1862-ci ildə çoxdan arzuladığı Avropa səyahətinə çıxdı. Qayıtdıqdan sonra köhnə vərdişi qumara yenidən qurşandı. Əvvəlcə bəxti gətirsə də, sonralar külli miqdarlarda uduzdu. 

1864-cu ildə arvadını və böyük qardaşını itirdikdən sonra maddi, mənəvi problemlər altında əzilən yazıçı məşhur əsəri “Cinayət və cəza”nı 1866-cı ildə nəşr etdirdi. Əsərə münasibət birmənalı olmadı. 

1867-cı ildə işə götürdüyü gənc stenoqrafçı Anna Snitkin ilə ailə həyatı qurdu. Cütlük bal ayı üçün bir neçə aylığına Avropaya səyahət etdilər və yalnız 4 il sonra geri döndülər. Yeni evlilərin ilk övladları Sonya 1 yaşını tamamlamadan dünyasını dəyişdi. Böyük sarsıntı keçirən yazıçıya həyat yoldaşı dəstək oldu. Anna borc verənləri, səs-küylü qohumları qarşılayıb yola salır, yazıçı rahatlıqla kitablarıyla məşğul ola bilirdi. Həmin dövrdə  3 məşhur əsər yazıldı: “İdiot”, “Əbədi ər” və “Şeytanlar”. Hər şey yaxşılığa doğru gedirdi. Xanımın idarəçiliyi altında borclar ödənmişdi, yazıçın hər kitabı əvvəlkindən daha böyük uğur yaxalayırdı. Sakit, xudmanı həyat sürürdülər. Fyodor ömründə ilk dəfə özünü xoşbəxt hiss edirdi. Pisliyə doğru gedən tək şey yazıçının səhhəti idi. Yeniyetməlik dövründən bəri ondan əl çəkməyən Sara xəstəliyinin tutmaları sıxlaşırdı. Səhhətinin tez-tez mane olmasına baxmayaraq yazıçıya dünya şöhrəti gətirən “Karamazov qardaşları”nı 1879-cu ildə yazmağa başladı. Hissə-hissə nəşr olunan romanın son hissəsi 1880-ci ildə nəşr olundu. Son əsəri “Böyük günahkarın həyatı” əsərini tamamlaya bilmədi. Mərhum yazarın ömrü yetsəydi, geniş və gün keçdikcə artan oxucu kütləsi Zosima baba və Alyoşanın hekayətini oxuyacaqdı...

1881-ci ildə ciyər qanaxmasından yatağa düşən böyük yazıçı, 9 fevral tarixində həyata gözlərini yumdu. Dəfn mərasimində tabutunun arxasınca 30 mindən çox adam gedirdi...

Dahi yazıçı geridə dünya şöhrəti qazanan, bir əsrdən çox sevilərək oxunan əsərlər, dahilərə ilham verən psixoloji fikirlər, ideyalar qoydu. 

Ölümündən 137 il sonra Fyodor Dostoyevskini yaşamaq haqqındakı fikirləri ilə yad edirik:

"Yüksək və sərt qayalıqda, ancaq iki ayağımın sığa biləcəyi, dar çıxıntıda, dörd tərəfim uçurumlar, okeanlar, sonsuz gecə, sonsuz yalnızlıq və heç bitməyəcək fırtınayla əhatələnmiş vəziyyətdə yaşamaq məcburiyyətində olsam, ömrüm boyu, min il boyunca, hətta sonsuza qədər o bir qarış torpaqda dayanmaq məcburiyyətində qalsam da o şəkildə yaşamaq, bu anda yarım saat sonra ölü olmaqdan daha yaxşıdır. Yetər ki, yaşasın, sırf yaşasın! Necə olursa olsun, amma yetər ki, yaşasın!"

Cəmilə MƏMMƏDLİ



Ədəbiyyat

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə

14.02.2018 | 22:29

Sevgisizlik - Ceylan Mumoğlu yazır

14.02.2018 | 20:56İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olundu
14.02.2018 | 19:45

“Sən zəriflik tanrısı, qadının ötəsisən...” - 20 ən gözəl sevgi şeiri

14.02.2018 | 18:53

“Zülmətdə bir Alatoran” - Rasim Qaracadan yeni kitab

14.02.2018 | 16:55

Cəfər Cabbarlının narahat qızı - İradə Tuncay yazır

14.02.2018 | 15:50

Çəhrayı çarx - Sərdar Amin yazır

14.02.2018 | 14:36Beynəlxalq kitab bağışlama günüdür
14.02.2018 | 11:43

Nabokovun məhəbbət məktubları - Maraqlı

13.02.2018 | 16:30"Azərbaycan-Türkiyə ədəbi əlaqələri" çərçivəsində silsilə tədbirlər
12.02.2018 | 19:23Səməd Vurğunun “Seçilmiş əsərləri” nəşr olundu
12.02.2018 | 18:22Müşfiq Xan kitabının çapı üçün kampaniyaya başladı
12.02.2018 | 17:30

İlahi, bu nə ömürdü?.. - Kəramət Böyükçöl

12.02.2018 | 10:26

Sədası dünyanı tutan “Cücələrim” - Şahanə Müşfiq

11.02.2018 | 19:54

... Əgər payız axşamı bir dul gəlin... - Seyfəddin Hüseynli

11.02.2018 | 17:51

10 ən yaxşı postmodern roman - Siyahı

11.02.2018 | 09:53

Böyük məhəbbət və bədbəxtlik - Silviya Plat

11.02.2018 | 00:40

6 nömrəli palata - Çexovun hekayəsi

09.02.2018 | 22:54

Edam cəzasından son anda qurtulan yazıçı - Dostoyevski

09.02.2018 | 15:34

Buninin məhəbbət üçbucağı - Azər Qismət