380x80 400x80

Jül Vern haqqında bilmədiyimiz 15 fakt - Siyahı

Ədəbiyyat

08.02.2018 | 22:42 Oxunub: 155


Fevralın 8-i XIX əsrin ən böyük ədiblərindən fransız yazıçı Jül Vernin doğum günüdür. O, "Su altında 20 min lyö", "80 gün Yer ətrafında", "Aya səyahət", "Dünyanın mərkəzinə səyahət", "Kapitan Qrantın uşaqları" romanları ilə məşhurluq qazanıb.


Parafraz yazıçı haqqında 15 maraqlı faktı təqdim edir:


1. Jül Vern 1828-ci ildə Fransanın önəmli ticarət limanı hesab olunan Nants şəhərinin Feydau adasında dünyaya göz açıb. Beş uşağın ən böyüyü olub.

 

2. 19 yaşında ailəsinin istəyi ilə hüquq oxuyub atası kimi vəkil olmaq üçün Parisə gedir. Ancaq Jül Vern vaxtının çoxunu öz istəklərinə xərcləyirdi. Atası oğlunun bohem həyat tərzi yaşadığını və hekayə yazdığını öyrənəndə bir də ona pul göndərmir. Jül Vern vəziyyətin belə olduğunu görüb dolanışıq pulunu çıxarmaq üçün birja işinə girməyə məcbur olur.

 

 

3. Parisdə məşhur Viktor Hüqo və "Üç müşketyor"un müəllifi Aleksandr Düma ilə vaxt keçirməyə fürsət tapır. İki usta imzadan yazarlıq haqqında tövsiyələr alır. Viktor Hüqonun naşiri Pier Hitzel ilə tanışlığı isə həyatının ən önəmli anlarından biri olur.

 

4. 28 yaşında iki qız uşağı anası Honorine de Viane ilə evlənir. Dörd il sonra Maykl adında uşaqları olur.

 

5. "Hava şarında beş həftə" adlı ilk romanı 1863-cü ildə yayımlanır. Onda 35 yaşındaydı. Bir il əvvəl yazdığı romanı qoltuğuna vurub Parisdəki naşirlərin qapısını döyməyə başlayır. "Göy üzündə səyahət" adlandırdığı romanı Hitzelin əlinə keçəndə naşir Jül Verndən bir-iki yerdə dəyişiklik etməsini xahiş edir. Roman çap olunanda böyük maraqla qarşılanır.

 

6. Jül Vernin uşaqlar üçün kitablar yazıldığını deyirlər. Ancaq işin ironik budur ki, 60-dan çox kitabın ancaq ikisi sırf uşaqlar üçün yazılıb.

 

 

7. Jül Vern haqqında daha bir yanlış düşüncə: evdə oturub macəra romanları yazıb. Halbuki Jül Vern Avropa, Skandinaviya, ingilis adaları və Aralıq dənizi bölgəsini gəzməklə qalmayıb, eyni zamanda "Su altında 20 min lyö" romanını öz yaxtasında yazıb. Jül Vernin bundan başqa ABŞ-a getdiyi, Nyu-Yorkda olduğu, Niaqara şəlaləsini gördüyü də məlumdur.

 

8. Jül Vern elmi fantastik yazıçı hesab olunur. Ancaq 54 romanının içində bir neçəsi bu janra aid ola bilər. Həm də yazdığı romanlarda insanları heyrətə gətirən bir elm sahəsi vardı: Coğrafiya. Romanlarının hər birində oxucularını dünyanın başqa bir guşəsinə aparmağı bacaran böyük yazıçı idi Jül Vern.

 

 

9. Jül Vernin böyük dənizlər və kosmik gəmilər haqqında yazmaqda məqsədi oxucuları heç bir makina olmadan gedə bilməyəcəkləri yerlərə səyahət etdirmək idi. Dənizin altındakı həyatı onlara göstərmək istəyirdi. "Aya səyahət" oxucuları peyklərə apardı. "Dünyanın mərkəzinə səyahət" Skandinaviyaya, İslandiyaya səyahət idi. Geologiya dünyasından bəhs edən gözəl bir roman.

 

10. "Səksən gün Yer ətrafında" romanı olmuş bir əhvalata söykənir. 1870-ci ildə nüfuzlu bir iş adamı Corc Fransis Train ABŞ prezidentliyinə namizəd olduqdan sonra dünyanı 80 gündə dolaşa biləcəyini açıqlayır. Ancaq səyahəti iki qat vaxtda tamamladı. Sonra isə həmin səyahəti iki dəfə təkrarladı. Və 20 il sonra dünyanı 67 günə dolaşmağı bacardı.

 

 

11. UNESKO-ya görə Jül Vern dünyada ən çox dilə tərcümə olunan yazıçıdır. 148 dilə tərcümə olunub.

 

12. Jül Vernin romanları film dünyasına da ilham verib. "Aya səyahət"in əsasında eyni adlı film çəkilib.

 

 

13. 1886-cı ildə əmisi oğlu tərəfindən güllə ilə vurulur. Qaston adlı bu adamın atdığı iki güllədən biri ayağına dəyir. Bu yaradan sonra yeriməyə çətinlik çəkir, ömrünün sonuna qədər axsayır. Qastonu isə ruhi xəstəxanaya yerləşdirirlər.

 

14. 1905-ci ilin mart ayının 24-də Jül Vern vəfat edir.

 

 

15. Əsərlərindən biri ölümündən sonra, 1994-cü ildə çap edilir. Nəticəsinin əldə etdiyi əlyazma "XX əsrin Parisi" romanı idi. 1863-cü ildə yazılan romanın qəhrəmanı göydələnlər və sürətlə gedən qatarların olduğu yerdə yaşayır, ancaq heç cür xoşbəxt ola bilmir. Pessimist ruhda olduğu üçün Jül Vernin bu romanı sağlığında çap olunmayıb. 


Kulis.az



Ədəbiyyat

23.02.2018 | 19:47

Anası ölən uşaqdan niyə utanırdım? - Mirmehdi Ağaoğlunun yazısı

23.02.2018 | 16:53Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək
23.02.2018 | 00:33

Kişmiş oyunu - Cəlil Məmmədquluzadə

22.02.2018 | 23:15

Səyahət - Stefan Sveyqin hekayəsi

22.02.2018 | 21:47

Mirzə Cəlilin Axundov haqqındakı məqaləsi - Mətn

22.02.2018 | 20:27

Vampirin essesi - Şəfa Vəlinin hekayəsi

22.02.2018 | 19:53

Sağ qalan varmı?!.. - Emin Pirinin müharibə şeirləri

22.02.2018 | 12:45Tomas Vulfun əsərləri Azərbaycan dilində
21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə