380x80 400x80

Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət

UNUDULMAZ BƏSTƏKARIMIZ ŞƏFİQƏ AXUNDOVA KÖNÜLLƏRDƏ, YADDAŞLARDA YAŞAYIR

İncəsənət

08.02.2018 | 15:26 Oxunub: 54


Musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərib boy ata bilmədiyi ülvi bir diyardır. Duyğularımıza qanad verən bu sənət bizi notların qanadlarında əvvəlcə bəstəkarın xəyal dünyasına, ordan da lap uzaq aləmlərə aparar.

Məhz belə bir qüdrətə malik fitri musiqi istedadıyla dünyaya göz açmışdı Şəfiqə Axundova. İnsan duyğularına toxunan mahnılarla könüllərdə əbədilik qazanan Şəfiqə xanımın sənətinə məhəbbətim bəstələrinə sevgimdən yaranıb.

Böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib onun mahnıları. "Həyat, sən nə şirinsən", "Nədən oldu?", "Mehriban olaq", "Hardasan, sevgilim" yüzlərlə mahnının, romansların, xor üçün silsilələrin, simfonik orkestr üçün suitaların, "Ev bizim, sirr bizim" operettasının və onu Şərqdə opera yazan ilk qadın bəstəkara çevirən "Gəlin qayası" operasının müəllifidir Şəfiqə xanım.

İncəsənətdə retro mahnılar deyilən ifadə var. Bir vaxtların çox populyar mahnıları illər sonra retro sayılır. Şəfiqə Axundovanın nəğmələrini nədənsə retro adlandırmağa çətinlik çəkirəm. Bu nəğmələr həmişə təzə, sevilərək ifa olunan və dinlənilən əsərlərdir. Yəni həmişə müasirdir. Bu da onları yaradan bəstəkarın böyük istedadından qaynaqlanır.

Şəfiqə Axundovanın həyat və yaradıcılıq yolu əksəriyyətə məlum olsa da, yenə də onun ömür səhifələrini vərəqləmək istəyirəm.

Şəkili olduğunu söyləməsinə gərək yox idi əslində, qoruyub saxladığı o şirin ləhcəsi onu dərhal ələ verirdi. 1924-cü il yanvarın 21-də "Gəncəlilər" məhəlləsində Qulam kişinin ailəsində dünyaya göz açmışdı. O, hələ uşaq ikən ailəsi Bakıya köçür. Ş.Axundova burada 6 saylı məktəbdə təhsil alır, sonralar isə 173 saylı orta ümumtəhsil məktəbində oxuyur. Ancaq onun üçün əsl məktəb, şübhəsiz ki, dahi Üzeyir Hacıbəyli ilə ünsiyyəti olub.

1940-cı ildə Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəsilə Ü.Hacıbəyli ilə tanış olan Şəfiqənin həyatında yeni mərhələ başlayır.

Bir bəstəkar, sənətkar və şəxsiyyət kimi yetişməsində Üzeyir bəyin misilsiz rolunu fəxarət hissi ilə qeyd edən Şəfiqə xanım onu mənəvi atası adlandırırdı. Bəstəkar öz dahi müəlliminə olan məhəbbət və ehtiramını ona ithaf etdiyi "Xatirə" pyesi ilə, Xuraman Vəfanın sözlərinə bəstələdiyi "Yaşadacaq el səni", Xanımana Əlibəylinin sözlərinə "Dahi sənətkar" əsərləri ilə tərənnüm edib.

OPERA ALƏMİNƏ HƏCƏR CƏSARƏTİLƏ...

Şərqin qadın bəstəkarları içərisində ilk dəfə olaraq məhz Şəfiqə xanım opera yaradıb. 1974-cü ildə Xalq yazıçısı Süleyman Rəhimovun povesti üzrə İskəndər Coşqunun librettosu əsasında yaratdığı "Gəlin qayası" operası ilə bəstəkar öz yaradıcılığında ən yüksək zirvəni fəth edib. Həmin günləri Şəfiqə xanım belə yada salırdı: "1972-ci il idi. Yazıçı Süleyman Rəhimov povestini radioya təqdim edəndən sonra zəng vuraraq tamaşanın musiqisini mənim yazmağımı arzuladığını dedi. "Bacarmaram, bu, çox ağır işdir. İndiyədək heç bir qadın bəstəkar opera yazmayıb" - deyərək imtina etdim. Süleyman müəllim qətiyyətlə dilləndi: "Həcərə qədər heç bir qadın at belinə minib əri ilə bərabər döyüşə getməmişdi. Həcər döyüşə bilmədi? Döyüşdü. Sən də yaza bilərsən. Radio tamaşasında əsas musiqini yazmısan. Ürəkli ol və işə başla".

Картинки по запросу şəfiqə axundova

Beləliklə, Şəfiqə xanım olduqca məsuliyyətli, əziyyətli bir işə başlayır. Operanı yazarkən 7 ay, özünün dediyi kimi, "ev dustağı" olur.

İstedad və zəhmət sonunda bəhrəsini verdi. Şəfiqə Axundova təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera janrında əsər yazan ilk qadın bəstəkar kimi adını musiqi tarixinə yaza bildi. Ancaq onun bu uğurunu xoş qarşılamayanlar da oldu, çox maneələrlə üzləşdi.

Hər şeyə rəğmən, "Gəlin qayası" operasının premyerası uğurla keçir. Premyeradan sonra onu ilk təbrik edənlərdən biri də Süleyman Rəhimov olur. O, fərəhlə bəstəkara yaxınlaşıb: "Sən Qaçaq Nəbinin Həcəri kimi atı minib bütün bədxahları qılıncladın" - deyir...

LAYLAY, HƏYATIM, LAYLAY...

Az qala hamı əzbər bilir onun "Lay-lay"ını. Analarımızın bizə beşik başında oxuduğu bu nəğməni Şəfiqə xanım öz oğlu mərhum Taleh Hacıyev üçün bəstələyib. "Taleh mənim taleyimdir" deyərdi bəstəkar. Oğlu onun əsərlərinin ilk dinləyicisi olmaqla bərabər, həm də bu əsərlərin səhnəyə hazırlıq dövründə, müğənnilərin hazırlaşdırılmasında anasına yaxından kömək edirdi. Anasının bəstəkarlıq istedadından ustalıqla bəhrələnmişdi Taleh. Onun bəstələdiyi mahnılar - "Belə qəmli dayanma", "Bəxtəvərlik nəğməsi", "Sənsiz yaman darıxmışam", "Bu sevda" və başqaları görkəmli sənətkarımız Rübabə Muradova, Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Təranə Vəlizadə, Səkinə İsmayılova, Könül Kərimovanın ifasında zövqlə, ustalıqla  səslənib. Təəssüf ki, ömrünün gənclik illərində Şəfiqə xanımın gözünün ağ-qarası, bircə oğlu Taleh sağalmaz xəstəliyə tutulur. Uzun müddət xəstəliklə mübarizə aparsalar da, 2008-ci ilin iyul ayında o, vəfat edir. 

İllər Şəfiqə xanımdan çox şeyləri almışdı. Həyat sonda ona ən böyük zərbəsini də vurmuş, Şəfiqə xanım bircə balasını da itirmişdi. Ancaq musiqilər bəstələməkdən, bir də həyatı sevməkdən əsla yorulmadı Şəfiqə xanım. "Yazmasam, yaşaya bilmərəm" - deyərdi son gününəcən. 

Övladından sonra bu dünyada beş il yaşadı. Oğlu kimi Şəfiqə xanım da iyul ayında dünyadan gedib. Sənətinin şöhrəti sərhədlər aşan bəstəkar, ölümsüz mahnılar müəllifi Şəfiqə xanımın fiziki ömrü bitsə də, mənəvi həyatı davam edir. Elə bir gün olmur ki,  Şəfiqə xanımın bəstələdiyi yüzlərlə nəğmədən heç olmasa biri efirdə səslənməsin. Zaman keçir, onun mahnılarını oxuyan müğənnilər yaşlanır, bəziləri isə artıq dünyasını dəyişib. Əvəzində, gənc müğənnilər bu mahnıları öz repertuarlarına salıb yenidən oxuyur, qəlbləri oxşayırlar. Şəfiqə Axundova insanlara böyük sarsıntıların musiqi qarşısında necə kiçik olduğunu aşılayır öz əsərlərilə. Elə bunları bilərək və gələcəyi  görərək Şəfiqə xanım özünü xoşbəxt sənətkar adlandırırdı.

Üzeyir Hacıbəyov məktəbinin davamçılarından biri olan Şəfiqə xanımın adı Azərbaycanın ən görkəmli bəstəkarları ilə yanaşı çəkilir. Musiqimizin ən parlaq simaları olan nəhəng sənətkarlar, o cümlədən, Şəfiqə Axundova fərqli janrlara üstünlük veriblər. Bu mənada, Şəfiqə xanım məhz gözəl mahnıları ilə sonsuz şöhrət qazanıb, bu janr onu tanıdıb, sevdirib.

SƏNƏT YOLDAŞLARININ YADDAŞINDAKI ŞƏFİQƏ XANIM

Xanəndə Canəli Əkbərov: "Üzeyir bəyin tələbə kimi sonbeşiyi sayılan Şəfiqə Axundova böyük hörmət və ehtirama layiq xanımdır. O, istər dövlət, istərsə də xalq tərəfindən sevilib. Şəfiqə xanım yaradıcılığını elə qurdu ki, Azərbaycan mədəniyyətini gülüstana çevirdi. Mən sevinirəm ki, onun əsərinin baş qəhrəmanı olmuşam. "Gəlin qayası"nda oynadığım Camal onun həmişə diqqətində idi. Bundan başqa, onun bəstələdiyi mahnıları da ifa etmişəm. Mən fəxr edirəm ki, bir dost, qardaş kimi onunla ünsiyyətdə olmuşam".

Bəstəkar Sərdar Fərəcov: "Şəfiqə Axundova ömrünün sonuna kimi dahi müəllimi Üzeyir bəyin amallarına, ideyalarına sahib idi. O, Üzeyir bəyin ən böyük arzusunu reallaşdırdı, Şərqdə opera yazan ilk qadın oldu. Şəfiqə xanım təkcə bəstəkar deyildi, həm də gənclər üçün ideal idi. Bununla bərabər, Şəfiqə xanımın yaradıcılıq yolunu izlədikcə müxtəlif janrlarda əsərlər yaratdığını görürük. Mövcud olan musiqi janrlarının hamısına müraciət edib, uğurlu nümunələr yaradıb. Yaradıcılığının şah damarı mahnı janrı idi. O, heç vaxt unudulmayacaq. Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq".

Müğənni Aybəniz Haşımova: "Şəfiqə xanımın yeri həmişə görünəcək. İstər insan, istərsə də sənətkar kimi. Amma düşünürəm ki, Şəfiqə xanım xoşbəxt sənətkardır. Çünki heç də hər sənətkar onun kimi sənətinin gücünü tam mənada sübut edə bilmir".

Xədicə RƏHMAN
"525-ci qəzet"



İncəsənət

23.02.2018 | 15:51

Güləhmədin bəyliyi - Qan Turalı yayımdan qaldırılan filmdən yazır

22.02.2018 | 22:44

“KVN-şik”lərin bu filmi Mirzə Cəlili təhqir edir - Mirmehdi Ağaoğlu

22.02.2018 | 09:43“Brit Awards”ın sahibləri məlum oldu
21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq

26.01.2018 | 18:26

Azərbaycan tamaşaçısına xas 14 ədəbsizlik - Siyahı

23.01.2018 | 18:55

“Oskar”a namizədlər açıqlandı - Siyahı