380x80 400x80

Rza Rzayev harda səhv edir?

Sosial

08.02.2018 | 11:19 Oxunub: 199


Azərbaycan təhsil sistemindəki qüsurlar hamıya bəlii. Təəssüf ki, bu barədə nə qədər yazılsa da nəticə yoxdur, əksinə günü-gündən qüsurların, nöqsanların sayı artır.

Gündə bir islahat, gündə bir “kurikulum” (bilmirəm, adını düzgün yaza bildim, ya yox) çıxarırlar, çaşbaş qalmışıq. İslahat-islahata qarışıb. Təhsildə gedən islahatlardan baş aça bilməsək də körpə uşaqlarımızın öküz ağırlığında çantalarını görəndə istər-istəməz bu islahatların ancaq fitnə-fəsad törədəcəyini düşünməyə məcburuq.

Yalan deyirəmmi?

Axı nəticə də yoxdur!

Ali məktəblərə keçid balları il-ildən azalır, orta məktəb məzunlarının bilikləri mexanikləşir, testdən kənar heç nə bilmirlər. On-on birinci sinif şagirdləri məktəb yerinə repetitor yanına hazırlığa gedib universitetə girirlər. Dünyanın heç bir normal ölkəsində belə nümunə yoxdur. Azərbaycan təhsilinə bundan böyük karikatura ola bilməz.

Bunlar azmış kimi tez-tez məktəblər barədə neqativ xəbərlər eşidirik; hansısa müəllimlə şagirdi arasında eşq yaşanır, şagird hamilə qalır, hansısa direktor müəlliməyə əxlaqsız təklifdə bulunur, başqa bir direktorun müəllimələrdən pul yığması ilə bağlı səs yazısı yayılır, sonradan müəllimlə direktor qarşılıqlı olaraq bir-birini əxlaqsızlıqda günahlandırır.

Təhsillə, məktəb direktorları ilə bağlı hadisələr çox baş verir. Bu hadisələrin əksəriyyətinə ictimaiyyət arasında münasibət belə olur ki, çox vaxt direktor və ya məktəb tərəf birmənalı şəkildə qınanır. Mən heç “Direktor yaxşı edib, haqqıdır” deyən görmədim.

Ancaq qəribədir ki, aktyor, rejissor Rza Rzayevlə məktəb direktoru arasında yaşanan insidentə münasibət bildirənlərin əksəriyyəti direktordan çox aktyoru qınayırlar. Hətta direktoru təmkininə görə öyənlər, ifrat səbrinə görə məzəmmət edənlər Rza Rzayevi alqışlayanlardan daha çoxdur.

Rza Rzayevin kobud davranışı, direktor otağına aktyor-rejissordan, mədəniyyət xadimindən çox, “Dolu” filminin dəli-dolu qəhrəmanı Drakon kimi girib hərbə-zorba gəlməsi, üstəlik bir aktyorun, mədəniyyət adamının cəmiyyətdə formalaşan obrazına zidd  leksikon nümayiş etdirməsi  və “şantaj” xarakterli çıxışı onu haqlı durumdan haqsız duruma salmış olur.

Detallara girmək istəmirəm. Onsuz hadisə cəmiyyətdə geniş rezonans doğurub. Çox güman hüquq-mühafizə orqanları məsələyə obyektiv şəkildə yanaşaraq lazımı ölçü götürəcəklər.  Sadəcə bəzi nüanslar diqqətimi çəkdiyi üçün burda tirajlayıram.

Rza Rzayev “razborka” ovqatlı səsi ilə tez-tez bu dövləti quranlardan olduğunu iddia edir və özünün dövlətin keşikçisi kimi təqdim edir. Videoda dilə gətirib, ya gətirməyib bilmirəm, ancaq bildiyim qədəri ilə cənab aktyor sonradan dövlətin yüksək instansiyalarına müraciət ünvanlayıb. Əcəba əhəmiyyətinə görə heç rayon icra hakimiyyəti səviyyəsində olmayan bir hadisədən ötrü Təhsil Nazirliyini, yerli idarəetmə orqanlarını, məhkəmə orqanlarını qoyub daha yüksək yerlərə müraciət etməsinin özü onun yuxarıda dediyi fikirlərə zidd deyilmi? Belə çıxır, qurduğu dövlətə özü də inanmır. Əks təqdirdə məhkəməyə müraciət edib, məsələni daha sivil, qanuni yolla həll edərdi.

Bundan başqa “bəy” xitabını eşidən aktyorun direktoru şantaja keçməsi, insidentin mahiyyətinə dəxli olmayan fikirlər səsləndirməsi də ürəkaçan deyil. Videodan görünür ki, o, bəzi məqamlarda özünün regional üstünlüyündən əlavə “kozır” kimi istifadə edir və bunun üçün “ləhcə”sini snayper kimi direktorun alnına dayayır – artıq-əskik hərəkət eləsən yerə sərəcəm!

Və nəticədə biz videoda nə görürük?

Özünün fiziki, regional və sair üstünlüklərindən istifadə edib, yeri gələndə şantajdan, söyüşdən, təhqirdən çəkinməyən bir “razborka” adamı – qoçu!

Bəs aktyor, rejissor, mədəniyyət xadimi hardadır?

Yoxdur.

Könül istərdi ki, kimsə çıxsın və desin: “Əziz tamaşaçılar sizin gördüyünüz film idi, aktyor, rejissor Rza Rzayevin növbəti filmi. Adı da...”

Adını özünüz qoyun.

Mirmehdi AĞAOĞLU
Kulis.az



Sosial

20.02.2018 | 11:52“Sovetski”dən köçürülmənin 2-ci mərhələsi barədə qərar
19.02.2018 | 09:48“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi
18.02.2018 | 11:24

Azərbaycan erkəyi - Nazlı Pəncəliyeva

16.02.2018 | 18:36Leyla Əliyeva babasını təbrik etdi
16.02.2018 | 15:51QHT sədrlərindən Türkiyəyə dəstək çağırışı
16.02.2018 | 13:37Türkiyəli professor Bilik Fondunda
15.02.2018 | 18:32

Martda neçə gün iş olmayacaq? - Rəsmi

14.02.2018 | 20:23Türkiyə ilə Azərbaycan arasında “qardaş məktəb” layihəsi
14.02.2018 | 17:44

Bu azərbaycanlılar hamımızı bezdirib - Şərif Ağayar

13.02.2018 | 17:39

Körpələrə qoyulmasına icazə verilən qəribə adlar - Siyahı

13.02.2018 | 10:48

Qız övladını qəbul etməyən atalar - Könül Cəfərli yazır

11.02.2018 | 21:52Firon xanımları necə gənc qalırdılar?
10.02.2018 | 09:37Müəlliflərin qonorarının 5 faizi həcmində haqq ödəniləcək
08.02.2018 | 11:19Rza Rzayev harda səhv edir?
07.02.2018 | 19:29Bu il aprelin 11-i rəsmən qeyri-iş günü elan edildi
07.02.2018 | 16:51

5 günlük körpəsini öldürmək istəyən ana - Könül Cəfərli yazır

06.02.2018 | 15:28

“İrəli”dən yeni layihə - “Virtual Məkanda Azərbaycan”

06.02.2018 | 14:24“Uşağına “Arenda”, “Toybəy” adı qoymaq istəyənlər var”
05.02.2018 | 14:21

Deputatlar uşaq sığınacağında - Foto

05.02.2018 | 12:37Azərbaycanlı ailəsində doğulan zənci uşağın atası kimdir?
04.02.2018 | 11:35Ümumdünya Xərçənglə Mübarizə günüdür
02.02.2018 | 09:48Gənclər günüdür
01.02.2018 | 22:5114 yaşı tamam olmamış şəxslərə dərman satılmayacaq?
01.02.2018 | 12:48Arzu Rəhimov Qusarda qəbul keçirəcək
31.01.2018 | 11:44

Ərinin onu döyməsi ilə fəxr edən aktrisa - Günel Natiq

30.01.2018 | 14:25Əbülfəs Qarayev Xırdalanda vətəndaşlarla görüşdü
29.01.2018 | 17:41Bacısının vətəndaş nikahında yaşamasına razı olmayan “müasir oğlanlar”
29.01.2018 | 13:53

Sosial mənzillər üçün aylıq ödəniş açıqlandı - Məbləğlər

28.01.2018 | 19:26

Abşeronun 158 yaşlı mayakı - Tarix

26.01.2018 | 10:42Dünya Ekoloji Təhsil günüdür