380x80 400x80

Bu il aprelin 11-i rəsmən qeyri-iş günü elan edildi

Sosial

07.02.2018 | 19:29 Oxunub: 33


Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda  və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Parafraza-a bildirib ki, qərara əsasən, “2018-ci il üçün iş vaxtının norması”nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub  ki, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 5 fevral tarixli sərəncamına və “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə” Mərkəzi Seçki Komissiyasının 6 fevral tarixliqərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır”.

Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin “2018-ci ilin istehsalat təqvimi”ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq  “168” rəqəmi “159” rəqəmi ilə,  “175” rəqəmi “184” rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “469” rəqəmi “460” rəqəmi ilə,  “502” rəqəmi isə “511” rəqəmi ilə əvəz edilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki “İstehsalat təqvimi” bölməsində də yerləşdirilib”.

E.Babayev onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir: “Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır”.



Sosial

20.02.2018 | 11:52“Sovetski”dən köçürülmənin 2-ci mərhələsi barədə qərar
19.02.2018 | 09:48“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi
18.02.2018 | 11:24

Azərbaycan erkəyi - Nazlı Pəncəliyeva

16.02.2018 | 18:36Leyla Əliyeva babasını təbrik etdi
16.02.2018 | 15:51QHT sədrlərindən Türkiyəyə dəstək çağırışı
16.02.2018 | 13:37Türkiyəli professor Bilik Fondunda
15.02.2018 | 18:32

Martda neçə gün iş olmayacaq? - Rəsmi

14.02.2018 | 20:23Türkiyə ilə Azərbaycan arasında “qardaş məktəb” layihəsi
14.02.2018 | 17:44

Bu azərbaycanlılar hamımızı bezdirib - Şərif Ağayar

13.02.2018 | 17:39

Körpələrə qoyulmasına icazə verilən qəribə adlar - Siyahı

13.02.2018 | 10:48

Qız övladını qəbul etməyən atalar - Könül Cəfərli yazır

11.02.2018 | 21:52Firon xanımları necə gənc qalırdılar?
10.02.2018 | 09:37Müəlliflərin qonorarının 5 faizi həcmində haqq ödəniləcək
08.02.2018 | 11:19Rza Rzayev harda səhv edir?
07.02.2018 | 19:29Bu il aprelin 11-i rəsmən qeyri-iş günü elan edildi
07.02.2018 | 16:51

5 günlük körpəsini öldürmək istəyən ana - Könül Cəfərli yazır

06.02.2018 | 15:28

“İrəli”dən yeni layihə - “Virtual Məkanda Azərbaycan”

06.02.2018 | 14:24“Uşağına “Arenda”, “Toybəy” adı qoymaq istəyənlər var”
05.02.2018 | 14:21

Deputatlar uşaq sığınacağında - Foto

05.02.2018 | 12:37Azərbaycanlı ailəsində doğulan zənci uşağın atası kimdir?
04.02.2018 | 11:35Ümumdünya Xərçənglə Mübarizə günüdür
02.02.2018 | 09:48Gənclər günüdür
01.02.2018 | 22:5114 yaşı tamam olmamış şəxslərə dərman satılmayacaq?
01.02.2018 | 12:48Arzu Rəhimov Qusarda qəbul keçirəcək
31.01.2018 | 11:44

Ərinin onu döyməsi ilə fəxr edən aktrisa - Günel Natiq

30.01.2018 | 14:25Əbülfəs Qarayev Xırdalanda vətəndaşlarla görüşdü
29.01.2018 | 17:41Bacısının vətəndaş nikahında yaşamasına razı olmayan “müasir oğlanlar”
29.01.2018 | 13:53

Sosial mənzillər üçün aylıq ödəniş açıqlandı - Məbləğlər

28.01.2018 | 19:26

Abşeronun 158 yaşlı mayakı - Tarix

26.01.2018 | 10:42Dünya Ekoloji Təhsil günüdür