380x80 400x80

Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”

Təhsil

07.02.2018 | 11:26 Oxunub: 24


UNEC-də Türkiyənin və Azərbaycanın nüfuzlu universitetlərinin təmsil olunduğu elmi- praktiki seminar keçirilib.

“Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda həsr olunan seminarda İstanbul Universitetinin prorektoru, professor Sedat Murat bilik cəmiyyətinin formalaşmasında akademik etikanın önəmindən söz açıb. 

Müasir dövrdə elmi tədqiqat sahəsində vüsət alan plagiatçılığın dünya elmini narahat edən qlobal problemə çevrildiyini diqqətə çatdıran professor, Türkiyənin plagiatçılıqla mübarizə metodlarından nümunələr çəkərək, bu prosesdə universitetlərin əhəmiyyətli rol oynadığını bildirib. 

UNEC-də elmi etikanın qorunmasına yönəlik atılan addımları müsbət qiymətləndirən S.Murat bu təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı ali məktəblərin tədqiqatyönümlü universitetlərə çevrilməsinin əhəmiyyətindən danışıb, tədqiqatların beynəlxalq standartlara cavab verməsində akademik sərbəstlik və elmi mühit yaradılmasının vacibliyini vurğulayıb. Universitetləri beyin mərkəzləri adlandıran H.İsaxanlı tədrisə güclü tədqiqatçıların cəlb edilməsinin önəmindən danışıb. 

Azərbaycan Universitetinin prorektoru, professor Yusif Qasımov isə saxta tədqiqat bazarı və “yırtıcı” jurnalların təyin olunması meyarlarını açıqlayaraq, onlara qarşı mübarizə tədbirlərindən danışıb. 

İnternet üzərindən əksər elmi jurnalların əlçatan olması, qlobal elmi baza və kitabxanaların təqdim etdiyi xidmətlərin elmi fəaliyyətə təkan verdiyini qeyd edən professor, bunun plagiat üçün də münbit zəmin yaratdığına diqqət çəkərək, elmi müəssisələrin plagiatla mübarizəyə kompleks yanaşmasının zəruriliyini vurğulayıb. 

BDU-nun professoru Kamil Səlimov elmi nəşrlərdə etik prinsiplərin qorunmasında Avropa təcrübəsindən danışıb, bu istiqamətdə akademik etik məcəllənin qəbul edilməsinin vacibliyini qeyd edib. 

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov tədqiqatyönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də bu istiqamətdə atılan addımlardan bəhs edib. 

O, müasir elmin inkişafında bibliometriya və elmmetriyanın artırılmasına diqqət çəkərək, İndeks Hirş artırma texnologiyası və imitasiya elminin inkişafından söz açıb.

Elmi seminarda “yırtıcı” jurnallara qarşı mübarizə metodları səsləndirilib. Biliklə yanaşı, bilik istehsal edən bütün subyektlərin qiymətləndirilməsi, dövlətlərin və beynəlxalq qurumların bu sahədə qəbul etdiyi siyasətin perspektivləri, elmi fəaliyyətin kompleks qiymətləndirilməsi, qorunması və bilik cəmiyyətinin formalaşmasında elmi etikanın əhəmiyyəti müzakirə edilib. 

Professorlar akademik etika mövzusunda kitabın hazırlanmasını təklif ediblər. Kitabın ən qısa zamanda nəşr edilməsi məqsədilə işçi qrupu yaradılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

SONA



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində