380x80 400x80

8 Martın ayın neçəsinə düşüyünü bilməyən analar... - Kəramət Böyükçöl

Ədəbiyyat

06.02.2018 | 13:43 Oxunub: 455


Kəramət BÖYÜKÇÖL

Mənim təsəvvürümdə bir ana obrazı var. 

O ana hər bir bəzək-düzəkdən, rənglərdən, kosmetikalardan uzaqdır, yayda da, qışda da başında yaylıq olur. Utana bilir, həmişə öz ərindən bir addım arxada yeriyir. Onun gözəlliyi əllərinin qabarı və üzünün qırışıdır. O ana laylay deyəndə təkcə qılçının üstündəki uşaq yox, bütün kənd, rayon, qəsəbə mürgiləyir, inəklərin, atların, toyuq-cücələrin də yuxusu gəlir. O ananın adı nə olsa yaxşıdır? Urza, Məruza, Xənsənəm, Hamayıl, Bilqeys, Xatun...

Bu analar sözün ironiyasız mənasında kişi kimi qadınlardır, odun da doğrayır, daş da daşıyır, təndirdə çörək də bişirirlər. O anaların ayağında heç vaxt dikdaban ayaqqabı görməzsən, həmişə qaloşda gəzərlər. Adam içinə çıxanda, rayona bazarlığa gedəndə isə altı düz, parçadan hazırlanmış ayaqqabılarını geyinirlər. O analar həmişə sağlam, gümrah olurlar, həkimə-zada da getmərlər, bir dəfə doğular, bir dəfə də ölərlər. O analar 8 Martın ayın neçəsinə düşdüyünü bilməzlər. Küsmək nədir, naz nədir, xəbərləri yoxdur. Dodaq büzməyə isə gecələr göydə günəş görüblərmiş kimi məəttəl qalarlar.

Ən əsası isə mən 8 Martın ayın neçəsinə düşüyünü bilməyən o analara və onların övladlarına çox inanıram. Bilirəm ki, sabah müharibə olsa, torpaqlarımızı sona kimi o anaların oğulları qoruyacaq. O oğullar mərd olurlar, qorxmurlar, çünki içlərindəki bütövlük, kişilik anadangəlmədir. Azərbaycanın ərazi bütövlüyü, sərhədləri, müstəqilliyi məhz Urza, Məruza, Xənsənəm, Hamayıl, Bilqeyis, Xatun kimi anaların doğduğu oğulların çiynində dayanıb və dayanır. Nə qədər şəhid tanıyıram, hamısının anası o analardandır. Mən hələ bir şəhid anasını bu obrazdan kənarda görməmişəm.

Mənim təsəvvürümdə başqa bir ana obrazı da var, onlar isə il uzunu sosial şəbəkələrdə dodağını büzüb şəkil çəkdirən, silikon dodaqlı, linza gözlü, mini ətəkli müasir qızlarımızdır. Hələ yeni nəsildirlər, tam yetişməyiblər. Mənə elə gəlir, yetişməyəcəklər də. Adları nə olsa yaxşıdır? Ayka, Nurka, Günka, Vüska... Onlara baxıb fikirləşirəm ki, ilahi, bunlar da ana olacaq, bunlar da uşaq doğacaq, əsgər yola salacaqlar? Ümumiyyətlə, bu qızlar laylay deyə bilirmi? O qızların içindəki əxlaq, mənəviyyat vətən üçün, torpaq üçün oğul böyüdə bilərmi? Teksun yağı ilə böyümüş Aykaların, Nurkaların, Günkaların balası bu vətəni, bu torpağı, bu yurdu öz çiyinlərində daşıya biləcəklərmi?

Təbii, ata, eşşəyə ancaq şəkil çəkdirmək üçün baxan Nurkalar, Aykalar, Günkalar da bu vətənin övladlarıdır, o heyvanlarla kilometlərlə yol qət eləyib su gətirən, hamilə-hamilə odun daşıyan Məruzalar, Uruzalar, Xatunlar da. Təsirlisi budur ki, Nurkalar, Aykalar elə bilir ki, dağlar ətəyində selfi eləmək üçün yaranıb, Məruzalar, Urzalar isə orda qoyun otarırlar, mal-qara saxlayır, o dağ ucalığını öz içlərində yaşadırlar. Və ən dəhşətlisi və dözülməzi də budur ki, mən bilirəm, Nurkaların, Aykaların uşaqlarından bu vətənə oğul olmayacaq, ancaq tale elə gətirəcək ki, Məruzaların, Urzaların balaları Qarabağ uğrunda sona kimi vuruşacaq, canlarını qurban verəcəklər, Aykaların, Nurkaların, Günkaların gədələri isə Şuşada, Xankəndində villalar ucaldacaqlar, Cıdır düzündə atla, eşşəklə, toyuq-cücə ilə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşacaqlar...



Ədəbiyyat

23.02.2018 | 19:47

Anası ölən uşaqdan niyə utanırdım? - Mirmehdi Ağaoğlunun yazısı

23.02.2018 | 16:53Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək
23.02.2018 | 00:33

Kişmiş oyunu - Cəlil Məmmədquluzadə

22.02.2018 | 23:15

Səyahət - Stefan Sveyqin hekayəsi

22.02.2018 | 21:47

Mirzə Cəlilin Axundov haqqındakı məqaləsi - Mətn

22.02.2018 | 20:27

Vampirin essesi - Şəfa Vəlinin hekayəsi

22.02.2018 | 19:53

Sağ qalan varmı?!.. - Emin Pirinin müharibə şeirləri

22.02.2018 | 12:45Tomas Vulfun əsərləri Azərbaycan dilində
21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə