380x80 400x80

UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır

Təhsil

06.02.2018 | 11:44 Oxunub: 209


UNEC-də professor-müəllim heyəti üçün növbəti qış məktəbinə start verilib.

Universitetdən Parafraz-a verilən məlumata görə, UNEC-in akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər il təşkil edilən qış məktəbi bu dəfə "Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması" mövzusuna həsr olunub. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan qış məktəbində dünyanın nüfuzlu universitetlərinin alimləri – ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio, Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Murat təlimlər keçirlər.

Qış məktəbində UNEC-in yüzdən çox müəlliminə dərs vəsaitləri və mühazirə standartlarının hazırlanması, sillabusların təkmilləşdirilməsi, tədris və iş etikası, dərs prosesində simulyasiya (case study) və nümunəvi təhlil metodlarından istifadə qaydaları barədə ətraflı məlumat veriləcək, bu istiqamətdə Avropa təcrübəsi paylaşılacaq. Alimlərin keyfiyyətli tədqiqat apara bilmələri üçün onlara keyfiyyət, kəmiyyət və kompleks metodlar arasındakı fərqlər göstəriləcək, tədqiqat zamanı hədəf auditoriyaların nəzərə alınması, nüfuzlu beynəlxalq elmi mətbuatda məqalələrin dərc edilməsi prosesi, onlayn məlumat bazaları və vizual təqdimat imkanlarından istifadə qaydaları açıqlanacaq.

Beş gün davam edəcək qış məktəbini uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim ediləcək.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində