380x80 400x80

“Azərbaycan nəsrində dəyişməli çox şey var” - “Gənc yazarlara dəstək”

Ədəbiyyat

05.02.2018 | 22:48 Oxunub: 100


Parafraz-ın gənc yazıçı Cəmilə Məmmədlinin təqdimatında start verdiyi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində Yadigar Ələkbərovun kiçik müsahibəsi və hekayəsini təqdim edirik:

-Ənənəvi sualımız: oxucu Yadigar Ələkbərovu hansı əsəri ilə tanımalıdır və niyə?

- Düşünürəm, bunu mən yox, zaman cavablandıracaq. Ancaq başlanğıc üçün fikirləşirəm, oxucu Yadigar Ələkbərovu “Günəşi axtaranlar”dan tanımağa başlasa gözəl olar. Səbəbə gəlincəsə. Azərbaycan nəsrində dəyişməli olan çox şey var ki, düşünürəm, bu, başlıca vəzifəmdir. Bununçün ədəbiyyata gəlmişəm, bununçün də oxucu məni tanımalıdır.

- Yazılarınızda daha çox hansı məsələləri, problemləri önə çıxarırsınız?

- Tarixi keçmiş, müasirliyin problemləri və bizim ümumi insanlığın gələcəkdəki yeri və rolu.

- 3-cü Gənc Ədiblər Məktəbində iştirak etməyiniz sizə nə qazandırdı?

- Özüm kimi yaradıcı insanlarla tanışlığı, birinci növbədə özümə ustad sayacağım şəxsi Azərbaycanın ən böyük ədəbi tənqidçi alimi Əsəd Cahangirlə tanışlığı qazandım.

- Hansı yazarlarımızın qələmini özünüzə yaxın hesab edirsiniz?

- Heç kəsin qələmini özümə yaxın bilmirəm, ancaq dəyərli yazarlarımız var. Məsələn, Məmməd Səid Ordubadi...

- Hansı ədəbi planlarınız var?

- Hazırda Babək barədə povesti, “Qan qardaşları” adlı ilk romanımı bitirmək üzrəyəm. Sonra ona film çəkdirmək istəyirəm. Bundan əlavə, teatr sahəsidə özümü sınamaq fikrindəyəm.

Cəmilə MƏMMƏDLİ

Avtobusun şikayəti

- Bezmişəm! Vallah bezmişəm! Belə insafsızlıq olar? Elə nə olur, boynuma yıxırlar. Nə olur məni günahlandırıb lənətləyirlər! Bəsdir də! Hamı kimi mənim də arzularım, istəklərim var. İnanırsan, hərdən dil acib danışmaq istəyirəm, sadəcə görürəm, eşidən olmayacaq, məcburən susuram.

- Nə olub, axı? Dərdini danış, görək, balaca, -  səbrini itirmiş Sovet vaxtından qalma “PAZ” avtobusu dayanmadan deyinən “Ford”dan soruşdu.

- Dünən Bülbülədən Qara Qarayev tərəfə gəlirəm. Ay qardaş, sürücü məni elə sürür, az qalıram, ya divara, ya da başqa maşına çırpılam. Allaha şükür, xatadan ötüşdük.

- Sevin də! Daha niyə şikayətlənirsən? – “PAZ” avtobusu gülümsədi.

- Niyə şikayətlənirəm? Xalqın susqunluğundan şikayətlənirəm. Sürücü az qalır, qəza törədə, biri ağzını açıb demir: ay canım, belə maşın sürərlər? Bəs birdən qabağıma uşaq çıxsaydı, onda necə olardı, hə? Sürücünün nə vecinə. Olan mənə olacaq. Həm xalqın balasını bədbəxt edəcək, həm məni zay edəcək. Sumqayıt yolundakı hadisə yadındadır?

- Hə, yadımdadır. Nə qədər cavan uşaq heç nədən öldü. Neyləmək olar? Həyat belədir. Çox vaxt yaşamağa layiq olan insanlar ölür, pislər, zalımlar yaşayırlar. Odeey, Qarabağ uğrunda nə qədər can getdi. Hələ nə qədər də gedəcək. Bəs nəticə? Azərbaycan torpağı hələ də düşmən tapdağındadır. Neyləmək olar? Görünür, bu millətin qisməti hələlik belədir. 

- Yox qoca. Sən təslim olmusan. Belə olmaz. İnanmıram, bu millətin taleyi belə ola. İnanmıram. Eşidirsən? İnanmıram! – Ford qışqıra-qışqıra dedi.

Qoca “PAZ onun sərt danışığına qətiyyən əhəmiyyət verməyib, gülümsədi. Bir az əvvəlki sözləri ilə bilərəkdən “Ford”u sınayırdı. Bir az düşünüb:

- Belə davam elə, balaca. İnadkar ol! Təslim olma! Həyatın qabağında sınma! İrəli gedəcəksən. Bəlkə məndən fərqli olaraq daha irəli getdin. Kim bilir, bəlkə sənin kimi inadkarların vasitəsilə Qarabağ azad ola. Məni isə, görünür, sonacan AzTV efirində göstərəcəklər... Vallah, gündə min dəfə Allaha şükür edirəm ki, bizə ürək verməyib. Yoxsa bu işlərə dözüb, yaşaya bilməzdim. Cəbhədə millət şəhid verir, efirdə bayram edirlər. Az qalırsan dəli olasan! Qarabağ ildə cəmi bir dəfə yada salınır. Sonra bir kanal bağlanıb...

- Keçən il efirində hicaba söz atan kanalı deyirsən? – Ford soruşdu.

- Hə.

- Onda əcəb olub bağlanıb. Görüm heç açılmasın. Allahdan başqa qeyrisindən kömək istəyənlərin axırı belə olmalıdır.

- Belə qəddar olma, balaca.  İnsanlara pislik arzulamaq bizə yaraşmaz.

- Yaraşmaz deyirsən? Yox, qoca. Belə deyil. Elə hər şeyə susuruq deyə, itdən betər gündəyik. Heyvan yenə ağrıyanda sızıldamağı, ağlamağı bacarır. Ancaq biz yox! Ona görə də danışacağam. Pislik də arzulayacağam və dua edəcəm ki, qoy arzularım yerinə yetsin. Qoy, sürət həddini aşıb camaatın balasını bədbəxt edənlərin, məni isə metalloloma göndərənlərin özü ölsün. Deyəcəm, qoca! Axı, niyə susum? Danışmamağa səbəbim varmı? Səsimi kəsirlərsə, kəssinlər! Lap elə günü sabah aparsınlar metalloloma tikə-tikə eləsinlər.

Ehh, qoca. Daha nə deyim? İnsanları başa düşmürəm. Niyə imkan verirlər, kimsə onların mənəviyyatını, həyatını məhv eləsin? Niyə? Axı, niyə? Axı, əvvəl bu xalq belə deyildi.

- Yəni deyirsən vəziyyət belə acınacaqlıdır? – “PAZ” kədərlə soruşdu.

- Bilmirəm. Elə həmin gün Bülbülədən gələn avtobusda sürücü sürət həddini aşanda sərnişinlər arasında bir gənc yazıçı vardı. Təkcə o danışdı. Onu eşidəndə qürürlandım. Hamı susanda onların haqqını tələb edən kəs varsa, demək, hələ ümid qalır. Ancaq o cavana görə yaman qorxuram, ay qoca. Üzərinə elə yük götürüb, bilmirəm buna tab gətirə biləcək, ya yox. Ona görə çox qorxuram.

- Niyə? O cavandan sənə nə? – “PAZ” maraqla soruşdu.

- Bilmirəm, qoca. Bilmirəm. Yəqin taleyimiz oxşardır. Ona yazığım gəldi lap. Nə isə. Yatmaq lazımdır. Gecən xeyrə qalsın, qoca. Eşidirsən məni? – “Ford” səsləndi, ancaq “PAZ”dan səs çıxmadı.

- Yat, qoca sabah yenə şəhidlər olacaq, yenə aclıqdan, çıxılmazlıqdan ölənlər, qəzaya qurban gedənlər olacaq, kanallarsa millət ağlayanda bayram edəcək.  Qarabağı ildə bir-iki dəfə xala xətrin qalmasın yada salıb, o biri gün yenə vur-çatlasın edəcəklər. Yenə yetimin haqqı tapdalanacaq, sanki hər şey elə belə olmalıdır. Bircə o cavan barışmayacaq. İlahi, axı, niyə? Nəyə görə burda yaşamalıydım? Nəyə görə xoşbəxt ölkədə xoşbəxt xalqın arasında məni yaratmadın ki, bir gün görüb, əsl “Ford” kimi, yaşayam? – avtobus sızlandı. Ancaq ona hay verən olmadı.

Bu mənzərəni kənardan bir narkoman izləyir, qorxusundan nə edəcəyini bilmirdi. Avtobusların insan kimi danışmağa başladığını görəndə, əvvəl gözlərinə inanmadı. Elə bildi, yuxu görür. Hətta oyanmaq üçün özünə sillə vurdu, ancaq bu da kömək eləmədi. “Ford”la “PAZ” insan kimi danışır, hər sözü aydın başa düşürdü.

- Ala, deyəsən, yaman uymuşam. Başım qacıb. Ha-ha-ha. Bu nədi, ala? Avtobus da danışar??? Yox, dəqiq uymuşam, beynim çönüb ki, belə şeylər görürəm. Ağzımda it oğluna dedim, verəndə düz-əməlli mal versin, – öz-özünə danışan narkoman paltarının ciblərini axtarmağa başladı. Ancaq heç nə tapmadı. Şpris də əlinə keçmədi.

- Ala, bu nədi. Bə bu gün niyə vurmamışam? – narkoman başını yellədi. Birdən yadına düşdü ki, bu gün, ümumiyyətlə, çəkməyib - qorxu lap basdı. Tələsik ayağa qalxıb, qışqıra-qışqıra qaçmağa başladı:

- Ay camaat! Dünyanın axırı çatıb! Avtobuslar dilə gəlib, bizim barəmizdə danışır! Vay! Avtobuslar dilə gəlib danışırlar! Avtobuslar danışır! Qaçın, canınızı qurtarın!

Gecə patrulu aparan polis qışqıran adamı eşidib, səsə tərəf qaçdı. Qışqıranın narkoman olduğunu görəndə, tutub yerə yıxdı, qolunu qandallamağa başladı.

- Burax məni, rəis! Rəis, sən canı, burax məni! Avtobuslar danışır! Mən ölüm, dünyanın axırı çatıb, – boğula-boğula bağıran narkoman canını polisin əlindən qurtarmaq istəsə də bacarmadı.

- Qalx ayağa, ay yetim. Nə qədər vurmusan ki, beynin çöküb. Qalx! Camaatı narahat edirsən, məni də qorxutdun. Xəbərin var saatdan? Dur ayağa, – polis onu patrul maşınına tərəf daartdı.

- Rəis, Vallah, avtobuslar danışırdı. Bizim barəmizdə danışırdı! Vallahi, uymamışam. Vallahi, beynim çönməyib. Dədəmin goru haqqı vurmamışam. Vallah, uymamışam, – narkoman polisi inandırmağa calışsa da bacarmadı.

Əslinə qalsa, polis inanmamaqda haqlıydı. Belə götürəndə kim inanar, avtobuslar insanlar kimi danışmağı bacarır. Kimsə görüb bunu? İllah da, deyən narkoman ola...

Yadigar ƏLƏKBƏROV



Ədəbiyyat

23.02.2018 | 19:47

Anası ölən uşaqdan niyə utanırdım? - Mirmehdi Ağaoğlunun yazısı

23.02.2018 | 16:53Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək
23.02.2018 | 00:33

Kişmiş oyunu - Cəlil Məmmədquluzadə

22.02.2018 | 23:15

Səyahət - Stefan Sveyqin hekayəsi

22.02.2018 | 21:47

Mirzə Cəlilin Axundov haqqındakı məqaləsi - Mətn

22.02.2018 | 20:27

Vampirin essesi - Şəfa Vəlinin hekayəsi

22.02.2018 | 19:53

Sağ qalan varmı?!.. - Emin Pirinin müharibə şeirləri

22.02.2018 | 12:45Tomas Vulfun əsərləri Azərbaycan dilində
21.02.2018 | 22:49

Bəsrəli kimyagərin nağılı - Əli Babazadə yazır

21.02.2018 | 11:56

Mənə niyə inanmırdınız? - Kəramət Böyükçöl

21.02.2018 | 10:54

NKVD agenti olan məşhur şairimiz - Araşdırma

20.02.2018 | 10:45

“Kitabi Dədə Qorqud”un Vatikan nüsxəsi nəşrə hazırdır

19.02.2018 | 21:36

Umberto Eko ilə ilk və son görüş… - Kamal Abdulla

19.02.2018 | 15:42

Abidə əsərlərin müəllifi Toni Morrison - Tərcümə

19.02.2018 | 13:27

O bülbül ölməyib, ötməyə davam edəcək - Fariz Bayramov yazır

19.02.2018 | 11:37

Mübariz ruhlu alim, incə duyğulu şairə - Tahirə Qürrətül-Eyn

18.02.2018 | 19:44

Əliağa Vahidi öldürən tibb bacısı - Araşdırma

18.02.2018 | 17:30

Ədəbsiz ədəbiyyata doğru - Şərif Ağayar yazır

18.02.2018 | 13:45

“Əgər ən yaxın dostun müharibədə ölmüşsə...” - Rasim Qaraca

17.02.2018 | 21:55

Dəbiyyat - Nemət Hacıəliyev

17.02.2018 | 13:27

Yubiley mükafatı veriləcək - “Qızıl Buker”

17.02.2018 | 11:48

Məşhur yazıçıların fobiyaları - Azər Qismət yazır

16.02.2018 | 17:53

“Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər” - Rəşad Məcid

16.02.2018 | 16:46Ahmet Altana ömürlük həbs cəzası
16.02.2018 | 00:20

“Sevgini gizlətmək mahalmış demə!..” - Bəxtiyar Vahabzadənin şeirləri

15.02.2018 | 22:54

Skarpionkanın gözləri - Şəfa Vəlinin hekayəsi

15.02.2018 | 19:48

Biz modernist olmaq istəyirik! - Aqşin Yenisey yazır

15.02.2018 | 17:34On beş adda uşaq ədəbiyyatı nəşr olundu
15.02.2018 | 11:45

Rus qızına görə oğlunu evdən qovan Xalq yazıçısı - İsmayıl Şıxlı

15.02.2018 | 01:53

Milad hədiyyəsi - Sevgililər gününə özəl hekayə