380x80 400x80

Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı

Təhsil

05.02.2018 | 18:49 Oxunub: 67


Hədəf Liseyi, ölkəmizin STEM+A əsaslı təhsil verən ilk özəl liseyidir. STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math, Art) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. 

UNESCO-nun müvafiq hesabatında mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki olduğu bildirilir və hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli stratejik hədəf kimi görür və STEM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.

Bizdə bu mütərəqqi təhsil praktikasını ölkəmizdə tədris etmək üçün Azərbaycanın STEM əsaslı təhsil verən ilk təhsil müəssisəsini, Hədəf Liseyini təsis etdik. Liseyimizin şagirdləri fənn dərsləri ilə bərabər, İnteqrasiya Mərkəzimizdə, atelyelərimizdə, fənn kabinetlərimizdə, laboratoriyalarımızda və interaktiv sinif otaqlarımızda müşahidə edərək, əlləri ilə toxunaraq, tətbiq edərək öyrənmə prosesində aktiv iştirak edib müxtəlif cihaz, qurğu və mexanizmləri liseyimizin təmin etdiyi imkanlar sayəsində dizayn edə, hazırlaya, proqramla təmin edə və test edə biləcəklər.

Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə, elm olmadan mümkün olmaz. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, hədəfimiz XXI əsrin BİLGƏ Azərbaycanlısını yetişdirməkdir.

Şagirdlərimizin hərtərəfli inkişafı hədəfimizi reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseyimizdə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyətlər də nəzərdə tutulur. Şagirdlərimiz üçün zəngin tədris və sosial mühit təmin etmək bizim başlıca vəzifəmizdir.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində