380x80 400x80

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

Siyasət

05.02.2018 | 20:15 Oxunub: 38


Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamı şərh edib.

Parafraz-ın məlumatına görə, Əli Həsənov APA-ya bildirib ki, bu günə kimi Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyəti qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib: "Bilirsiniz ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.
 
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda -  oktyabrın 17-də keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.
 
Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.
 
Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin  yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır".
 
Ə.Həsənov deyib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.
 
Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən, İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz".



Siyasət

23.02.2018 | 13:47

Rəsulzadənin Stalinə məktubu - Mətn

21.02.2018 | 16:28Test ucun yazilmis xeber
13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?