380x80 400x80

UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü

Təhsil

05.02.2018 | 10:41 Oxunub: 81


UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib.

Universitetdən Parafraz-a verilən məlumata görə, “Açıq qapı” günündə rektor, professor Ədalət Muradovla birlikdə UNEC İctimai Nəzarət Şurasının üzvləri “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Parlament Jurnalistləri Birliyinin sədri, Modern Media Qrupunun baş direktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva da iştirak edib.

“Açıq qapı”ya daxil olan müraciətlər əsasən imtahan nəticələrinin yüksəldilməsi və intizam qaydalarının pozulması ilə bağlı olub. Qəbulda həmçinin UNEC-in rektorunun hər ayın birinci şənbə günü keçirilən “Açıq qapı” günündə iştirak edən vətəndaşların da müraciəti dinlənilib. Müraciətlərin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı isə qaydalara uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyatı strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qəbuldan sonra qış imtahan sessiyasının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. E.Əliyev sessiya dövründə Şura üzvlərinin prosesi yaxından izlədiklərini bildirərək, imtahanlarda şəffaflığın təmin edilməsi və obyektivliyin qorunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. E.Eyvazlı sessiya dövründə xüsusi olaraq rektorun hər həftə müraciətləri dinləməsini müsbət hal adlandıraraq, “Açıq qapı” günlərinin UNEC-in şəffaf universitetə çevrilməsində mühüm rol oynadığını bildirib.

S.Qarayeva isə UNEC-in “Qaynar xətt” xidmətinin fəaliyyətinə diqqət çəkərək, yalnız sessiya boyunca deyil, il ərzində tələbələrin qarşılaşdıqları hər hansı bir problemlə bağlı müraciət edə biləcəkləri xidmətin olmasını müsbət dəyərləndirib.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində