380x80 400x80

Lütfi Zadə kimdir?

Elm

04.02.2018 | 09:49 Oxunub: 102


Bu gün tanınmış azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür. Parafraz alim haqqında kiçik arayışı təqdim edir.

Riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və Kaliforniyadakı Berkli Universitetində kompüter elmi üzrə əməkdar professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda doğulub.

O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb.

Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub.

Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb.

1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib.

1946-cı ildə isə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq New York şəhərinə yerləşmişdi.

O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.

Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.

Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.

Akademik dairələrdə professor Lütfi Zadənin işi mübahisəli sayılır və hətta rişxəndə də tuş gəlirdi.

Bu, qismən onun işinin başqa riyazi sahələri sorğu-suala çəkməsi və yeni nəzəriyyənin terminologiyası ilə bağlı idi, The New York Times qəzetində mərhuma həsr olunmuş məqalədə deyilir.

Məqalədə Lütfi Zadənin araşdırmalarının təsirindən də bəhs olunur. Belə ki, Google Scholar saytına əsasən Zadənin 1965-ci ildə nəşr etdiyi "qeyri-səlis çoxluq" nəzəriyyəsi 90 mindən artıq elmi əsərdə iqtibas olunub və bu riyazi konsepsiyası elektron cihazlardan tutmuş, hava proqnozunadək müxtəlif sahələrdə istifadə olunub.

New Mexico Universitetindən professor Timothy Ross deyir ki, nəzəriyyə hüdudları qeyri-müəyyən və dəqiq olmayan informasiya kütləsini araşdırırdı.

"Bu nəzəriyyə və reallıq arasında bir körpü idi", son illər ərzində Lütfi Zadə ilə yan-yana işləyən Almaniyanın Jena Universitetinin professoru Rudolf Seising deyib.

Lütfi Zadənin Stella və Norman adlı iki övladı var.

Alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.



Elm

13.02.2018 | 00:48Karl Qustav Yunqu necə oxumalı?
10.02.2018 | 21:40

Plagiatlığın qurbanı olmuş Azərbaycan və Şərq alimləri - Siyahı

10.02.2018 | 15:44Mobil telefon beyin xərçəngi yaradır?
04.02.2018 | 17:39Xərçəngin müalicəsində Moerman pəhrizi
04.02.2018 | 09:49Lütfi Zadə kimdir?
03.02.2018 | 14:40

Yazıçı Pərvin “İlin gənc alimi” seçildi - Fotolar

01.02.2018 | 01:06

Türk kültürü boyunduruq altında - Rəsulzadənin bilinməyən məqaləsi

31.01.2018 | 20:53

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

31.01.2018 | 17:46

Maarifçilik tariximizdə layiqli yer tutan fədakar qadın: Pəri Topçubaşova

30.01.2018 | 21:52Kosmosda ilk hospitalı BƏƏ açacaq
25.01.2018 | 21:50Çinli alimlər meymunu klonlaşdırdılar
23.01.2018 | 14:50

Orfoqrafiyanın qızıl qaydası - Mövqe

22.01.2018 | 17:45Yeniyetməlik dövrü 24 yaşa qədər davam edə bilər
22.01.2018 | 11:54Orfoqrafiya qaydaları ilə bağlı redaktə və təkliflər
18.01.2018 | 17:54Dilçi alim “əsgər”in “əskər” olmasını istəmir
17.01.2018 | 19:34

Orfoqrafiya lüğətindən hansı sözlər çıxarılır? - Siyahı

16.01.2018 | 09:48

Bəzi sözlərin yazılışı dəyişdi

15.01.2018 | 19:56Qida yağlarının ən faydalısı hansıdır?
15.01.2018 | 09:43

“Allah” sözü nə vaxt böyük, nə vaxt kiçik yazılmalı? - Ağalar Məmmədov

12.01.2018 | 19:49Anesteziya beyini şikəst edə bilər
12.01.2018 | 11:49“Allah”, “Rəbb”, “Tanrı” sözləri böyük hərflə yazılacaq
12.01.2018 | 10:53

Orfoqrafiya lüğətində hansı dəyişikliklər təklif olunur? - Siyahı

11.01.2018 | 20:50

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

10.01.2018 | 14:39Azərbaycan hərb tarixinə dair kitab çap edildi
09.01.2018 | 09:49Əsnəmək beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur
08.01.2018 | 22:48

Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla - Araşdırma

31.12.2017 | 11:49Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul
27.12.2017 | 22:49

Xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləri

26.12.2017 | 20:20Fənər kimi işıq saçan güllər
18.12.2017 | 18:27Ortaq türk dili ilə bağlı monoqrafiya çap olundu