380x80 400x80

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

"Kitabsevərlər" hərəkatı

03.02.2018 | 18:46 Oxunub: 153


Ceylan MUMOĞLU

Amerika ədəbiyyatının bəyənilən əsəri "Bülbülü öldürmək" bu günə qədər 60 milyon nüsxə satılıb və hələ də sevilən romanlar sırasında yer tutur. 

Harper Li yaradıcılığına hekayələriylə başlasa da, bu təcrübəsində uğur qazana bilməyib. 1960-ci ildə yazdığı "Bülbülü öldürmək” ("To Kill A Mockingbird”) romanı isə çox bəyənilib, müəllifinə böyük şöhrət gətirib. 1961-ci ildə roman "Pulitzer" mükafatı alıb. 

Roman həmçinin, ssenari-kitab kateqoriyasına daxil olaraq 1962-ci ildə eyniadlı filmlə 3 nominasiyada Oskar mükafatı qazanıb. 1999-cu ildə Amerika Kitabxanaçılar Birliyi tərəfindən əsrin ən yaxşı kitabı seçilib. 

"Attikus deyir, dərisi rənglini aldatmaq ağ adamı aldatmaqdan on qat pisdir. Deyir ki, yer üzündə bundan iyrınc şey ola bilməz" (səh. 277)

Əsərdə irqlər arası mübahisələrin ən üst səviyyəyə çatdığı 1930-cu illərin ABŞ sosial həyatı ən təsirli şəkildə qələmə alınıb. 

Romanın təsir gücü təkcə tarixi hadisələrlə məhdudlaşmır (Amerikada gedən irqi mübarizə və bərabər hüquqlar uğrundakı savaş), həm də oxucuya "özümüzdən fərqli hesab etdiyimiz” insanlar, onların həyatları haqqında düşündürücü mesajlar verir. Səkkiz yaşlı Skautun dilindən danışılan hekayə özümüzə, yaxşı tanıdığımız insanlara bənzəməyən insanları hansı kriteriyalara görə fərqləndirdiyimizi düşünməyə məcbur edir. 

Romanda ən bəyəndiyim obraz Attikus oldu. Vicdan və ədalətin simvolu, doğruluğun, yaxşılığın daşıyıcısı, eyni zamanda, nümunəvi ata. Sanki yazıçı Harper Li öz dünyagörüşü, fəlsəfi fikirlərini də elə bu obrazın dili ilə çatdırıb. 

Roman boyu uşaqlarına və oxucuya dərs verən Attikus obrazı "Yaxşı insan necə olmalıdır?", "Yaxşı ata necə olmalıdır?" suallarını cavablayır. Məsələn, kitabda Skautun məktəblə bağlı problem yaşadığı səhnədə Attikusun qızına verdiyi məsləhət belə idi:

"İtigöz, hər şeydən əvvəl sadə bir şeyi öyrənməyə çalış. Onda ən müxtəlif adamlarla dil tapa bilərsən. Ta özünü birinin yerinə qoymayınca, onu əsl mənada başa düşə bilməzsən..." (səh. 44). 

Bundan başqa, uşaqlarına kitab oxumaq vərdişini qazandırması ən təqdir ediləsi xüsusiyyətlərindəndir. Kaş, bütün atalarda bu xüsusiyyət mövcud olaydı.

"Bülbülü öldürmək" əsəri oxuculara təkcə irqi mübahisələrin, seqreqasiyanın ağrı və acılarının həssas tərəflərini çatdırmaqla kifayətlənmir, bütövlükdə insanlara nə iş görürsənsə gör, hər zaman insan qala bilməyin yolları öyrədilir, ictimai statusundan, təhsil səviyyəsindən, intellektindən asılı olmayaraq ilk növbədə hər kəsə insan kimi baxılmasına diqqət çəkilir:

"- Sən yaşda olanda mən də belə fikirləşirdim. Madam ki, bütün insanlar birdir, niyə bir-biriləri ilə yola getmirlər? Birdirlərsə, niyə özlərini belə çəkir, bir-birinə belə nifrət bəsləyirlər? Bilirsən, İtigöz mən deyəsən nəyisə özüm üçün aydınlaşdırmışam. Deyəsən, Bədheybət Redlinin niyə dörd divar arasında qapanıb qaldığını, adam arasına çıxmaq istəmədiyini başa düşürəm" (səh. 312).



"Kitabsevərlər" hərəkatı

22.02.2018 | 00:21

Qum qalalar - Əziz Nesinin hekayəsi

20.02.2018 | 21:50

“Kitabsevərlər”siz nələrdən məhrum olardıq? - Sorğu

20.02.2018 | 12:49

İki nəfərin törətdiyi cinayət üç prizmada - “Güzgülər kitabı”

11.02.2018 | 22:42

“Güzgülər kitabı” təqdim edildi - Fotolar

06.02.2018 | 16:45

“Kitabsevərlər” şagirdlərlə “Donu qırmızı”nı müzakirə etdilər - Foto

03.02.2018 | 22:21

Dünyaca məşhur psixoloji-triller təqdim ediləcək

03.02.2018 | 18:46

İrqi ayrı-seçkiliyi ən yaxşı ifadə edən roman - “Bülbülü öldürmək”

25.01.2018 | 14:46

Linqvistikadan riyaziyyata keçid - “Sənin həyat tarixçən”

14.01.2018 | 20:55

“Sənin həyat tarixçən” təqdim edildi - Fotolar

09.01.2018 | 01:04

Qısqanc nəqliyyat vasitələri - Əziz Nesinin hekayəsi

08.01.2018 | 15:55

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

08.12.2017 | 01:01

Başqa dünyalı - İnsan zəkasını inkişaf etdirən əsər haqda düşüncələr

01.12.2017 | 17:46

Şüur dəyişdirən roman - “İsmayıl”

28.11.2017 | 00:34

Yağışdakı pişik - Heminqueyin hekayəsi

27.11.2017 | 09:48

“Kitabsevərlər” şagirdlərlə “Anamın kitabı”nı müzakirə etdi - Fotolar

27.11.2017 | 00:44

Dəniz ayaq altdadır - Əziz Nesin

26.11.2017 | 00:50

Gecikmiş məhəbbət - Rey Bredberi

24.11.2017 | 00:24

Həyatın qanunu - Cek London

23.11.2017 | 01:48

Divar arxasında - Ambros Birs

22.11.2017 | 00:38

Göyərtə yelkəni altında - Cek London

19.11.2017 | 01:13

Bezginlik - Stefan Sveyq

17.11.2017 | 00:27

Yan qonşu - Hiçkokun hekayəsi

16.11.2017 | 00:45

Dənizdə ikinci gecə - Hiçkokun hekayəsi

15.11.2017 | 01:49

Ər-arvad sərgüzəşti - İtalo Kalvinonun hekayəsi

14.11.2017 | 00:13

Sehrli bağ - İtalo Kalvinonun hekayəsi

13.11.2017 | 00:28

Şəhər göyərçini - İtalo Kalvinonun hekayəsi

12.11.2017 | 00:20

Vida - Haynrix Böllün hekayəsi

11.11.2017 | 02:05

Ayağımın dəyəri - Haynrix Böllün hekayəsi

10.11.2017 | 00:41

Korlar - Arkadiy Averçenko

08.11.2017 | 00:51

Amontillado çəlləyi - Edqar Allan Ponun hekayəsi