380x80 400x80

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

Siyasət

31.01.2018 | 22:49 Oxunub: 106


Xəbər verdiyimiz kimi, yanvarın 31-i görkəmli siyasətçi, publisist, ədib, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Parafraz bu münasibətlə kiçik bir araşdırmanı təqdim edir:

Qılıncla xalqının, millətinin istiqlaliyyəti, gələcəyi üçün vuruşan qəhramanlar az deyil, lakin yeni dünyanın qısa tarixində son nəfəsinə qədər xalqı, idealogiyası üçün qələmlə vuruşan qəhrəman az tapılar. 31 yanvar 1884-cü il tarixində Bakının Novxanı kəndində dünyaya gələn Məhəmməd Əmin Rəsulzadə belə şəxsiyyətlərdəndir.

İlk təhsilini ailəsinin yanında alan Rəsulzadə sonralar İkinci rus-müsəlman məktəbi və Bakı texniki məktəbində təhsilini davam etdirib. Ömrünü Azərbaycanın müstəqilliyinə həsr edən şəxsin siyasi fəaliyəti gənc yaşlarından başlayır – 17 yaşında. XX əsrdə Rusiya müstəmləkə üsul-idarəsinə qarşı çıxan ilk gizli siyasi təşkilat olan “Müsəlman Gənclər Təşkilatı”nı yaradır. Sonradan “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı altına gizli fəaliyyət göstərən təşkilatın bir qolu da İranda yaradılır və burada başlamış məşrutə inqilabına istiqamətverici qüvvəyə çevrilir. 

Image result for məhəmməd əmin rəsulzadə uşaqlıq şəkli

1904-cü ilin axırında sözügedən təşkilatın nəzdində “Müsəlman sosial-demokrat “Hümmət”  təşkilatı” yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olublar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilib, 1904-1905-ci illərdə cəmi 6 nömrə çap edilmiş qəzetin əsas naşirlərindən biri M.Ə.Rəsulzadə olub. Qəzet fəaliyyətini dayandırdıqdan sonra “Təkamül” adı ilə yenidən çıxıb.

1908-ci ildə Rusiya çarlığının təqiblərindən, həbs təhlükəsindən yayınmaq üçün İrana yola düşür. Təbrizdə milli qəhrəman Səttarxan və onun silah yoldaşları ilə görüşən Rəsulzadə o taydakı həmvətənlərimizin acınacaqlı həyat tərzinə bir daha şahid olur. 1910-cu ildə bir qrup İran ziyalısı ilə İran Demokrat Partiyasının əsasını qoyur. Gündəlik 2-3 min nüsxə ilə çıxan İranın ən böyük qəzeti “İran-nov” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Bu qəzetlərdə Məhəmməd Əminin bir çox məqalələri, şeirləri və publisistik yazıları çap olunub. Sonralar Seyid Həsən Tağızadə Rəsulzadəyə həsr etdiyi nekroloqda yazacaqdı: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olub".

Image result for məhəmməd əmin rəsulzadə

Məhəmməd Əmin Rəsulzadənin ilk Türkiyə ziyarəti 1911-ci ildə onu ölkədən çıxarılması üçün İran hökümətinə təyziq göstərən Rusiya çarlığının təqiblərindən yaxa qurtarmaq üçün baş tutur. Burada bir çox türk ziyalısı ilə əlaqə quran Rəsulzadə “Türk ocağı” cəmiyyətində çalışıb, “Türk yurdu” jurnalının fəal yazarlarından olub. Hələ 1911-ci ildə onun göstərişi ilə Abbasqulu Kazımzadə və Tağı Nağızadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik Müsavat partiyası”na daxil olub, qısa zamanda rəhbərinə çevrilib. 

Məhəmməd Əminin Bakıya qayıdışı ancaq 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar kütləvi əfvdən sonra mümkün olub. 1917-ci ilin fevralında burjua inqilabından sonra, həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağrılır. Həmin qurultayda Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq barəsində məruzə ilə çıxış edir və səs çoxluğu ilə “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifi qəbul olunur.

1917-ci ildə 26-31 oktyabr tarixlərində Bakıda təntəli surətdə “Müsavat”ın birinci qurultayı keçirilir. Qurultaydan sonra səslənən “Azərbaycan muxtariyyəti” şüarı Milli Azərbaycan Hərəkatının ilk addımların sayılır.

Image result for mesedi ezizbeyov

1917-ci ilin payızında M.Ə. Rəsulzadə Rusiya parlamentində Azərbaycan və Türkistanın millət vəkili seçilir. 1918-ci il mayın 26-sında Zaqafqaziya seymi daxili çəkişmələr ucbatından ləğv edilir, mayın 27-də seymə daxil olan müxtəlif partiyaların üzvlərindən Azərbaycan milli şurası yaradılır, Rəsulzadə sədr seçilir. Nəhayət, 1918-ci il mayın 28-də dünyanın bir çox ölkəsinin radio stansiyaları və qəzetləri Azərbaycanın müstəqil dövlət olması xəbərini yayır.  Fətəli xan Xoyskinin başçılığı ilə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti höküməti qurulur. 

Təəssüf ki, Azərbaycan müstəqilliyini elan edənə qədər bir çox inqilabçının nitqlərində nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqının müstəqilliyi barəsində bir işarə də vurulmurdu. Öz dövrü üçün cəsarətli addım olan “Azərbaycan qayəsinin” hansı çətinliklərlə üzləşdiyi barəsində Məhəmməd Əmin Rəsulzadə 1918-ci il 7 dekabrdakı parlament açılışında belə deyir:

Related image

"Biz o zaman, bizim üçün ən yaxşı məsələni – Azərbaycan muxtariyyətini müdafiə edirdik, onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq. Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın –  İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək vahid demokratik cəbhəni yarırıq. Buna baxmayaraq "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırıb".

Müstəqillik dövründə Rəsulzadənin Bakı Dövlət Universitetinin əsasını qoyulması başda olmaqla bir çox məqsədyönlü fəaliyyəti olub. Lakin dövrünün ən böyük inqilabçısının ən böyük əsəri Azərbaycan müstəqilliyinə 1920-ci ilin 27 apelində Qızıl Ordu tərəfindən son qoyulur.

Hələ 1905-ci ildə Stalinin gənc inqilabçı olduğu dövrdə həyatını xilas edən Rəsulzadənin yaxşılığı əvəzsiz qalmır. Oktyabr inqilabının ildönümü ilə əlaqdar Bakıda olan Stalin şəxsən özü Məhəmməd Əmini həbsxanadan çıxarır, özü ilə Moskvaya aparıb, RSFSR Millətlər Komissarlığında mətbuat katibi vəzifəsinə təyin edir. Burada da təqiblərdən və güclü nəzarətdən qurtula bilməyən Rəsulzadə 1922-ci ildə dostlarının əli ilə Petroqraddan Finlandiyaya qaçır, oradan Qərbi Avropaya və Türkiyəyə keçir. 

Image result for məhəmməd əmin rəsulzadə

Türkiyədə də ədəbi-siyası fəaliyyətinə ara verməyən öndər bir neçə qəzetdə Azərbaycanla bağlı məqalələrlə çıxış edir. Azərbaycana müstəqillik arzusunun bir çox ölkənin qəzet və jurnallarında, radiolarında hayqırır. 

Əlbəttə, Sovet rejimi 1937-ci ildə Azərbaycanın bir çox şəxsiyyətinə qarşı yürütdüyü siyasətdən Rəsulzadənin ailəsi də kənarda qalmır. Azərbaycanın istiqlaliyyət döyüşçüsünün analığı Maral xanım 1937-ci ildə Qazaxıstana sürgünə göndərilir, elə orada da dünyasını dəyişir. Böyük oğlu Rəsul 19 yaşında Novxanıdakı bağlarında həbs olunub, güllələnir. Birinci həyat yoldaşı Ümbülbanu Rəsulzadə Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonra isə Taldı-Kurqan sovxozunda məskunlaşır. Gənc yaşda oğlunun güllələnməsini qəbullana bilməyən ana 1939-cu ildə vəfat edir.

Related image

Qızı Lətifənin həyat yoldaşı Müslümzadəni 1939-cu ildə “Müsavat” partiyası ilə əlaqəsinə görə həbs edirlər. Lətifə isə iki qızı ilə bərabər Qazaxıstana sürgünə göndərilir. Yalnız üçüncü qızı Sona ağır xəstə olduğu üçün sanatoriyada qalmasına icazə verilir. Lətifə xanım qızı İşvə ilə birlikdə aclıqdan, soyuqdan donaraq can verir. Təkcə Firuzə təsadüf nəticəsində sağ qalır. Sonadan indiyə qədər bir xəbər alınmayıb. 

Rəsulzadənin kiçik qızı Xalidə anasının vəfatından sonra Qazaxıstanda qala bilmir. 1943-cü ildə gizli yolla Bakıya qayıdır. Gizli nəzarətdə olduğunu hiss etdikdən sonra Şamaxıya tərəf gedir və ondan bir daha xəbər almaq mümkün olmur. 17 yaşlı oğlu Azər 1937-ci ildə sürgünə göndərilir və 1993-cü ildə Qazaxıstanda dünyasını dəyişir. 

Image result for məhəmməd əmin rəsulzadə

Rəsulzadənin ailəsinə təqiblər bununla bitmir. Bir çox qohumu müxtəlif bəhanələrlə sürgünə göndərilir, həbs edilir, hər zaman gizli nəzarətdə saxlanılır...

Bunların baş verəcəyini hiss edən Məhəmməd Əmin dəfələrlə ailəsini Türkiyəyə gətirməyə çalışır, hətta Azər Rəsulzadə qeyd edir ki, bir dəfə qatara minib Türkiyəyə gedəcəklərmiş, lakin Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilmir. Sərhədlər bağlanana qədər dəfələrlə ailəsinə yardım göstərsə də, sonra bu da mümkün olmur. Sürgündə bütün ailəsini itirən Rəsulzadə polyak əsilli Vanda xanımla ailə həyatı yaşamağa başlayır.

Ömrünün son illərinədək Türkiyədə və dünyanın bir çox ölkələrində “Azərbaycan qayəsi” idealogiyası əsasında fəaliyyətini davam etdirən Məhəmməd Əmin Rəsulzadə, Amerikan radiosu vasitəsilə 1951-ci ildə Azərbaycan xalqına müraciət edir. Ardınca 1952 və 1953-cü illərdə mayın 28-də Azərbaycan xalqına müraciət edən M. Ə. Rəsulzadənin nitqinin əsasını Azərbaycan xalqında milli şuurun oyanması və müstəqilliyinin bərpası fikri təşkil edirdi.

Related image

1955-ci ilin martın 6-sı axşamı, şəkər xəstəliyindən Ankara Universitetinin Tibb fakultəsinin klinikasında həyata gözlərini yumur. Martın 7-si 22:45 radələrində Ankara radiosu təəssüflə sabiq Azərbaycan milli şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi xəbərini bütün dünyaya yayır. Martın 8-də Hacı Bayram məscidindəki vida mərasimində Rəsulzadənin bütün dostları fəxri qaravula dayanır. Bundan əlavə, türk dünyasının bir çox təşkilat ziyalıları bu dəfndə iştirak edirdi. 

Azərbaycan xalqı müstəqilliyini yenidən qazandıqdan sonra istiqlaliyyət uğrunda ömrünü qurban vermiş bu dahi şəxsiyyəti unutmur, Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalayıb.

Image result for məhəmməd əmin rəsulzadə

Nazirlər Kabineti "Bakı şəhərində M.Ə.Rəsulzadənin abidəsinin ucaldılması haqqında" 26 saylı, 13 yanvar 1993 tarixli qərar qəbul edib.  Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı, Prezident İlham Əliyev isə "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22 noyabr 2013-cü il tarixli sərəncam imzalayıb. 2018-ci il isə prezident tərəfindən “Cümhuriyyət ili” elan edilib.

Ölməz lider, ilk müstəqil Azərbaycan respublikasının qurucusu və ədibə ən böyük ünvanı, əlbəttə, Azərbaycan xalqı verib, “Bir dəfə yüksələn bayraq bir daha enməz!” sözləri ilə ürəklərə həkk edib. 

Cəmilə MƏMMƏDLİ



Siyasət

13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?

30.11.2017 | 19:38Əfqanıstan prezidenti Bakıdadır
21.11.2017 | 18:33

Bəzi səfirliklər ixtisara salına bilər