380x80 400x80

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

III YAZI

Elm

31.01.2018 | 20:53 Oxunub: 152


Parafraz gənc şair-tərcüməçi Səbuhi Şahmursoyun "Tarixin ağ ləkələri" adlı araşdırma və tərcümə rubrikasında növbəti yazını təqdim edir:

(Əvvəlki yazı burada)

Araşdırmanın əvvəlki hissələrində Yer kürəsindəki digər piramidaları tədqiq edən, bu barədə kifayət qədər biliklərə sahib Avropa və Amerika alimlərinin fikirlərilə yanaşı, Çindəki piramidaları gözlərilə görən sadə avropalıların təcrübələri, düşüncələrilə tanış olduq. Bu dəfə Çinə daha yaxın olan Türkiyənin gözü ilə məşhur ağ piramidalara baxmağa çalışacağıq.

Çinin Şansi əyaləti tarix boyu türk mənşəli millətlərin çox yaşadığı yerlər olub. Xüsusilə, Çinin ən qədim və hələ də mədəniyyət mərkəzlərindən ən məşhuru olan Sian şəhəri qeyri-Çin mənşəli millətlərin çoxluq təşkil etdiyi məkandır. Tarixçilərin uzun əsrlik mübahisə mövzusu olması bu əyalətin tarixinə təkrar-təkrar qayıtmağımıza, orada yerləşən qədim abidələrin araşdırılmasına təxirəsalınmaz ehtiyac yaradır. Amma əvvəlki hissələrdə deyildiyi kimi, müasir Çin hökuməti bu tədbirlərin peşəkar səviyyədə aparılmasına şərait yaratmır, əksinə, hər cəhdlə mane olmağa çalışır.

Türkiyədə, əsasən, türk mənşəli etnoslarının araşdırmaçısı kimi tanınan tarixçi-tədqiqatçı Oktan Keleş Mərkəzi Çinin Şansi əyalətinin paytaxtı olan Sian şəhərinin yaxınlığında yerləşən Çin piramidalarını araşdırmaq üçün ora səfər edir. Sözügedən piramidalara daxil olan ilk türk tədqiqatçı Keleş səfərinin nəticəsini Türkiyə mətbuatına belə açıqlayır: “Piramidaların içərisində olan materiallar Türk tarixi üçün və dünya tarixinin bütün yaddaşını pozmaq baxımından böyük əhəmiyyətə malikdir”.

Image result for turk piramitleri

Keleş tədqiqat aparmaq üçün əvvəlcə başqa bölgəyə səfər edir, amma sonra təsadüfən alınan şansdan istifadə edib, ağ piramidalara gəlir. Oralarda şəkil çəkilməsinə ciddi qadağa olmasına baxmayaraq türk alimi məhdud şəraitdə bəzi görüntülər çəkməyə nail olur. Hesab olunur ki, Keleşin piramidanın içində çəkdiyi şəkillər ictimailəşən ilk və hələ də yeganə orijinal nümunələrdir.

Yaşlı bir çinli bələdçinin köməkliyi ilə ağ piramidaya daxil olan Keleş içəridə rast gəldiyi simvol, heykəl və kitabələri görəndə heyrətə gəlir. Dediyinə görə, qədim zamanlarda muzdlu döyüşçülər olaraq Çinə xidmət edən uyğurlar bu ərazilərdəki tikililərdə müstəsna rola sahibdirlər, burdakı simvol və kitabələr də onlara aiddir.

Oktan Keleş səfər təəssüratlarında yazır:

“Qoca çinli bələdçinin rəhbərliyi altında zülmət içində təbii tunel boyu 40-50 metrə qədər getdik. Sonra şaquli yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gələndə qoca çinli astadan “Artıq piramidanın içindəyik” dedi. Piramida olduqca təbii formada qurulmuşdu, içəridə qəribə atmosfer vardı. Bir az irəlilədikdən sonra bir otağa çatdıq. Otaqda yerə uzadılmış 2 metr uzunluğunda mumiya vardı. Başı üzərindəki qayada müxtəlif işarələr və yazılar, eyni zamanda, “Ay, ulduz və qurd başlarının təsviri” olduğunu gördük. Otağı yaxşı işıqlandıranda əməllicə heyrətə düşdük – qarşımızda 3 metr uzunluğunda, ehtimal ki, qranitdən olan daş heykəl vardı. Heykəlin üst tərəfində qoşa buynuzlu fiqur, başının ortasındasa Ay-ulduz simvolu görünürdü. Həmin heykəlin yanında qucağında uşaq tutmuş qadın heykəli də vardı. Bu məqamda qoca çinli dizlərini yerə qoyaraq nəsə pıçıldamağa başladı. Bələdçimiz ayağa qalxandan sonra astadan dedi: “Təxminən 30 il qabaq siması daha aydın bilinirdi, hətta ayaqlarında çəkməyə bənzər nəsə vardı”. 

Image result for çin de türk piramitleri

İçəridə təxminən 7-8 dəqiqə qalandan sonra qoca çinli həyəcanla tez çıxmalı olduğumuzu işarə elədi. Biz isə bir az da qalmaq, ətrafa baxmaq istəyirdik. Qoca çinli anidən əsəbiləşdi və təklifimizi kobudluqla rədd etdi.

Sərdabə otağının yanında aşağı – qaranlıq boşluğa doğru enən daha bir nərdivan vardı, onunla aşağı enmək istədiyimizi bildirdik, amma qoca çinli bu arzumuza da özünəməxsus sakit aqressiya ilə etirazını bildirdi: “Ora enmək çox çətin, oradan çıxmaq isə ondan da çətindir. Qayıtsaq yaxşıdır”. Onun etirazı ucbatından aşağı düşə bilməsək də, əlimizdəki fənərlə sərdabə otağının divarlarına tələsik baxmağa başladıq. Divarda yazı və şəkillərlə dolu müxtəlif kitabələr vardı, daha artığını seçə bilmədik”.

Keleşin iddiasına görə, sonradan qoca çinli yerdəki mumiyanın yerli sakinlər tərəfindən tələf edildiyini deyib. Qoşa buynuzlu qranit heykəlin nə ifadə etdiyini soruşanda isə, çinlinin “O, sizin babanız Oğuz Kağanı təmsil edən heykəldir” sözünə heyrətə düşdüklərindən yazır. Qoca çinli deyirmiş: “Sərdabənin enmədiyimiz alt qatında daha bir mumiya var, o, yuxarıdakına nisbətən xeyli salamatdır. Amma oradakı daş kitabələr də çoxdan qaldığına görə bir-birinə yapışır və getdikcə oxunulması çətinləşir”.

Müsahibələrinin birində jurnalistin həmin bölgəyə ziyarətin qadağan olmasıyla bağlı sualına Oktan Keleş belə cavab verir: “Bölgə tamamilə qadağan olunmuş bölgə deyil, sadəcə bələdçilərin köməyilə həyata keçirilən piramida gəzintisində hər hansı araşdırma və çəkilişə icazə verilmir. Amma oradakı yoldaşımın köməyilə bələdçinin gözlərindən yayınıb bir neçə şəkil çəkə bildim. Düzdür, bu səfərdən heç bir maddi sübut əldə etmədən qayıtdım, amma bildiyim qədərilə, çəkdiyim şəkillər bu mənada xüsusi dəyərə sahibdir”. 

Image result for oktan keleş beyaz piramitler

Bu sahədə dərin araşdırmaların müəllifi daha bir türkiyəli alim Kazım Mirşandır. 2016-cı ildə vəfat edən bu tarixçi alimin misirşünaslıqda xüsusi hörmətə sahib olmaqla yanaşı, Çindəki ağ piramidalarla bağlı da araşdırmaları var. Misir piramidalarında 184 ədəd heroqlifi Ön-türkcə adlandırdığı yazı sistemi vasitəsilə deşifrə edən Mirşan eramızdan əvvəl 3000-ci illərdə mumiyalama texnikasının Altay dağlarında yerləşən sivilizasiyadan dünyaya yayıldığını, eyni zamanda, piramidaların tikintisinin birinci Çində, sonra dünyanın müxtəlif nöqtələrində həyata keçirildiyi fərziyyəsini irəli sürmüşdü. Kazım Mirşanın bir çox fikirləri, o cümlədən, Yer kürəsində inşa edilən bütün piramidaların eyni əl (sivilizasiya) tərəfindən tikilməsi istiqamətində gətirdiyi maddi və məntiqi sübutlar Qərb alimlərinin fikirlərilə üst-üstə düşür. Tarixçilik və arxeologiyada daha çox praqmatizm tərəfdarı olan Kazım Mirşan qədim sivilizasiyanın bütün dünyada vahid dövlət tərəfindən idarə olunduğuna və yüksək zəkaya sahib bu xalqın indiki türklərin ataları olduğuna inanırdı.

Hazırladı: Səbuhi ŞAHMURSOY



Elm

13.02.2018 | 00:48Karl Qustav Yunqu necə oxumalı?
10.02.2018 | 21:40

Plagiatlığın qurbanı olmuş Azərbaycan və Şərq alimləri - Siyahı

10.02.2018 | 15:44Mobil telefon beyin xərçəngi yaradır?
04.02.2018 | 17:39Xərçəngin müalicəsində Moerman pəhrizi
04.02.2018 | 09:49Lütfi Zadə kimdir?
03.02.2018 | 14:40

Yazıçı Pərvin “İlin gənc alimi” seçildi - Fotolar

01.02.2018 | 01:06

Türk kültürü boyunduruq altında - Rəsulzadənin bilinməyən məqaləsi

31.01.2018 | 20:53

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

31.01.2018 | 17:46

Maarifçilik tariximizdə layiqli yer tutan fədakar qadın: Pəri Topçubaşova

30.01.2018 | 21:52Kosmosda ilk hospitalı BƏƏ açacaq
25.01.2018 | 21:50Çinli alimlər meymunu klonlaşdırdılar
23.01.2018 | 14:50

Orfoqrafiyanın qızıl qaydası - Mövqe

22.01.2018 | 17:45Yeniyetməlik dövrü 24 yaşa qədər davam edə bilər
22.01.2018 | 11:54Orfoqrafiya qaydaları ilə bağlı redaktə və təkliflər
18.01.2018 | 17:54Dilçi alim “əsgər”in “əskər” olmasını istəmir
17.01.2018 | 19:34

Orfoqrafiya lüğətindən hansı sözlər çıxarılır? - Siyahı

16.01.2018 | 09:48

Bəzi sözlərin yazılışı dəyişdi

15.01.2018 | 19:56Qida yağlarının ən faydalısı hansıdır?
15.01.2018 | 09:43

“Allah” sözü nə vaxt böyük, nə vaxt kiçik yazılmalı? - Ağalar Məmmədov

12.01.2018 | 19:49Anesteziya beyini şikəst edə bilər
12.01.2018 | 11:49“Allah”, “Rəbb”, “Tanrı” sözləri böyük hərflə yazılacaq
12.01.2018 | 10:53

Orfoqrafiya lüğətində hansı dəyişikliklər təklif olunur? - Siyahı

11.01.2018 | 20:50

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

10.01.2018 | 14:39Azərbaycan hərb tarixinə dair kitab çap edildi
09.01.2018 | 09:49Əsnəmək beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur
08.01.2018 | 22:48

Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla - Araşdırma

31.12.2017 | 11:49Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul
27.12.2017 | 22:49

Xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləri

26.12.2017 | 20:20Fənər kimi işıq saçan güllər
18.12.2017 | 18:27Ortaq türk dili ilə bağlı monoqrafiya çap olundu