380x80 400x80

Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”

Siyasət

31.01.2018 | 18:27 Oxunub: 28


“2 fevral tarixinin Gənclər günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci il fevralın 2-də ulu öndərin imzaladığı fərmana əsasən, bu tarix Azərbaycanda Gənclər günü elan edilib. Gənclər günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edilib və bu gün hər il təntənəli şəkildə qeyd olunur”. 

Bu sözləri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. O bildirib ki, Azərbaycanda gənclər hərəkatının, 300-dən çox gənclər təşkilatlarının formalaşması, Milli Məclisin Gənclər və İdman Komitəsi, Prezident Administrasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına böyük dəstək verir: “Biz Aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcə vətənpərvər olmasının şahidi olduq və bundan qürur duyduq. Ölkə prezidentinin dediyi kimi təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Bu gün sərhədlərimizin keşiyində dayanan, erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi təhlükəsizlik, müdafiə məsələlərində də ölkəmizin etibarlı əllərdə olmasını göstərirlər”.

Azərbaycanda könüllülük hərəkatında gənclər fəal iştirakından danışan “İrəli” sədri qeyd edib ki, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin əməyi xüsusi vurğulanmalıdır: “Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bir səbəbi də könüllülərin bu yarışa ciddi-cəhdlə hazırlaşması olub. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilib və şəxsi bacarıqlarını artırıblar. Könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər. Bakıda keçirilən I Avropa Oyunlarında 15 min, “Formula-1” Avropa Qran Prisinin təşkilinə 3500-dən artıq könüllü cəlb olunub”.

M.Seyidov hesab edir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir: “Ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti özünün mükəmməlliyi ilə seçilir. Gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının olmasını göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, onların qarşısına bir çox məqsədlər qoyub. Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram, gənclərlə mütəmadi olaraq keçirilən görüşlər onun Azərbaycanda gənclərin inkişafına, gənclərə yönəlmiş siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir. Gənclərlə bağlı digər sevindirici amil isə ucqar bölgələrdə yaşayan gənclərin də artıq hər mənada inkişaf etməsidir. Biz daimi olaraq region gənclərinin də iştirakı ilə layihələr həyata keçirir, onların hər zaman diqqətdə olduqlarını nəzərlərinə çatdırırıq”.

Azərbaycan dövlətinin gənclər siyasətində idman sahəsinin də əsas yerlədən birini tutduğunu deyən M.Seyidov bildirib ki, əsas məqsəd sağlam gəncliyin yetişməsidir: “Bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, himnimizin səslənməsi Azərbaycan gəncinin və dövlətin uğurudur”.

“İrəli” sədrinin sözlərinə görə, bu gün Azərbaycanın inkişafı gəncliyin önündə böyük qapılar, yollar açıb: “Tarixi milli-mənəvi dəyərlərimiz, dövlətin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi gənclərin əsas vəzifə bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir”.

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini dövlətin cümhuriyyət tarixinə verdiyi yüksək qiymətin növbəti əyani təzahürü olduunu deyən M.Seyidovun sözlərinə görə, gənclərimiz də bu istiqamətdə fəal olmalı, ictimai aktivliyi artırmalı, cavan alimlərimiz bu yöndə daha gərgin işləməlidirlər: “Bu il həm də prezident seçkiləri ili kimi yadda qalacaq. Düşünürəm ki, bu dəfə də prezident seçkilərində gənclərimiz daha aktiv fəaliyyət göstərəcəklər, digər ölkəmiz üçün mühüm əhəmiyyətə malik beynəlxalq və daxili kütləvi tədbirlərdə olduğu kimi, seçkilərdə də aparıcı qüvvə olacaqlar. Heç şübhəsiz ki, gənclərimizin prezident İlham Əliyev ətrafında sıx birləşiblər”.

QHT sədri əlavə edib ki, ilbəil mədəniyyət, incəsənət, elm və idman sahəsində irəliləyən, zəngin mədəni irsimizin qorunub-saxlanması və inkişaf etdirilməsi üçün addımlar atmağa çalışan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını əsas məqsəd bilən, bunun üçün cəhdlər edən gəclərimizin sırası genişlənir: “Beləcə nəinki 2018-ci ildə, qarşıdakı illərdə də Azərbaycan gəncliyinin daha da inkişaf edəcəyini, gənclərimizin bütün sahələrdə uğurlar qazanacaqlarını şahidi olacaq. Ən əsası ölkəmizin gələcəyi etibarlı əllərdədir”.

SONA



Siyasət

23.02.2018 | 13:47

Rəsulzadənin Stalinə məktubu - Mətn

13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?

30.11.2017 | 19:38Əfqanıstan prezidenti Bakıdadır