380x80 400x80

ADU-da Gənclər günü ilə bağlı tədbir

Təhsil

31.01.2018 | 15:33 Oxunub: 28


Yanvarın 31-də Azərbaycan Dillər Universitetində (ADU) 2 fevral-Gənclər gününə həsr olunan “İlin ənləri” adlı tədbir keçirilib. 

Universitetdən Parafraz-a verilən məlumata görə, tədbirdə 2 fevral - Gənclər günü haqqında ətraflı məlumat verilib. 

Daha sonra universitetdə sosial-ictimai fəaliyyətlərinə, o cümlədən, təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələr 17 nominasiya üzrə universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın imzası ilə təsdiq olunmuş plaketlərlə mükafatlandırılıb.

Universitetin tələbələri Nicat Aşurov, Günay Səmədli və Elşən Qəhrəmanov Gənclər gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıblar.

ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov 2 fevral - Gənclər gününün təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gün olduğunu bildirib. 

O, əlavə edib ki, bizim ağıllı, intellektual, xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik. S.Həsənov əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Universitetin Filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli gəncləri gələcəyimizin təmsilçiləri kimi qiymətləndirib və onlara təbrikini çatdırıb.

Dekan qeyd edib ki, tələbələrin pozitiv enerjisi və onların ötürdüyü motivasiya uzun illər universitet kollektivinin də gənc qalmasına kömək edəcək.

Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov 2 fevral - Gənclər günü münasibəti ilə tələbələri təbrik edib. 

Onun sözlərinə görə, universitetin tələbələri təhsil və ictimai həyatda yüksək göstəricilərə malikdirlər. 

ADU-nun tələbələri dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmət etmək baxımından sosial şəbəkələrdə aktivdirlər və hər zaman ilk pillələrdə qərarlaşırlar. 

Daha sonra tələbələrin mükafatlandırılması məsələsinə toxunan S.Hüseynov bildirib ki, nominasiyalar üzrə qiymətləndirmə apararkən bir çox rəy nəzərə alınıb. Çıxışının sonunda o, bütün tələbələrə uğurlar arzulayıb.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Tədbirdə tələbələrin ifasında müxtəlif musiqi nömrələri ifa olunub, şeirlər səsləndirilib.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində