380x80 400x80

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

İdman

31.01.2018 | 16:52 Oxunub: 21


Aydın BAĞIROV

- Harda qalır komanda?

- “Mardan”da...

***

“Mardan”, ya da rəsmi adıyla desək, “Mardan Palace”. Antalyanın da deyil, dünyanın ən nəhəng otellərindən biri. Tikintisinə bir milyard yarım dollardan çox pul xərclənən bu oteldə üç-dörd gün qalmaq mənə də qismət olur. Bir turizm sərgisində iştirak üçün qardaş ölkədəyəm. Azərbaycandan gəldiyimdən tədbirin təşkilatçıları məni məhz həmyerlimiz Telman İsmayılova məxsus “Mardan”da yerləşdirirlər. Hələ onun Putin hakimiyyəti tərəfindən çox möhkəm sıxışdırılan vaxtları deyil.

Otelin giriş qapısını üzümə iki hündürboy və gülərüz şveytsar açır. Doğma türkcələrində “hoş geldiniz, efendim” söyləyib məni nəzakətlə içəri, daha doğrusu, imperatorlara xas tərzdə inşa edilən bu əzəmətli saraya dəvət edirlər. Heyrətdən donub qalıram: tavandan asılan böyük, deyilənə görə, dəyəri yüz min dollarla ölçülən lüstürlər, bahalı divan-kreslolar, yerə döşənən xırmızı xalılar, piano. Və ətrafdan boylanan bir portret. Rəhmətə gedən Mərdan kişinin şəklidi, Telman İsmayılovun atasının. Otel də elə onun şərəfinə belə adlandırılıb. Bir-iki il əvvəl mənim bu gün gecələyəcəyim “Mardan”ın dünyaya səs salan açılışında iştirak etmək üçün kimlər yox idi?! Ünlü iş adamları, oliqarxlar, dünya şou-biznesinin əjdahaları – Meray Kerri, Riçard Gir, Şeron Stoun... Və kaş indi yenə də burda olaydız, Monika Beluççi!


***

- Siz doğrudan da, “Mardan”da qalırsız?

Almatıdan tədbiri işıqlandırmaq üçün gəlmiş, milliyyətcə qazax olan xanım jurnalist təəccüblə soruşur. Əslində, cavabı bir az çəkinərək, bir az da utanaraq verirəm. Çünki həmin oteldə qalmaqda öyünüləsi nəsə görmürəm. “Hə” deyirəm və qəfil Qazaxıstandan gələn, amma görkəmcə Şərq qızlarına bənzəyən başqa bir jurnalist xahiş edir ki, kömək edin, biz yarım saatlığına da olsa o otelə girib şəkillər çəkdirək. “Mardan”ın menecerlərinin razılığını almazdan əvvəl ona müraciətlə “siz qazaxa bənzəmirsiz, milliyətinizi bilmək olar?” – soruşuram.

Gülüb keçir. Sual da qalır havada. Yarım saat sonra otelin menecerindən xəbər gəlir: “Bəli, həmkarlarınız otelimizdə çəkiliş apara bilərlər”.

Antalyanın ən böyük sərgi salonundan çıxıb otelə gedəndə onlar məndən Azərbaycan, mən də onlardan Qazaxıstan haqda soruşuram. Qarabuğdayı qız daha həvəslə öz ölkələri haqda danışır. “Siz amma qazax deyilsiniz” deyib ona bayaq, sərgi zamanı verdiyim sualın havada qaldığına işarə vururam və yenə də cavab ala bilmirəm.

Amma artıq otelə çatıb onun içində, çölündə - İstanbul boğazının bənzəri olan böyük hovuzun ətrafında, hovuzun üzərindəki “Fatih Sultan Mehmet körpüsü”nün üstündə, ölkə prezidentləri və ən azı milyonçular üçün nəzərdə tutulan “Dolmabahçe” sarayının qarşısında yüzə yaxın şəkil çəkib qurtarandan sonra o qız sakitcə, sanki yanındakı həmkarının eşitməməsi üçün qulağıma pıçıldayır:

- Mən erməniyəm!

***

“Neftçi”nin “Mardan”da qaldığını öyrənib ora gedəndə yolboyu həmin hadisə yenə gözümün önündə canlanır. Adi bir sual qarşısındakı bu qədər uzun susqunluğun səbəbi bəlkə elə bu sadə cavabdaymış? Klassik erməni hiyləsində! O qızın “erməni olduğum üçün birdən otelə aparılmaram” düşüncəsində?

Otelin qarşısına çatanda fikrim dağılır. Özlüyümdə düşmək üçün hazırlıq görürəm. Amma bizi aparan sürücü maşını dayandırmadan “Mardan Palas”ın qarşısından sürətlə ötüb keçir.

- Biz bu ünvana gəlməliydik, axı.

- Kefdən danışırsan! “Neftçi” otelin özündə yox, sport-kompleksində qalır.

Azərbaycanlı sürücümüz narazı-narazı deyinir: “Neftçi” gedib çıxıb dünyanın o başına...” Yol getdiyimiz 40, ya 45 dəqiqədi. Antalyanın kiçik kənd evlərinin, dükanlarının qarşısından keçdikdən sonra çala-çuxur yola düşürük. Yolun ətrafı isə... Elə bil qamışlıqdan böyük bir park salıblar. Maşın dəqiqəbaşı bərbad yolun təsirindən tullanıb-düşür.

“Neftçi”ni sanki ətraf ələmdən tam təcrid ediblər. Axır ki, gəlib çatırıq. Antalyanın məşhur “Mardan” stadionunun yanındakı idman kompleksi. Qarşıma ilk çıxan Tahir Süleymanov olur. Özünə xas tərzdə, ərklə soruşur:

- Salam, kişi. Necəsən?

- Çox bərbad. Gəlib, hara çıxmısız?! Komandaya  niyə bu qədər işgəncə verirsiniz?

- Əsl komanda, peşəkar futbolçu elə berə yerdə qalmalıdı ki, yaxşı hazırlıq keçsin, fikri-zikri ancaq məşqdə olsun. Sadıq müəlllim...

Böyükağa Hacıyevin gəldiyini görüb, vitse-prezidentlə söhbəti yarımçıq saxlayıram. Sözü yarımçıq qalır. Hər halda bura gəliş səbəbimiz baş məşqçiylə müsahibə eləməkdi. Bizi görüb əsl Naxçıvan ləhcəsiylə soruşur:

- Qardaaaaş, xoş gəlmisiiz...

Müsahibəmiz uzun çəkir. Danışığından, intonasiyasından turnir cədvəlində “Qarabağ”ın onlardan irəlidə olmasını həzm edə bilmədiyi açıq görünür. Axırda dözməyib içindəkilər tökür: “Mən Qurbana göstərəcəm. Sezonun sonunu gözləsin, görəcək...” Elə bil Qurban Qurbanova müharibə elan edir. Yəni, komandam yenə çempion olacaq (və yeri gəlmişkən, olur da).

Sonra Berti Foqts barədə danışır. Özü də sərt şəkildə. Həm onu, həm də onu bu vəzifəyə gətirən AFFA-nı tənqid edir. Ümumiyyətlə, danışığı və hazırcavablığıyla jurnalistlər üçün maraqlı persona olması yenilik deyil. Söhbətin diktofonsuz hissəsində tam ciddiyyətlə soruşur:

- Eşiidisəənn? Görürsən müsahibələrim nətəhər çox oxunur?

- Elədi, müəllim. Sizin açıqlamalarınız həmişə  maraqla qarşılanır.

- O gün saytınıza baxdım, mənim dediklərim 5300 dəfə oxunmuşdu eee....

- Bəli, elədi.

- Heç başqalarının müsahibəsin o qədər oxuyurlar?..

- Ən tirajlı adamlardan biri sizsiniz.

- Görəssən, bu müsahibə də çox oxunacaq. Nətəəri danışdım?

- Əla!

***

İlahi, insan gör nələrə fikir verirmiş. Danışdıqlarının necə reaksiya doğurduğuna, saytda neçə insanın oxuduğuna. Və doğrudan da, həm o müsahibəsi, həm ondan sonrakılar həmişə maraq doğururdu və doğurmaqdadı.

Amma onda, o müsahibə götürüləndə 2013-ci il idi. “Neftçi” çempion olub Azərbaycanı Avroliqanın qrupunda təmsil etmişdi və növbəti çempionluğu qazanmaq yolundaydı. Növbəti və hələlik qazandığı son çempionluq yolunda...

İndi isə 2018-ci ildi və indi “Neftçi” 1:8 uduzur...

Qol.az



İdman

15.02.2018 | 16:25“Qarabağ”dan atmacalı paylaşım
13.02.2018 | 14:53Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi
07.02.2018 | 18:20Sançesə 16 ay müddətinə həbs cəzası
05.02.2018 | 15:20Karateçilərimizdən tarixi nəticə
01.02.2018 | 19:36

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” - Bədavi Hüseynov

31.01.2018 | 16:52

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

25.01.2018 | 17:33

Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi

17.01.2018 | 11:43

“Azərbaycanda işləyəndə gördüm ki...” - Prosineçki

15.01.2018 | 11:55“İrəli” sədri Karate Federasiyanın baş katibi oldu
12.01.2018 | 13:45

Vaqif Cavadova bircə sual - Aydın Bağırovun yazısı

09.01.2018 | 14:42

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

28.12.2017 | 18:56

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi - Siyahı

27.12.2017 | 13:46

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

26.12.2017 | 10:45“Beşiktaş” Ardanı almaq istəyir?
14.12.2017 | 18:48Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
11.12.2017 | 13:22

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

08.12.2017 | 09:30“Qızıl top”un sahibi bilindi
06.12.2017 | 01:43“Qarabağ” “Roma”ya uduzdu
01.12.2017 | 15:21

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

28.11.2017 | 13:49

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

25.11.2017 | 22:23Messi "Barselona" ilə yeni müqavilə imzaladı
22.11.2017 | 22:50“Qarabağ” “Çelsi”yə uduzdu
18.11.2017 | 20:41Şahin Diniyev istefa verdi
17.11.2017 | 11:35Türkiyənin keçmiş qol kralı həbs edildi
13.11.2017 | 09:44Ronaldo 4-cü dəfə ata oldu
11.11.2017 | 15:30

FİFA-dan yenilik: Aut atışı ayaqla olacaq

06.11.2017 | 23:37Şahmatçılarımız Avropa çempionu oldular
06.11.2017 | 22:44Pirlo futboldan getdi
03.11.2017 | 12:35

Qurban Qurbanov millinin baş məşqçisi oldu

02.11.2017 | 17:02Almeyda Messi və Neymarı qabaqladı