380x80 400x80

Çaplinin heyranı olan rus rejissor - Fotolar

İncəsənət

30.01.2018 | 22:51 Oxunub: 92


Yanvarın 30-u tanınmış Sovet kinorejissoru, ssenaristi və aktyoru Leonid Qaydayın doğum günüdür. Parafraz bu münasibətlə tanınmış rejissor haqqındakı araşdırmanı təqdim edir:

Sovet kinematoqrafiyasında xüsusi yeri olan Leonid Qayday 1923-cü il yanvarın 30-da, əvvəllər başqasının günahını üstünə götürdüyü üçün katorqaya məhkum edilmiş dəmiryolçu İov Qaydayın ailəsində, Amur vilayətində dünyaya gəlib. 

1923-cu ildə Qayday ailəsi işə görə İrkutsk yaxınlığına köçüb. Leonid orta təhsilini İrkutskdakı 42 nömrəli məktəbdə almağa başlayıb. Elə uşaq yaşlarından kino sənətinə marağı böyük idi: hər bazar günü kinoteatra gedir, klassik komediya, xüsusilə də heyranı olduğu Çarli Çaplin filmlərini izləyirdi. Hətta bəzən seans bitdikdən sonra qaranlıq zalda gizlənir, sevimli filminin növbəti seansını təkrar izləyirdi.

Image result for leonid gaidai

Orta məktəbi 1941-ci ildə bitirən Qayday bütün həmyaşıdları kimi könüllü orduya yazıldı. Lakin onu ancaq 1942-ci ildə Monqolustana göndərməyi lazım bildilər. Burada süvari hissədə xidmət edən gənc Leonid bir çox çətinliklərlə üzləşdi. Ağır müharibə şəraitinin problemləri kifayət qədər idi, bəzən orduya yeni qatılan gəncləri vaxtı-vaxtında yeməklə təmin etməyi unudurdular...

Orduda yerləşdirmə zamanı Leonid Qayday hərbi komissarın bütün suallarını tərəddüdsüz cavablayırdı:

- Kimdir atlı?

- Mən!

- Topçu?

- Mən!

- Kəşfiyyatçı?

- Mən!

- Dənizçi?

- Mən!

Image result for Leonid Qayday

Səbr kasası dolan komissar özünü saxlaya bilməyib qışqırdı:

- Bəsdirin görək, Qayday! İcazə verin, siyahını oxuyum qurtarım!

Bu dialoq uzun müddət sonra “I” əməliyyatı” filmində öz yerini tapdı.

1942-ci ildə qranatla faşist əsgərini öldürən, əsir götürmə əməliyyatında iştirak edən Qaydaya “Döyüşdə xidmətlərinə görə” medalı verildi. 1943-cü ildə isə minaya düşən Leonid ayağından ağır zədə aldı. Bir ilə yaxın xəstəxanada yatdı, 5 dəfə əməliyyat edildi, hətta həkimlər ayağını kəsməyi düşünürdülər, lakin o “bir ayaqlı aktyor yoxdur” deyərək etiraz edir. Zədəsinə görə, ikinci dərəcəli əlillik alıb, ordudan təxris edilir. Ömrünün sonuna qədər bu yaranın izlərini daşıyır: tez-tez yara açılır, sümüyə qədər gedən iltihablar əmələ gəlir, güclü ağrılar verirdi. Buna baxmayaraq əsla insanların yanında ağrılarını və yarasını bildirmirdi. Çox vaxt əlil olduğunu hiss etmirdilər. 

Xəstəxanadan çıxandan sonra Qayday 1947-ci ilə qədər təhsil aldığı İrkustk Dram Teatırına daxil olur. Bundan sonra bir neçə pyes və tamaşalarda oynayır. Aktyor fəaliyyəti uğurlu idi, tamaşaçılar onu sevirdi, hətta “Gənc qvardiya” tamaşasındakı roluna görə qəzetlər ondan yazmışdı.  Lakin başa düşürdü ki, özünəməxsus xarici görünüşünə görə oynaya biləcəyi rollar azdır. Buna görə də özünü rejissorluq sahəsində sınamağa qərar verdi. 1949-cu ildə Moskvaya gələn Qayday burada rejissorluq fakultəsində oxumağa başladı. Tələbə olmaqla yanaşı rejissorluq təcrübəsinə yiyələnmək üçün köməkçi kimi işlədi, “Lyana” adlı filmə çəkildi.

Image result for Leonid Qayday

1955-cı ildə Leonid Qayday V.İ. Nevzorovla birlikdə, ilk filmi “Uzun səyahət”i çəkdi. 1958-ci ildə Qaydayın ikinci filmi “O biri dünyadan gələn bəy” ərsəyə gəldi. Lakin bu film rejissorun yeni başlayan karyerasına zərbə oldu. Film satirik burjua obrazları ucbatından güclü senzuraya məruz qaldı, demək olar, qadağan edildi. 1960-ci ildə qəhrəmanlıq janrında çəkilən “Üçqat seçilmişlər” filmi də gözlənilən nəticəni vermədi, depressiyaya düşən Leonid valideynlərinin yanına, İrktuska qayıtdı. 

1961-ci ildə çəkilən “Araq çəkənlər”, “Köpək Barbos və qeyri-adi qaçış” filmləri rejissora şöhrət və əfsanəvi aktyor üçlüsünü (Vitsin, Morqunov və Nikulin) qazandırdı. 

Kinonovella üçlüsündən biri olan “I” əməliyyatı və Şurikinin başqa macəraları” (1965) uzun müddət film icarə mağazalarında ən çox satılan filmlərdən oldu. Ardınca “Qafqaz əsiri” (1966), “Brilliyant əl” (1968) filmləri də bu liderliyi qoruyub saxladı. “Brilliyant əl” filmi tamaşaçılar tərəfindən son 100 ilin ən yaxşı komediya filmi ünvanına layiq görüldü.

Lionid Qayday isə 1971-ci ildə çəkilən “12 stul” komediya filmini özünün ən yaxşı işi hesab edirdi.  Film çəkilişləri zamanı ən böyük çətinlik Bender roluna uyğun aktyor tapmaq olub. Rejissor əvvəlcə dövrün ən məşhur aktyoru Vladimir Visotskiy ilə razılaşsa da, aktyorun ilk çəkilişə sərxoş gəlməsi onu özündən çıxarıb, “əsla Visotskiylə işləmərəm” deyib. Bundan sonra sözünün arxasında dayanan rejissor tanınmayan Arçil Qomiaşvili ilə işləməyi seçib. Qayday həmin filmdə epizodik rola çəkilib.

Image result for нина гребешкова i леонид гайдай

70-ci illərdə Lionid Qayday milli kinonun qızıl fonduna daxil olan “İvan Vasiliyeviç peşəsini dəyişir” (1973), “Ola bilməz!”(1975) kinokomediyalarını çəkib. 

70- 80-ci illərdə Qaydayın çəkdiyi “Peterburqdan anonim adam” (1977), “Kibrit ardınca” (1980), “İdman lotosu-82” (1982), “Həyat üçün təhlükəlidir!” ( 1985), “Xüsusi xəfiyyə və ya "Kooperasiya" əməliyyatı” (1989), “Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır” ( 1992) filmlərindən yalnız sonuncusu bir o qədər də populyarlıq qazanmayıb.

Maraqlı filmləri ilə yadda qalan kinorejissorun şəxsi həyatı qalmaqalsızlığı ilə seçilir. 1953-cü ildə tələbə yoldaşı Nina Qrebeşkova ilə ailə həyatı quran Qaydayın evlilik həyatı 40 ildən çox çəkib. Nina dəfələrlə həyat yoldaşının filmlərində ikinci rollarda çıxış edib.

Lionid Qaydayın ömrünün son günləri ağrılı keçib. Məşhur rejissorun həyat yoldaşı Qaydayın sətəlcəmə tutulduğunu, ayağındakı yaranın təkrar açıldığını deyirdi. 

1993-cü ildə noyabrın 19-da xəstəxanada pulmoner emboliyadan son nəfəsini verən rejissor Moskvanın Kuntsevo qəbirsanlığında dəfn edilib. Geridə indiyə qədər sevilərək izlənilən bir çox dəyərli filmlər qoyub.

Cəmilə MƏMMƏDLİ



İncəsənət

23.02.2018 | 21:52

Teatrımıza böyük xidmətlər göstərmiş sənətkar - Şəmsi Bədəlbəyli

23.02.2018 | 17:46“Babam və oğlum” filmi Bakıda nümayiş etdiriləcək
23.02.2018 | 15:51

Güləhmədin bəyliyi - Qan Turalı yayımdan qaldırılan filmdən yazır

22.02.2018 | 22:44

“KVN-şik”lərin bu filmi Mirzə Cəlili təhqir edir - Mirmehdi Ağaoğlu

22.02.2018 | 09:43“Brit Awards”ın sahibləri məlum oldu
21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq