380x80 400x80

Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu

Təhsil

30.01.2018 | 13:41 Oxunub: 24


Yanvarın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub.

ADU-dan Parafraz-a verilən məlumata görə, tədbirdə “Maariflənmə nədir” mövzusunda təcrübə mübadiləsi aparılıb. 

Tədbirdə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin yaranmasını zəruri edən səbəblər, məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb.

Onun sözlərinə görə, təşkilatın yaranması mərhələsində aparılan araşdırma zamanı universitetdə çalışan 40-a yaxın əməkdaşın dünyanın 12 aparıcı ali təhsil müəssisəsinin məzunu olduğu məlum olub. 

L.Qurbanova əlavə edib ki, birliyin yaranması universitetdə olan potensialın üzə çıxması, əməkdaşların bir-birini tanıması və qurum daxilində özlərini tanıtmasına, eyni zamanda sıx əlaqələr şəbəkəsinin yaranması və universitetdə təhsilin keyfiyyətinin artmasına öz töhfəsini verəcək.

Sonra digər çıxışçılar birliyin fəaliyyətinin əhəmiyyətindən danışıb və müxtəlif təkliflər irəli sürüblər.

Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təklifi əsasında universitetin Elmi Şurasının 28 noyabr 2017-ci il tarixli qərarı ilə yaradılıb. 

Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından yararlanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlara multikulturalizm dəyərlərini yaymaqdır. Birliyin fəaliyyət predmetinə isə yeni əməkdaşlara dəstək vermək, xarici universitetlərin məzunları arasında əməkdaşlıq şəbəkəsi qurmaq, bu fəaliyyəti ölkənin və universitetin maraqları istiqamətinə yönəltmək və s. daxildir. 



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində