380x80 400x80

Polşada fermadan qaçan inək bizon sürüsünə qoşuldu

Maraqlı

30.01.2018 | 11:35 Oxunub: 38


Polşada ferma inəyi qış aylarını Belovejye meşəsinin vəhşi öküzləri (zubr və ya Belovejye bizonu) ilə bir sürüdə keçirir.

Bu fakt yerli təbiətsevərlərin marağına səbəb olub.

İnək "azadlığı seçərək" fermadan ötən ilin payızında qaçıb və Belarus sərhədindəki meşədə təxminən 50 vəhşi öküz sürüsünə qoşulub.

Polşanın TVN24 xəbər portalının məlumatına görə, həmin inək vəhşi öküzlərlə birgə meşənin talalıq hissəsində gəzdiyi vaxt qeydə alınıb.

İnəyi birinci görən ornitoloq Adam Zbirit olub.

O bu barədə TVN24-ə noyabr ayında ilk dəfə xəbər verib.

Xəbərlərə görə, inək sağlam durumdadır və daha iri vəhşi öküzlərdən, göründüyü kimi, təhlükə hiss etmir.

Təbiət mühafizəçiləri güman edirdi ki, soyuq qış havaları başlayan kimi inək öz doğma fernmasına dönəcək.

Lakin bu həftə bioloq Rafal Kowalczyk yenidən həmin inəyin meşədə, zubrların əhatəsində heç nə olmamış kimi sağ-salamat gəzdiyini görüb.

Zubrların əhatəsində inək özünü yaxşı hiss edir.

Rafal Kovalçak TVN24-ə deyib ki, inəyin bizon sürüsü ilə bir gəzdiyinə ilk dəfədir ki, rast gəlir.

Ekspertin ehtimalına görə, mümkündür ki, bizonlar inəyi canavarlardan xilas edib.

Bioloq hesab edir ki, inək zubrların nəslinə təhlükə kəsb edə bilər, çünki zubrlarla ev inəyi arasında cütləşmə baş verərəsə, törəmələrin genetik kodunun təmizliyi itiriləcək.

Belovejye meşəsində zubrların ümumi sürüsü hazırda 600 başdan ibarətdir.

Bioloqun sözlərinə görə, zubrla cütləşmə inəyin özü üçün də təhlükə kəsb edir, çünki zubr balası inək balasından daha iri olur və doğuş zamanı inək ölə bilər.

Bu arada, ekspertlər qaçaq inəyin balalamaq üçün hələ xeyli gənc olduğunu nəzərə alaraq ümid edirlər ki, qaçaq inək tezliklə tutulub, sahibinə qaytarılacaq və "qış macərası" sona yetəcək.



Maraqlı

22.02.2018 | 23:54

Gənc yazar - Günün karikaturası

21.02.2018 | 23:40

Camaatın uşağı? - Günün karikaturası

19.02.2018 | 23:44

Eskalibur əfsanəsi (əsli) - Günün karikaturası

18.02.2018 | 23:39

Qlobal istiləşmə ana ayının gözündə - Günün karikaturası

18.02.2018 | 15:25Mustafa Kamala “Atatürk” adını təklif edən erməni
16.02.2018 | 23:45

“Çörək tapmırlarsa, tort yesinlər” - Günün karikaturası

15.02.2018 | 23:47

Saatın icadı - Günün karikaturası

15.02.2018 | 10:34

5 yaşlı qızından kirayə pulu alır - Maraqlı

14.02.2018 | 23:37

İt dili - Günün karikaturası

14.02.2018 | 21:34

Sevgililər günü haqqında bilmədiklərimiz - Tarix

13.02.2018 | 23:23

“Zərdüşt belə deyirdi” - Günün karikaturası

13.02.2018 | 11:49

Dostumsan, yoxsa sevgilim? - Suallarınıza cavab tapın

12.02.2018 | 23:50

Yalnızlıq - Günün karikaturası

11.02.2018 | 23:47

Orta əsrlərdə şou - Günün karikaturası

11.02.2018 | 13:51

Xoşbəxt olmaq üçün 10 şərt - Siyahı

10.02.2018 | 23:25

Pişik texnikası - Günün karikaturası

07.02.2018 | 23:32

Eynşteynin düşüncələri - Günün karikaturası

07.02.2018 | 21:24

"Titanik"in batmasında gizli həqiqətlər - İddia

06.02.2018 | 23:48

Kentavrların nəsli niyə tükəndi: Tarixin qaranlıq məqamları - Karikatura

04.02.2018 | 23:44

3 addımda şahmat - Günün karikaturası

03.02.2018 | 23:32

Türk folklorunda maksimalizm - Günün karikaturası

02.02.2018 | 23:51

Atlar və öküzlər - Günün karikaturası

01.02.2018 | 23:24

Əslində camaat nəsə deyirmi? - Günün karikaturası

31.01.2018 | 23:48

Hüqo “Səfillər”i necə yazıb? - Günün karikaturası

30.01.2018 | 23:47

Osmanlıda Zanbaq dövrü - Günün karikaturası

30.01.2018 | 11:35Polşada fermadan qaçan inək bizon sürüsünə qoşuldu
29.01.2018 | 23:38

Superqız - Günün karikaturası

28.01.2018 | 23:32

Doğru və yanlış - Günün karikaturası

28.01.2018 | 09:51

Artıq çəki ilə mübarizənin mahiyyəti 28 fotoda

27.01.2018 | 23:27

Çin səddinin tikintisi niyə yüz illərlə davam edib? - Günün karikaturası