380x80 400x80

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

Müsahibə

28.01.2018 | 15:52 Oxunub: 41


Parafraz Milli Məclisin deputatı Aqil Abbasın müsahibəsini təqdim edir:

2016-cı ildə Almaniyada sığınacaq almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 4750 nəfər olub. Sizcə, Azərbaycandan kütləvi olaraq insanların Avropaya axın etməsinin səbəbi nədir? Azərbaycanda 10 milyon adam yaşayır. Dünyanın ən inkişaf etmiş ölkələrindən də mühacirətə gedənlər var. Ya iş dalınca, ya da sığınacaqla bağlı gedirlər. Bu, bütün dünyada olan prosesdir. Təbii ki, bu proses Azərbaycandan da yan keçmir. İnsanlar ölkədən gedirlər, burada qeyri-adi nə ola bilər ki? 10 milyondan dörd mini gedib, burada böyük problem yoxdur.

- Əvvəlki illərdə kütləvi axın yox idi. Statistik məlumatlar belə deyir... 

- Mənim o statistika ilə bağlı məlumatım yoxdur. Amma gedənlər kimi, dünyanın başqa ölkələrindən də Azərbaycana gələnlər var. Dəqiq deyə bilmərəm, adamlar ölkədən niyə gedir. Mən sosioloji araşdırmalarla məşğul olmamışam, ona görə də adamların ölkədən niyə getdiyini dəqiq deyə bilmərəm.

- Sizcə, bu axının olması iqtisadi çətinliyin göstəricisi deyil?

- İqtisadi çətinliyin göstəricisi olsa, 10 milyon çıxıb gedərik də, bura da bom-boş qalar.. İqtisadi çətinliklə niyə bağlı olur ki? Bu dəqiqə redaksiyada oturmuşam, 25 nəfər işçi ilə işləyirəm. Bəy kimi yaşadıqlarını demirəm, amma dolanırlar. Bəhanə edib ölkədən gedənlər elə bilirlər ki, Almaniyada yel əsib, qoz tökülür. Amma mən Almaniyada olanda qoz görmədim. İqtisadi çətinliklə bağlasan, Rusiyada yaşamaq, daha çox pul qazanmaq olar, nəinki Almaniyada.

- Bir məsələdə var ki, bu da çox maraqlıdır. Məsələn, mən özüm görmüşəm, müraciət edənlərin çoxu siyasi sığınacaq adı ilə müraciət edirlər...

- Sən niyə getmisən dostum?

- Mən jurnalist fəaliyyətimi davam etdirirəm ona görə.

- Başqası da jurnalist fəaliyyətini davam etdirir, ona görə. Siyasi sığınacaq üçün gedənlərin hamısını axtarsanız, görərsiniz, bəzi ermənilər də Azərbaycanın adı ilə gedir. Özü də Azərbaycandan dörd min adam siyasi sığınacaq istəməz axı. Nə olub Azərbaycana? Almaniya qəbul etmək istəmir deyə siyasi sığınacaq bəhanə olur.

- İllərdir mediadasız. Sizcə, Azərbaycanda söz azadlığı var?

- Azərbaycanda söz azadlığı var. İstədiyiniz fikri deyə bilərsiniz. Azərbaycanda müxalif qəzetlər, saytlar var ki, istədiklərini yazırlar. Məmurlardan tutmuş siyasi məsələlərə qədər hər şeydən yaza bilirlər.

- Amma bir çox saytın ölkədə fəaliyyəti dayandırılıb, onlara qadağa qoyulub...

- Hansı saytların?

- Məsələn, Meydan TV-yə, Azadlıq Radiosuna qadağa qoyulub, “Azadlıq” qəzeti də fəaliyyətini dayandırıb...

- Azərbaycanın əleyhinə ağızlarına nə gəlir deyirlər, o cümlədən də siz deyirsiniz. Böhtan xarakterli, olmayan faktları deyirlər. Məsələn, bir dəfə Azadlıq Radiosuna dedim ki, Amerikanın əleyhinə bir-iki kəlmə söz desəm, verərsiz? Vermədilər. Niyə vermədilər?

- Deyirsiniz ki, Azərbaycanda azad söz var, amma sizin həmkarlarınız Seymur Həzi, Əfqan Muxtarlı həbsədir.

- Mən Əfqan Muxtarovu tanımırdım, Seymur Həzini tanıyırdım.

- Seymur Həzi illərdi həbsdədir, sizcə, bu Azərbaycanda söz azadlığının boğulması deyil?

- Seymur Həzini sözə görə tutmayıblar. Əvvəla, mən istəmərəm Seymur Həzi kimi jurnalist həbs olunsun. Ümumiyyətlə, jurnalistlərin həbs olunmasını istəmirəm.

- Bəs hansı səbəbə görə həbs olunublar?

- Həmin insanlardan biri xuliqanlıq, digəri davaya görə həbsdədir. Bir insan deyin ki, Cinayət Məcəlləsinin söz azadlığı maddəsinə görə tutulub.

- Siz inanırsınız ki, o məhkəmələr ədalətli keçirilib, yəni onlar həqiqətən cinayət törədib?

- Məhkəmələrin ədalətli və ya ədalətsiz keçirilməsi başqa məsələdir. Mən sizə deyirəm ki, hər hansı həbs olunan adamı Cinayət Məcəlləsinə uyğun həbs ediblər. Cinayət Məcəlləsində göstərilib ki, filan maddə ilə həbs olunub. 40 nəfər də şahid var orada. İndi mən deyim ki, yox, o 40 şahidin dediyi yalandır, Məmmədin, Vəlinin, Cəfərin dediyi düzdü?

Meydan TV



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk