380x80 400x80

Kamal Abdulla Gürcüstan Təhsil Elmləri Akademiyasının həqiqi üzvü seçildi

Təhsil

26.01.2018 | 20:14 Oxunub: 31


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Fransanın Strasburq Universiteti, Türkiyənin Atılım Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin nümayəndələri ilə görüşüb.

ADU-dan Parafraz-a verilən məlumata görə, qonaqlarla müxtəlif birgə layihələrin reallaşdırılması barədə müzakirələr aparıldığını deyən K.Abdulla buna görə öz təşəkkürünü ifadə edib. 

Qonaqları görüş iştirakçılarına təqdim edən rektor onların hər birinin Azərbaycanla mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərindən danışıb.

Gürcüstan Təhsil Elmləri Akademiyasının akademiki, professor Teymur Caqonoşvili artıq bir neçə ildir ki, Gürcüstanda xüsusi hazırlıq proqramlarının tədris olunduğunu və bu proqramlar çərçivəsində azərbaycanlıların da gürcü dili, mədəniyyəti və tarixini öyrəndiklərini söyləyib. O, bildirib ki, Gürcüstan Texniki Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılması planlaşdırılır. Bu filialda master-klassların keçirilməsi, müxtəlif mübadilə proqramlarının reallaşdırılması nəzərdə tutulur.

Görüşün digər iştirakçısı-Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Ekhart Hötzel bildirib ki, dəyirmi masada müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etmək üçün böyük imkanlar var: "Bizim vəzifəmiz sərhədləri aşaraq bir-birimizə daha yaxın olmaqdır. Bizim multikulturalizmi inkişaf etdirməkdən başqa çıxış yolumuz yoxdur". E.Hötzel ADU-nun rektoru K.Abdullanın Strasburq Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması barədə təklifinə də toxunub. O, bildirib ki, təmsil etdiyi universitetin rektoru bu təklifə müsbət cavab verib: "Hesab edirəm ki, bu mərkəzin Azərbaycan dili və mədəniyyətinin təbliğində xüsusi rolu olacaq". Ona cavab olaraq K.Abdulla deyib ki, Strasburq Universiteti gözəl ənənələrə malikdir: "Biz xalqlarımız və universitetlərimiz arasında körpülərin daha da möhkəmləndirilməsinə çalışacağıq".

Türkiyənin Atılım Universitetinin dekanı Ayfər Altay ADU ilə 2008-ci ildən bəri əlaqələrinin olduğunu söyləyib. O, bildirib ki, təmsil etdiyi universitet ilə ADU arasında birgə layihələrin həyata keçirilməsi üçün müvafiq addımlar atılacaq.

Gürcüstan Texniki Universitetinin professoru Quram Qventadze isə azərbaycanlı tələbələrinin səviyyəsindən razılığını ifadə edib. Professor onları yüksək dünyagörüşlü insanlar kimi xarakterizə edib.

Tbilisi Dövlət Universitetinin professoru, Gürcüstan Təhsil Elmləri Akademiyasının prezidenti David Qoçeridze ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" I Beynəlxalq elmi konfransının "Azərbaycan-Gürcüstan münasibətlərinin yaranmasında Heydər Əliyevin rolu" adlı bölmə iclasına hazırlıq məsələləri haqqında danışıb. Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlıq məsələlərinə də toxunan professor ADU-nun rektoru K.Abdullanı rəhbərlik etdiyi akademiyanın həqiqi üzvü seçilməsi münasibəti ilə təbrik edib və müvafiq diplom və mantiyanı rektora təqdim edib. Öz növbəsində K.Abdulla bu ada layiq görülməsindən məmnunluğunu bildirib və yüksək elmi nailiyyətləri ilə fərqlənən akademiyanın həqiqi üzvü adına layiq görüldüyü üçün qonağa öz təşəkkürünü çatdırıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində