380x80 400x80

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

Siyasət

26.01.2018 | 16:45 Oxunub: 119


“ – Yazdıqlarını kimsə başa düşürmü? Dünyanı vecinə almayan, elə öz içində eşələnən Yalquzağın üsyankar, bəzən də pessimist yazıları kimə lazımdır ki?

– Amma inadla deyə bilərəm, beynim, qəlbim, ürəyim dünyanın özündən böyükdür. İçimdə olan mənə deyir ki, gördüklərin oyundur, reallığın əsl üzü sənin qəlbindir. Mən gördüyümü deyil, düşündüyümü yazan realistəm”. 

Bu cavabı verənlər əsasən reallıqdan qaçan romantiklərdir. Bəzən də qınanıblar. İdeyaları realizmə uyğun olmadığı üçün tonqalda yandırılanlar, edam etdirilənlər, dərisi soyulanlar tarixdə az olmayıb. Onların düşüncələri, qəlbləri bu dünyadan böyükdür.

“Məndə sığar ikən cahan, mən bu cahana sığmazam...”

Nəsiminin böyük romantikası... Dövründə anlaşılmayan, bugün isə düzgünlüyünü bilib izah oluna bilməyən hürufilik...

Sizin hər gün qəzetlərdən, televiziyadan duyduqlarınız reallıqdırmı? Onlar kimlərinsə düşünərək bizə təqdim etdiyi yalanlardır. Siyasətmi reallıqdır? 

Uydurulmuş, ssenarisi əvvəlcədən yazılmış oyunlardır hamısı... 

Televiziyada ölülər danışır. Əcəb reallıqdır. 

Qəzetlərdə bizə “pərdəli”, “şəkilli” dramlar təqdim edilir: müxalifətin göz yaşları, iqtidarın ismarıcları, böyüklərin yalanları. 

Vəzifəsini özü anlamayan ütülənmiş diktorlar...

Qalstuku görəndə bilirik ki, siyasətdən danışırlar. Oyun heç vaxt həqiqi olmur. 

Romantizm realizmə qarşı durub qələmimdə. Yalanlara bugün gerçək adı verilir.

Sabir ən böyük realistdir. Lakin düşündüyünü yazan realist... Gördüyünü yazsaydı, Sabirə indi jurnalist deyərdik.

“Millət necə tarac olur olsun....” Düzmü deyirdi “...nə işim var? ” Romantikasını reallığa uyğunlaşdırmışdı... Kinayə, sarkazm Sabirin silahı idi. Təkcə zamanın tələbinə görə deyil, bəşəriyyətin mövcud olacağı bütün dövrlərə uyğun yazmışdı. Sabirin realizmi bu məqamda romantizmə qovuşurdu...

Bəs romantikasıyla ölməz əsərlər yaradan Füzuli? Qəlbin gördüyü reallıq deyilsə, “qəlb şairi” nəyi və niyə yaradırdı?

“Fələklər yandı ahimdən...”

Romantik şair bugün realist Drayzerdən aktualdır. Bəs Dostoyevskinin Raskolnikovu? Əsər realist, qəhrəmanı romantik... Onun düşüncələri, çıxış yolunu axtarması “kütləvi depressiya əsri” XXI yüzillik üçün gerçəklik deyilmi?

Reallıq yuxuları rədd edir. Bizim yuxularımız isə realdır. Yatanda bəlkə də təxəyyülün hesabına gizli mətləblərə uçuruq. Bizə həqiqəti, itirdiyimizin yerini göstərir. Başa düşüb-düşməməyimiz zəkamızın gücündən asılıdır. Əgər ayılanda yuxunu xatırlamırıqsa deməli hələ onu qavramaq gücündə deyilik...

Yuxular röyaya çevriləndə sevinirik, yuxuda ikən üzümüzə təbəssüm qonur.

Əgər kabusa dönübsə qapalı gözlər bir az da sıxılır, sifətimiz qorxuya bürünür...
Reallıqla fantaziyanın sintezi- görə bildiyimiz yuxulardır.

Anadan kor doğulanlar yuxu görürlərmi? Deyirlər ki, təsəvvüründə olmayanı yuxuda görə bilməzsən. Kor heç bir şey görməyibsə yuxuları necə ola bilər ki? Ya da onların gördükləri real olmayanlardır.

Amma heç vaxt görmədiyimiz bir insanı yuxuda görə biliriksə, onda necə...

Bəlkə də yuxular reallıqdır. Biz də həmən adamla həqiqətən də görüşürük.

Reallığın sərhədi də nisbidir...

Sentimentallığın dərəcəsi də...

Romantizmi, lirikanı qəbul etməyənlərə fikir verin! Onların daxilində ən zərif, amma qırılmış bir lirika var. Qırıq olduğu üçün bu lirika simalarına, danışıqlarına sirayət etmir.

Kiminin lirikası Şopendir, simfoniyalardır... Qulaq asanda Qərbin not dəftərlərinin üzərindən “uçub” inqilab meydanlarına “tələsir”.

Bəziləri də axmaq ifadəli sifətlərinə duyğu vermək istəyirlər... Realizm romantizmə dolaşır, anlaşılmaz olur...

Kiminin də “sarı sim”i aşıq sazıdır, “Sarıtel”dir... Dağlara “gedir”, uca zirvələrdən nisgilli halda kəndinə baxır. Olduğu yerlərdə uşaqlığını “axtarır”, görmədiyi, həsrətini çəkdiyi yerlərdə isə yağıyla “döyüşür”. 

Sonra “Sarı gəlin” başlayır. 

“Saçın ucun hörməzlər...
Səni mənə verməzlər...”

Gerçəkliyin ən böyük, amma sadə sözlərlə verilən romantikası...

Sözlərin yox, musiqinin sehri səni aparır yaşıl çəmənlərə, bir anlıq çobanın simasında görürsən özünü, sonra musiqinin ahəngi qulağında yatmış qılınc səsini oyadır... Çaldıran döyüşündəsən... reallıqdan qopub, “Sarı gəlin”in romantikasındasan. Bilmirsən, osmanlısan ya səfəvi... Bir əlində Koroğlunun Misri qılıncı, digərində saz var. Ətrafında döyüşdür. Lakin heç kim sənə toxunmur. Qızılbaşların əhatəsində Şah Xətaini görürsən... Amma o da döyüşmür. Qılıncını naəlac dizi üstə qoyub, “Sarı gəlin”i yazıya köçürür. 

“Neynim, aman, aman, sarı gəlin...”

Sehrli aləmin keçmişə apardığını bilsən hər an bunu diləyərsən. Tarixin səhvlərini qabaqlayarsan... 

“Nə ola bir gün görəm nazlı yarın üzünü...
Neynim, aman, aman, Sarı gəlin”

Birdən Xətai uşaqlaşır gözündə, bələyə bürünüb Gilanda ağacın budağından asılmış zənbildə gizlədilir...

Səninsə retrospektivin davam edir... Əlindəki saz ululaşıb qopuza dönür, Misri qılıncın isə yiyəsinə qaytarılır. Daha qədimə gedirsən. Ağır addımların səni döyüşdən daşların, qayaların arasına gətirir. Oğuz elinə yaxınlaşırsan. 

Parçalanmış İç Oğuzu, Dış Oğuzu görüb Tanrıya uzadırsan əllərini, amma Dədə Qorquda ünvanlanırsan. “ Ağ saqqalın qılıncı üstələyə bilmədi. Arxalı köpəklər dağıtdı yurdunu. Yağı düşmən sənin sözünə həvəs saxlamadı. Ad verdiyin ərənlər dastanlara köçdü, nə qalıbsan çöllərdə dərviş kimi. Qayıt Tanrıya...

“Ölümlü-itimli dünya...”

Mərdinə yalan həyan olan namərdli dünya...

Damarında, qanında vətən sevgisi varsa, keçmişdəsən. Əsl reallıq budur. Tarixi öz gözünlə görmək... Yenidən dönürsən “Sarı tel”ə, başlanğıca... Bir də yağı tapdağında olan yurduna həsrətlə baxıb, sazını da alırsan yanına...

... Haçalanmış tarixi dövrün realistləri heç vaxt həqiqi yaza bilməz. Siyasət deyilən oyun var axı... Realizmin əbədiliyi o vaxt doğrudur ki, qulluq etdiyi ideya və “...izm” ölməsin. Amma romantiklər düşünərək yazanda onların yaratdıqları heç bir mənsəbə qulluq etmir, Ya bəşəri mövzular və əsərlər yaradır, ya da elinə-yurduna layiqli iz saxlayır. 

Pərviz SADIQOV 
2011



Siyasət

23.02.2018 | 13:47

Rəsulzadənin Stalinə məktubu - Mətn

13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?

30.11.2017 | 19:38Əfqanıstan prezidenti Bakıdadır