380x80 400x80

UNEC-də tədqiqatların beynəlxalq jurnallarda dərc olunması mexanizmi açıqlandı

Təhsil

25.01.2018 | 11:37 Oxunub: 96


UNEC-də "Elmi tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu elmi nəşrlərdə dərc olunması mexanizmi" mövzusuna həsr olunan təlim seminar keçirilib.

Universitetdən Parafraz-a verilən məlumata görə, Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov "Elmi tədqiqat sahəsində modern universitetlər: çağırışlar və real imkanlar" mövzusunda çıxış edib. Professor yeni texnologiyaların ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətindən danışıb. 

O, elm və təhsilin vəhdətinin yeni tələblərə uyğun istiqamətdə aparılmasında innovasiyanı da mühüm faktor kimi qiymətləndirib. Dünya elminə inteqrasiyanın vacibliyindən danışan UNEC-in professoru "Bunun üçün elmi araşdırmalar dünya səviyyəsində olmalıdır" deyə bildirib.

"Clarivate Analytics"in Azərbaycan üzrə nümayəndəsi, elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə "Psevdo-elm: Yırtıcı jurnalları təyin etmək və onlardan sığortalanmağın yolları" barədə danışıb. O, beynəlxalq elmi jurnallarda məqalə çapı ilə bağlı mövcud problemlərdən söz açaraq, son illər ərzində istifadə olunan kibercinayətin yeni alətinə çevrilən "yırtıcı" jurnallar haqqında ətraflı məlumat verib, həmin jurnalların təyin olunması meyarlarını açıqlayıb.

Təlimdə "Applied and Computational Mathematics" beynəlxalq jurnalının aparıcı redaktoru (2002-2017), professor Yusif Qasımov əlyazmanın elmi nəşrlərdə çap olunma qaydaları, o cümlədən beynəlxalq nüfuzlu jurnallarda redaktor və rezidentlərin vəzifələrindən bəhs edib.

İqtisadiyyat Nazirliyi Elmi Tədqiqat İnstitutunun direktor müavini, professor Arzu Hüseynova isə təlim iştirakçılarını beynəlxalq nüfuzlu elmi jurnallarda məqalə qəbulu, elmi ədəbiyyatlardan istifadə qaydaları və elmi istinadlar barədə məlumatlandırıb. O, beynəlxalq elmi jurnallarda yer alan məqalələrə qoyulan tələbləri diqqətə çatdıraraq, elmi əsərlərin istinad indeksli jurnallarda dərcinin vacibliyini qeyd edib.

"Caspian European Club"un baş icraçı direktoru, vəkillət kollegiyasının üzvü Mustafa Abbasbəyli "Elmi tədqiqat nəticələrinin nəşrində hüquqi və etik qaydalar: pozuntu hallarının aşkarı və ona qarşı görülən tədbirlər" barədə iştirakçılara ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində