380x80 400x80

Neft Məktəbində yeni elektron tədris sistemi yaradılır

Təhsil

25.01.2018 | 13:41 Oxunub: 30


Bakı Ali Neft Məktəbində (BANM) yeni elektron tədris sisteminin tətbiqinə dair təqdimat keçirilib.

BANM-dən Parafraz-a verilən məlumata görə, təqdimatda Ali Məktəbin rektoru Elmar Qasımov, professor-müəllim heyəti və administrativ kollektiv iştirak edib.

Təqdimat Ali Məktəbin riyaziyyat müəllimi Tural Abdullayev tərəfindən keçirilib.

Təqdimatın ilkin mərhələsində sistemin BANM-in gündəlik fəaliyyətinin yaxşılaşdırılması və optimallaşdırılması istiqamətində ümumi faydalarından danışılıb. Belə ki, sistemin yeniliklərinin tətbiqi nəticəsində böyük vaxt itkisinin qarşısı alınacaq, sistem insan əməyini əhəmiyyətli azaltdığından əməliyyatlarda səhvə yol verilməsi aradan qaldırılacaq, həmçinin fəaliyyət və proseslərə nəzarət daha asan və vaxt sərfi olmadan həyata keçirilə biləcək.

Tural Abdullayev təqdimat zamanı yeni sistemin köməyilə BANM administrasiyasının işinin xeyli optimallaşacağını deyərək bildirib ki, indi transkriptlər, arayışlar, diplom əlavəsi, dərs qeydiyyatı, qiymət cədvəli və s. kimi işləri administrativ işçilər deyil, sistem hazırlayacaq. Yeni sistem həmçinin tələbə haqqında məlumatlar, tələbə bileti, tələbələrin turniket qeydləri, tələbələrin imtahanlarda iştirak siyahısı, tələbələrin təqaüdləri haqqında məlumatları özündə birləşdirərək istifadəçilərə bu istiqamətdə bələdçilik edəcək.

Qeyd edək ki, elektron tədris sistemi BANM rəhbərliyinə tələbələr arasında müəyyən sorğular keçirməyə imkan verəcək ki, bu da keyfiyyətin təmin olunmasına və yarana biləcək problemlərin dərhal aradan qaldırılmasına kömək edəcək.

Sistemdən yalnız BANM-ın işçilərinin deyil, həmçinin tələbələrinin də aktiv istifadəsi nəzərdə tutulur. Belə ki, tələbələr kitabxana qeydiyyatı, lazımi kitabların axtarılması və sifariş edilməsi, sillabusların əldə edilməsi, imtahanlara qeydiyyat, yataqxanaya qeydiyyat və s. kimi məsələləri özləri sistem üzərindən həll edə biləcəklər.

Yeni elektron tədris sistemi BANM rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və təqdim edilən yeniliklərin yaxın günlərdə tətbiqinə başlanılacaq.

SONA



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində