380x80 400x80

Valideynlər ADU-da imtahan prosesini izlədilər

Təhsil

24.01.2018 | 17:39 Oxunub: 32


Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin valideynlərinin bir qrupu universitetin hər üç tədris binasında imtahan prosesini izləyiblər.

Universitetdən Parafraz-a verilən məlumata görə, ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onları universitetlə tanış edib.

İmtahan prosesini izləyən valideynlər daha sonra ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ilə görüşüblər. Rektor valideynlərin imtahan prosesində iştirak etməsini yüksək qiymətləndirib. Universitetin qapılarının hər kəsə açıq olduğunu qeyd edən akademik valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt universitetdə keçirilən tədbir və iclaslarda iştirak edə biləcəyini vurğulayıb. Görüş zamanı rektor valideynlərin ADU ilə əməkdaşlıq etməsinin universitet üçün yeni istiqamətlər və hədəflər müəyyən edəcəyinə ümidvar olduğunu bildirib.

K.Abdulla qonaqlara universitetdə həyata keçirilən layihələr və onların mahiyyəti, tələbələrin inkişafına verdiyi töhfələrdən də söz açıb. O, universitetlə əməkdaşlığa görə valideynlərə təşəkkürünü bildirib.

İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından razılıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Qeyd olunub ki, imtahan nəticələrinin vaxtında bəlli olması tələbələrin növbəti imtahan üçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir.

Görüş müzakirələrlə yekunlaşıb.



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində