380x80 400x80

İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açıldı

İncəsənət

23.01.2018 | 15:51 Oxunub: 34


Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində “Fikrini dəyişmək normaldır” (It’s ok to change your mind) adlı sərgi açılıb. 

Mədəniyyət və Turizm Nazirliyindən Parafraz-a verilən məlumata görə, martın 18-dək davam edəcək və “İyirmi bir rus baxışı” devizi altında keçirilən sərginin kuratorları Lorenso Balbi və Suad Qarayeva-Malekidir. Sərgidə “Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafın əsərləri nümayiş olunur.

İtaliyanın "Koryere di Bolonya" qəzetində Pyero Di Domenikonun sərgi haqqında təəssüratları dərc olunub. Yazıda qeyd edilir ki, XX əsrin 90-cı illərinin əvvəllərində rus avanqard janrında geniş yayılmış və «Mamboda inqilab» adlı sərginin əsərlərində aşkar hiss olunan hüquq bərabərliyinə olan güclü meyl yüz il sonra sadəcə boğulmuş səs kimi görünür. Qırx altı yaşlı Yelena Kovılinanın əsərlərindən birini anladan “Egalite” adlı sənədli filmdə göstərildiyi kimi, fərqli yaşlara, irqlərə və peşələrə aid kişi və qadınlar bir sıraya düzülüblər, onların boy fərqi isə ayaqları qeyri-bərabər uzunluqda kəsilmiş kətillərlə kompensasiya olunub. Məhz kətillərin ayaqları sayəsində həmin kişi və qadınların başları ideal bərabərlikdə sıralanıb ki, bu da aldadıcı xarakterə malikdir. Sanki Moskvada və onun ətrafında yağış ancaq sınmış kətillərə yağır. Bu kadr ilə Via Saraqossa 228/230 ünvanındakı “Qızılgüllər küçəsi” (Nyu-York şəhərində dəbli qadın geyimləri və bahalı restoranlar olan məşhur küçə) adlı məşhur cərəyanın əsasını qoyan müasir rus incəsənətinə həsr olunmuş ekspozisiya açılır.

Müəllif bildirir ki, sərgi keçmişlə hesablaşmaq, eləcə də Bolonya Muzeyləri Birliyinin prezidenti Roberto Qrandinin dediyi kimi, “əslində az məlumatlı olduğumuz mədəniyyət sahəsindəki fəallığı qiymətləndirmək” üçün “inqilab”ı gedib görmək lazımdır”. XVII əsrə aid olan və istirahət üçün nəzərdə tutulmuş binanın iki mərtəbəsində rəsm əsərləri, fotoşəkillər, heykəllər və s. nümayiş olunur.

Yazıda Londonda yaşamış azərbaycanlı kurator Suad Qarayeva-Malekinin sərgi haqqında fikirlərinə yer verilir: “Birinci mərtəbədə rəssamların onları əhatə edən reallığa dair düşüncələrinin məhsulu olan əsərlər təqdim olunur ki, bunlar da çox vaxt fərqli şəkildə işlənmiş nostalgiya motivlərini özlərində birləşdirirlər. İkinci mərtəbədə hadisələrin gələcəkdə mümkün inkişafını əks etdirən əsərlər nümayiş olunur”.

Daha sonra məqalədə ayrı-ayrı müəlliflərin əsərlərindən söz açılır. Qeyd olunur ki, Olqa Çernışevanın "Möcüzə arzusunda" adlı rəngli silsilə təsvirlərində sovet dövründə çox populyar olan və uzaqdan havada asılmış kaktusu xatırladan tüklü baş örtüyü geyinmiş qadınlar göstərilir. Daim rastlaşdığımız bir motiv olan keçmişin zarafatyana təhrifi sərgiyə gələnləri hətta bir mərtəbədən digərinə aparan pillələrdə belə izləyir və ziyarətçilər sanki zaman və məkan tunelində olurlar. Sergey Bratkovun “Neznayka Ayda” əsərində rəssamın Moskva şəhərindəki məhəlləsinin bir neçə sakini aylı və utopik bir mühitdə təsvir olunur.

Sərginin ən gənc iştirakçılarından olan 31 yaşlı Svetlana Şuvayevanın əsərinin adı «İkeya» brendinin reklam devizindən götürülüb ki, bu da istehlak ruhundan qaynaqlanır.

İtalyan fotoqraf Cakomo İnfelizenin çəkdiklərinə əsasən, beyin fırtınası parçaları yaradan Mişmaş duetində rus meqapolisi haqda mücərrəd formada danışmaq üçün sərgiyə gələn qonaqlara təsvir olunan yerləri tanımaq imkanı yaradılır. Tamaşaçılar həmin yerləri fotoqrafın çəkdiyi real görüntülərlə müqayisə edirlər.

Anatoli Osmolovskinin tank qüllələri formasında olan və İrina Korinanın «Smiles» adlı bədheybət heykəlləri sosializm dövründə istifadə edilmiş materiallardan hazırlanıb. Təsvirdəkilər sanki onlara baxanlara gülümsünürlər.

Hazırda Bruklində (Nyu-York) yaşayan Darya İrinçeyeva öz təsvirlərində kiçik kətanların üzərində yenidənqurma dövründən sonraya aid olan, SSRİ-nin süqutu ilə öz mənasını itirən uşaqlıq kitablarının əksini yaradıb.

Alina Qutkinanın çəkdiklərinə xüsusi diqqət yetirməyi tövsiyə edən müəllif bildirir ki, bu əsərlərin qəhrəmanları olan gənclər dünyanın istənilən guşəsində ola bilərdilər, ancaq onlar özlərinə qlobal və geniş yayılmış mədəniyyətdə sığınacaq tapıblar...

Sərgi haqqında ətrafı məlumatı www.mambo-bologna.org/villadellerose saytından əldə etmək olar.



İncəsənət

23.02.2018 | 21:52

Teatrımıza böyük xidmətlər göstərmiş sənətkar - Şəmsi Bədəlbəyli

23.02.2018 | 17:46“Babam və oğlum” filmi Bakıda nümayiş etdiriləcək
23.02.2018 | 15:51

Güləhmədin bəyliyi - Qan Turalı yayımdan qaldırılan filmdən yazır

22.02.2018 | 22:44

“KVN-şik”lərin bu filmi Mirzə Cəlili təhqir edir - Mirmehdi Ağaoğlu

22.02.2018 | 09:43“Brit Awards”ın sahibləri məlum oldu
21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq