380x80 400x80

UNEC-in keyfiyyət elçiləri ilə görüş

Təhsil

23.01.2018 | 14:23 Oxunub: 82


UNEC-in rektoru, professor Ədalət Muradov keyfiyyət elçiləri ilə görüşüb.

Universitetdən Parafraz-a verilən məlumata görə, tədrisin keyfiyyətin yüksəldilməsinin UNEC-in əsas hədəflərindən olduğunu bildirən rektor keyfiyyət elçilərinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib, işlərin daha da təkmilləşdirilməsi üçün keyfiyyət elçiləri mexanizminin institutlaşmasının vacibliyini vurğulayıb. Keyfiyyət elçilərinin müəyyən olunan kriteriyalar əsasında seçiləcəyinə diqqət çəkən Ə.Muradov seçim zamanı onların Differensial Əməkhaqqı Sistemindəki yerlərinin də əsas meyarlardan biri kimi götürüləcəyini vurğulayıb. Rektor UNEC-in müəllifi olduğu layihədən gələcəkdə digər ali təhsil müəssisələrinin də yararlana biləcəyini qeyd edib.

Görüşdə tədris prosesi zamanı müşahidə olunan mənfi və müsbət məqamlar müzakirə edilib və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində təkliflər dinlənilib. İctimai Nəzarət Şurasının yalnız imtahanlarda deyil, bütün tədris ili boyu UNEC-də fəaliyyət göstərəcəklərini nəzərə alaraq, onların keyfiyyət elçiləri ilə birlikdə dərsləri müşahidə etmələri təklif olunub. Bundan başqa, keyfiyyət elçilərinin UNEC-in Zaqatala filialı və Maliyyə İqtisad Kollecində də fəaliyyət göstərmələri, monitorinqin nəticələrinə əsasən, yüksək nəticələr göstərən müəllimlərin nümunəvi dərslərinin təşkili, müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi də təkliflər sırasında yer alıb.

Keyfiyyət elçiləri UNEC-də 2015/16-cı tədris ilindən fəaliyyət göstərir. Onların müəyyən edilməsində elektron universitet platformasını aktiv istifadə, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas götürülüb. Keyfiyyət elçiləri müəyyən olunan qrafik üzrə həftədə ən azı bir dəfə (növbə) fakültə üzrə dərslərin monitorinqində iştirak edir. Monitorinq tədrisin sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu, mühazirə mətnləri, interaktiv tədris vəsaitləri, müəllimlərin mövzuya hakimliyi, dərs vaxtının optimal şəkildə idarəedilməsi, seminar dərslərində mövzu üzrə praktiki nümunələrin izahı, kollokviumlara hazırlıq və digər göstəricilər əsasında aparılır.

SONA



Təhsil

22.02.2018 | 17:38Kamal Abdulla Rumıniya səfiri ilə görüşdü
22.02.2018 | 14:37Xocalı həqiqətləri Çin dilində
22.02.2018 | 11:50Bakıda 1-ci sinfə qəbul başladı
21.02.2018 | 16:39UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018 | 15:46UNEC-dən abituriyentlər üçün layihə
21.02.2018 | 09:49

Yeni magistratura ixtisasları yaradıldı

20.02.2018 | 16:48“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” tədbiri
20.02.2018 | 09:34

Biznes ideya müsabiqəsi başlayır - Tələbələr üçün

16.02.2018 | 12:42Rektordan dərsə gecikən tələbələrə maraqlı hədiyyə
15.02.2018 | 14:44Tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
14.02.2018 | 12:51Bakı Xoreoqrafiya Akademiyasında Qara Qarayevlə bağlı sessiya
12.02.2018 | 16:20“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”
12.02.2018 | 09:52“UNEC-in qış məktəbi pedaqoji təcrübəmin ən dəyərli günləri oldu”
07.02.2018 | 12:38UNEC alimləri tədqiqatlarını Türkiyədə davam etdirirlər
07.02.2018 | 11:26Türk professor: “UNEC-in akademik etikası öyrənilməlidir”
06.02.2018 | 11:44UNEC-də tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır
05.02.2018 | 18:49Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.2018 | 14:47UNEC-in gənc müəllimləri təcrübə mübadiləsində
05.02.2018 | 10:41UNEC-də qış sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü
03.02.2018 | 12:22ADU-nun Belarusla əlaqələri genişlənir
02.02.2018 | 11:28

Magistraturaya sənəd qəbulu elan edildi

01.02.2018 | 13:53UNEC alimləri Beynəlxalq qrant müsabiqəsinin qalibi oldular
31.01.2018 | 15:33ADU-da Gənclər günü ilə bağlı tədbir
31.01.2018 | 13:29Montpellier Universitetinin nümayəndələri UNEC-də
30.01.2018 | 16:34Dillər Universiteti Kiyev Milli Linqvistik Universiteti ilə əməkdaşlığa başlayır
30.01.2018 | 13:41Xarici Təhsilli Əməkdaşlar Birliyinin proqramı müzakirə olundu
30.01.2018 | 10:21“IBM” Neft Məktəbi ilə əməkdaşlıq edəcək
29.01.2018 | 10:28UNEC-də növbəti “Açıq qapı” günü
29.01.2018 | 09:53UNEC gənc alimlərinin gələcək prioritetləri
26.01.2018 | 20:40Koreyalı tələbələr Dillər Universitetində