380x80 400x80

Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”

Müsahibə

22.01.2018 | 21:20 Oxunub: 62


Bu gün Xalq artisti, aktyor Hacı İsmayılovun doğum günüdür. Parafraz bu münasibətlə aktyorun müsahibəsini təqdim edir:

- Hacı müəllim, uzun zamandır sizi efirlərdə görmürük. Olmaya sizin də həmkarlarınız kimi səhhətinizdən şikayətiniz var?

- Xeyr, səhhətimdən heç bir şikayətim yoxdur. Özümü çox gümrah hiss edirəm. Məncə, aktyor yaşından asılı olmayaraq hər zaman formada qalmalı və gümrah olmalıdır. Özümü tanıyandan idmanla məşğul oluram. Əslində, aktyorluqla idman bir-birinə yaxın sənətlərdir. İdmançının da, aktyorun da plastikası olmalıdır.

- Sizin nəsil sənətkarlar həmişə xalqın içində olub. Amma nədənsə özlərini "ulduz" adlandıran bir çox sənətçilər xalqın içərisinə çıxmaqdan qorxur. Buna səbəb nədir?

- Mən əvvəllər də, indi də insanlarla sıx münasibətdə olmuşam. Bunun da bir açıqlaması var: tənhalığı sevmirəm. Cəmiyyətdən kənarda olmaq insanı tənbəlləşdirir. Məncə, sənət adamı tənbəl olmalı deyil. Mən yalnız özümdən danışa bilərəm, digərləri ilə nə işim var ki?

- Bəs həyatdakı Hacı İsmayılovun hansı müsbət xüsusiyyətləri var?

- Dilim başıma həmişə bəla olub. Sözü üzə dediyim üçün düşmənim həmişə çox olub. İndiki zəmanədə belə olmaq lazım deyil. O qədər paxıllığımı çəkib, ayağımın altını qazanlar olub ki. Elə olmasaydı, indi Hacı haralardaydı? Ancaq hər bir sənət adamı kimi mən də çox həssasam. Daxilimdəki insansevərlik məni həmişə uduzdurur. Məsələn, məni aldatmaq çox asandır. Hətta deyərdim ki, uşağı aldatmaq olmaz, amma məni olar.

- Hacı müəllim, bugünkü gündə bir çox seriallar çəkilir. Seriallarda çəkilən gənclərdən razısız?

- Bizim əsas problemimiz odur ki, Azərbaycan aktyor sənətində daimilik yoxdur. Bir rolu oynayıb, sonra illərlə gözləyirik ki, yeni təkliflər gələcək. Mən şəxsən özümdən danışıram. Nəticədə fasilə əmələ gəlir və aktyor passivləşir. Sənətkarın parlaması üçün daha çox şərait lazımdır. İnsan hansı işi görürsə, gərək əvvəli və sonu olsun. Əgər 5 aydır gedən seriala məni çağırırlarsa, deməli, 10 seriyadan sonra da "sağ ol" deyib, yola salacaqlar. Bunları nəzərə alıb seriallara çəkilmirəm.

- Bəs kino sahəsindəki irəliləyişləri necə qiymətləndirirsiz?

- Bu gün əvvəlki kimi uğurlu filmlərə rast gəlmirəm. Hətta eşidirəm ki, kinolarımız xaricdə mükafatlar da alır. Amma hansı filmlərdir, görməmişəm, bilmirəm. Bir-ikisini çıxmaq şərtilə. Əgər film televiziya ilə nümayiş etdirilib, geniş tamaşaçı kütləsi tərəfindən bəyənilib, hadisəyə çevrilmirsə, necə mükafat alır, başım çıxmır. Düşünürəm ki, film sahəsinin inkişaf etməməsi yoldan keçənləri tutub seriala, filmə çəkməklə bağlıdır. Biz elə bir dövrdə işləmişik ki, həmin dövrü kinonun intibah dövrü adlandırmaq olar. O zaman texnika mükəmməl olmasa da insanlar daha məsuliyyətli idilər.

- Bəlkə də elə ona görədir ki, o illərdə çəkilən filmlər daha yaddaqalan olub.

- Bilirsiniz, burada başqa səbəblər də var. Əsas da maliyyə. Mən özümü nümunə göstərə bilərəm ki, heç vaxt pula qaçan olmamışam. Bilmirəm düz etmişəm, ya yox. Çox əziyyətlər çəkmişəm. Amma sənəti sevdiyim üçün hər əzabına qatlanmışam. Bəlkə də buna görədir ki, oynadığım rollar xalq tərəfindən bu qədər sevilib. İnsanlarla görüşəndə həmişə köhnə filmlərdən danışırlar, yəqin ki, təzə filmləri görsələr onlardan da danışarlar. Kino imkan verir ki, aktyorun bir çox xüsusiyyətləri açılsın. Məsələn, "Həm ziyarət, həm ticarət" filmindəki Mustafa obrazından sonra çoxları məni "Mustafa" deyə çağırırdı. Həmin rolun belə uğurlu alınmasının əsas səbəbi Mustafa ilə oxşarlığımın həddindən artıq çox olması idi. Elə özüm də o rola o qədər qapılmışdım ki, az qala doğma adımı unutmuşdum (gülür).

- Yaradıcı insan kimi qəlbiniz tez-tez qırılıb?

- Aktyor sənəti bir az asılı sənətdir. Mən həmişə deyirəm ki, rəssam, heykəltaraş, bəstəkar olmaq daha yaxşıdır, nəinki aktyor. Çünki onlar heç kimdən asılı deyil, ürəkləri istədiklərini azad şəkildə yaradırlar. Amma aktyora gərək ürəyindən keçən rolu versinlər ki, nəyisə yarada bilsin. Hansısa rolu arzulayırsan, ancaq rejissor o rolda səni görmürsə, buna görə dava salmaq, həmin rejissorla münasibəti korlamaq düzgün deyil. Mən heç vaxt rol üstündə dava etməmişəm. Dolça bürcü olduğumdan hadisələri qabaqlamağı sevmirəm. Həmişə həyatda sıramı, öz növbəmi gözləmişəm. İş verildisə, ciddi, məsuliyyətli oluram.

Milli.az
2017



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk