380x80 400x80

Soyqırım mövzulu ən yaxşı 10 film - Siyahı

İncəsənət

21.01.2018 | 19:52 Oxunub: 207


Parafraz Arzu Məmmədovanın təqdimatında "Ənlər" layihəsinə davam edir. Hər həftənin bazar günü "ən"lərlə qarşınızda olacağıq.

İnsanlıq cinayəti olan soyqırım həqiqətlərini üzümüzə vuran 10 sarsıdıcı filmi təqdim edirik:

1. "Belvedere" (IMDB 7.1)


Adını eyniadlı əsir düşərgəsindən alan film kollektiv qəbirlərdə yaxınlarını axtaran bosniyalı qadınlardan bəhs edir. Onlar yaxınlarını tapmaq üçün cinayətkarlara pul verməyə də hazırdırlar.

2. "Amin" ("Amen". IMDB 7.3)


Kosta Qavrasın bu filmi real hadisələr əsasında çəkilib. Film SS zabiti ilə Vatikan səfiri rahibin yəhudi soyqırımını dünyaya çatdırma mübarizəsindən bəhs edir.

3. "Sofinin Seçimi" ("Sophie`s choice". IMDB 7.7)


"Sofinin seçimi" bəlkə də soyqırımın soyuqqanlığı haqqındakı ən sarsıcı filmdir. Bir ananı ən dəhşətli seçim qarşısında qoyan film həm də Meril Stripə Oskar gətirib. 

4. "Zolaqlı pijamalı oğlan" ("The boy in the striped pajamas". IMDB 7.8)


Film nasist işğalı altındakı Polşada düşərgə yaxınlığında yaşayan SS zabitinin ailəsindən bəhs edilir. Ailənin oğlu düşərgədəki əsir uşaqlardan biri ilə dost olur, hadisələr də elə bundan sonra başlayır.

5. "Türk pasportu" ("Turkish passport". IMDB 7.9)


İkinci Dünya müharibəsi illərində Osmanlı mənşəli yəhudilərə pasport verilərək Türkiyəyə qaçırılmaları haqqında sənədli filmdir. 

6. "Ruanda oteli" ("Hotel Rwanda". IMDB 8.3)


1994-cü ildə hutular ilə tutsilər arasında baş verən müharibədə yüz minlərlə adam öldürülüb. Küçələrin cəsəd tarlasına döndüyü və bütün dünyanın səssiz qaldığı o günlərdə Pol sahibi olduğu oteli 1200 insan üçün sığınağa çevirmişdi.

7. "Şərəfsiz it uşaqları" ("Inglourious Basterds". IMDB 8.3)


Tarantinonun rejissoru olduğu filmdə hadisələr alman işğalı altındakı Fransada baş verir. Nasistlər tərəfindən ailəsi öldürülən gənc qadın ilə nasistlərə qarşı qrup yaradan yəhudi zabitin yolları kəsişir.

8. "Pianoçu" ("The pianist". IMDB 8.5)


Soyqırım haqqında danışarkən mütləq ağla gələn filmlərdən biri də Roman Polanskinin "Pianoçu" filmidir. Nasist işğalı altındakı Polşadan bəhs edən film məşhur pianoçu Vladislav Szpilmanın xatirələri əsasında çəkilib. 

9. "Həyat gözəldir" ("Life is beautiful". IMDB 8.6)


Film İkinci Dünya müharibəsinin bir neçə il öncəsindən başlayır. Həyat dolu, əyləncəli Quido gözəl Dora ilə evlənir. Sonra oğulları olur. Hər şey gözəldir, birdən müharibə başlayır. Yəhudi olduqları üçün düşərgəyə aparılırlar. Bütün bunlardan oğlunu qorumağa çalışan Quido hər şeyin oynamalı olduqları oyun olduğunu iddia edir. 

10. "Şindlerin siyahısı" (Schindler`s list" IMDB 8.9)


Stiven Şpilberqin şah əsəri sayılan film nasist partiyasının üzvü olmasına baxmayaraq yəhudi işçilərini canı bahasına qoruyan qeyri-adi iş adamı Şindlerdən bəhs edir. Film Avstraliya yazıçısı Tomas Kenilinin eyniadlı bioqrafik kitab əsasında çəkilib.



İncəsənət

23.02.2018 | 21:52

Teatrımıza böyük xidmətlər göstərmiş sənətkar - Şəmsi Bədəlbəyli

23.02.2018 | 17:46“Babam və oğlum” filmi Bakıda nümayiş etdiriləcək
23.02.2018 | 15:51

Güləhmədin bəyliyi - Qan Turalı yayımdan qaldırılan filmdən yazır

22.02.2018 | 22:44

“KVN-şik”lərin bu filmi Mirzə Cəlili təhqir edir - Mirmehdi Ağaoğlu

22.02.2018 | 09:43“Brit Awards”ın sahibləri məlum oldu
21.02.2018 | 14:45Qadağan olunmuş Azərbaycan filminin təqdimatı olacaq
19.02.2018 | 19:20

Nar ağacının fəryadı - Şəhid xanəndə Şahmalı Kürdoğlunun xatirəsinə

16.02.2018 | 09:52Emin Sabitoğlu haqqında kitab nəşr olundu
15.02.2018 | 09:49

Bir də gördüm atam özünü vurdu… - Qan Turalı yazır

13.02.2018 | 20:50

Çelentanoların bitməyən sevgi hekayəsi - Fotolar

13.02.2018 | 19:52“ƏSA” Teatrından növbəti tamaşa
12.02.2018 | 21:30Hüseyn Cavidin “İblis”i İstanbul səhnəsində oynanılacaq
10.02.2018 | 19:33

Motsart haqqında 5 əfsanə - Maraqlı

09.02.2018 | 16:49Nuriyyə Əhmədova yad edildi
09.02.2018 | 12:48Qara Qarayevlə Azərbaycan xalqı arasındakı uçurum
08.02.2018 | 17:48Bəstəkar Cavanşir Quliyevin kitabı çap olundu
08.02.2018 | 15:26Nəğmələrlə qazanılan şöhrət və əbədiyyət
07.02.2018 | 10:43

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - Fotolar

06.02.2018 | 09:54Qara Qarayevin 100 illiyi qeyd edildi
05.02.2018 | 20:47Qara Qarayev 100 yaşında
05.02.2018 | 09:53ABŞ-da cümhuriyyətin 100 illiyi "Əli və Nino" ilə başladı
04.02.2018 | 19:54

Evlilik haqqında ən yaxşı 10 film - Siyahı

01.02.2018 | 17:25

Barış Manço əfsanəsi - Araşdırma

01.02.2018 | 14:57Azərbaycanlı rəssam BMT-nin xüsusi mükafatına layiq görüldü
31.01.2018 | 19:47

Qiraət müsabiqəsi elan edildi - “Nəsimi poeziyası”

30.01.2018 | 22:51

Çaplinin heyranı olan rus rejissor - Fotolar

29.01.2018 | 21:55

Dahiləri yaxın buraxmayan qadın: Lu Salome - Fotolar

29.01.2018 | 18:57Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək
28.01.2018 | 17:46

2017-ci ilin ən çox bəyənilən 22 film replikası - Fotolar

27.01.2018 | 17:53

Səhnədə Cənnət yaradanda... - Şahanə Müşfiq