380x80 400x80

“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”

Müsahibə

17.01.2018 | 13:53 Oxunub: 131


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəylinin orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı müsahibəsi:

- Orfoqrafiya qaydalarına təklif edilən son dəyişikliklər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Hazırkı dövrdə bu dəyişikliklərin edilməsi vacib idi?

- AMEA Orfoqrafiya Komissiyası Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarını hazırlayaraq onu geniş ictimaiyyətin diqqət mərkəzinə çatdırıb. Bu qaydalar AMEA-nın "Elm" qəzetində çap olunub. Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək. Biz Orfoqrafiya Komissiyası olaraq, Dilçilik İnstitutu və digər institutların görkəmli alimlərinin hazırladığı orfoqrafiya qaydalarını geniş ictimaiyyətin müzakirəsinə təqdim etmişik ki, cəmiyyət ona öz münasibətini bildirsin. Cəmiyyətdə səslənən təkliflərin hamısı bizim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək. Yekun qərar verildikdən sonra onun əsasında yeni orfoqrafiya lüğətinin hazırlanmasına başlanılacaq. Ona görə də cəmiyyətdə orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir. Biz cəmiyyətdə belə reaksiyanın olacağını əvvəlcədən gözləyirdik.

- Cəmiyyətdə sözlərin yeni yazılışı ilə bağlı deyilən iradları qəbul edirsiniz?

- Müzakirələrə müdaxilə etmək istəmirəm. Amma müşahidə edirəm ki, fikir söyləyənlərin çoxu şəxsi maraqlardan çıxış edir. Yaxud da bir çox fikir deyənlər professional deyillər, dil qanunlarını, dilçilik elmini yaxşı bilmirlər. Ancaq mütəxəssislərin maraqlı təklifləri də var. Mütəxəssislərin haqlı sözünə hörmətlə yanaşacağıq. Əlbəttə, ictimaiyyətin fikrini nəzərə alacağıq. Amma da var. Biz onların ən məqbul olanlarını istifadə edəcəyik.

- Sözlərdə iki "ss"dan, "iki "yy"dan birinin yazılmaması çaşqınlıq yaratmayacaq?

- Ekspress alınma sözdür, alındığı xarici dildə bu söz iki "ss" ilə yazılır. Azərbaycan dilində isə ekspress sözünün sonluğu bir "s" ilə tələffüz olunur. Biz ekspress sözünün sonluğunun iki "ss" ilə yazılmasının Azərbaycan dilinin qaydalarına uyğun olmadığını görürük. Onu körtəbii şəkildə xarici dildən alıb işlətməyi də məqbul saymırıq. Ssenari sözünün əvvəlində iki "ss" hərfi işlədilir. Biz isə onu bir "s" ilə tələffüz edirik. Eyni zamanda, sonluğu "iyyat,- iyyət və -iyyə" şəkilçisi ilə bitən ərəb mənşəli sözlərdə iki y-dan birinin saxlanılmasının tərəfdarıyıq. Məsələn, son on illiklərdə görürük ki, ədəbiyyat deyil, ədəbiyat, maliyyə deyil, maliyə, dövriyyə deyil, dövriyə kimi tələffüz edirik. Hətta Səudiyyə (Ərəbistanı) sözündəki iki y-dan ancaq birini deyirik. Dil özü bu hərfləri atıb. Əlbəttə ki, bu dəyişiklik iki "y" hərfi ilə yazılan bütün sözlərə aid deyil. Tutaq ki, təyyarə, Əyyub, Qəyyum, səyyah kimi sözlərdə iki y hərfi qalacaq. Yalnız "iyyat,- iyyət və -iyyə" şəkilçisi ilə bitən ərəb mənşəli sözlərdə iki y-dan birini dil özü atıb, onun biri işlənmir. İndi sözləri bir "s", bir "y" ilə yazmaqla çaşqınlıq yaratmırıq. Çünki dil çoxdan bir "s"nı, bir "y"nı atıb.

- Yeni yazılışı birmənalı qarşılanmayan sözlərin bir qismi də əskər, əskinas, İskəndər, işkəncə və sairdir. Bu sözlərin belə bir formada yazılmasına ehtiyac var?

- Əsgər sözünün biz əskər kimi deyirik, amma "g" ilə yazırıq. Buna da ikili yanaşma var. Xalq, geniş ictimaiyyət, mütəxəssislərin əsgər, İsgəndər kimi sözlərdəki "g"nın "g", yaxud "k" ilə ifadə olunması ilə bağlı fikirlərini izləyəcəyik. İctimai fikir "k"nın tərəfində olsa, "k", "g"nın tərəfində olsa, "g" ilə ifadə edəcəyik.

- Müşahidələrinizə görə, daha çox narazılıqlar hansı sözlərlə bağlıdır?

- Mən müzakilərə müdaxilə etmək, bunu açıqlamaq istəmirəm. Əlbəttə ki, müzakirələrin birmənalı olmadığını görürəm. Bütün zamanlarda yeniliklər birmənalı qarşılanmayıb. Amma yekunda alim sözünə və ictimai fikrə əsaslanmaq lazım gələcək.

- Azərbaycan dilində yazılışını qəbul etdiyimiz və yazılışına öyrəşdiyimiz çox sayda sözün yazılışının birdən-birə dəyişdirilməsi məqbul sayıla bilər?

- Fikirlər səsləndirilir ki, çox sayda söz dəyişdirilir. Əvvəla, çox sayda söz dəyişdirilmir. Orfoqrafiya lüğətində 90 mindən artıq söz var. Dəyişdirilmək üçün təklif edilən sözlərin sayı isə 60-dan çox deyil. İkincisi, biz on ildən çox dildə müşahidə olunan hadisəni yazıda ifadə etmək istəyirik. Bu sözlər dildə dəyişilib, dil bunu edib. Biz bu dəyişikliyi etməkdə geçikmişik. Dəyişikliyi etməkdə əsas məqsəd alınma sözlərin Azərbaycan dilinin tələffüz qaydalarına uyğunlaşdırılmasıdır. Burada bir azərbaycançılıq mövqeyi var. Əlbəttə, biz süni şəkildə alınma sözlərin heç də hamısını azərbaycanlaşdırmağın tərəfdarı deyilik. Amma o halda ki, xalqın danışıq dilində həmin ifadələr alındığı xarici dildə olduğu kimi deyil, Azərbaycan dilinin tələffüz qaydalarına uyğun işlədilir, onda biz bu faktı - bu dil hadisəsini yazıya gətirməliyik. Cəmiyyətə təqdim olunan Azərbaycan dilinin orfoqrafiya qaydaları müstəqillik dövrünün orfoqrafiya islahatıdır. Bu islahatı AMEA-nın görkəmli dilçi alimləri, bir neçə digər elmi tədiqiqat institutunun alimləri ictimaiyyətin müzakirəsinə verib. Məqsəd bizdə gedən milliləşmə, azərbaycanlaşma proseslərini Azərbaycan dilinin yazı qaydalarında tətbiq etməkdir. Məncə, bu ideya, fikir çox elmidir. Həm də xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik maraqlarına tamamilə uyğundur.

- Müzakirələrin sonunda dəyişdirilməsi təklif edilən sözlərin sayı azala bilər?

- Ola bilər. Biz ictimai müzakirələrdə səslənən fikirlərlə bağlı alimlərin rəylərini əsas götürəcəyik. Ola bilsin ki, bu sözlərin bəzilərinin yazılışı heç qəbul olunmadı, bəzi sözlərin hazırkı yazılış forması saxlanıldı. Bu da təbiidir.

- Sözlərin yeni yazılış forması ilə bağlı yekun qərarı nə zaman verəcəksiniz?

- Yanvar ayı ərzində yeni qaydalar hələ müzakirə olunacaq. Bu ayda biz KİV-lərin haqlı, haqsız fikirlərinə dözümlə, səbrlə yanaşmalıyıq. Yanvarın sonunadək bu müzakirələr gedəcək, yanvarın sonunda artıq müzakirələr dayanacaq. Fevral ayında onları ümumiləşdirib yekun qərarı açıqlayacağıq.

Trend



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk