380x80 400x80

“Adama deyərlər ki, ay odun parçası...” - Fazil Mustafanın yazısı

Sosial

15.01.2018 | 13:47 Oxunub: 123


Son vaxtlar çağırışlar daha da intensivləşir: Adamlar yer aldıqları bütün məclislərdən tələb edirlər ki, tarixi şəxsiyyətlərimizə qarşı çıxışları qadağan edən qanun qəbul olunmalıdır. 

Onlara toxunmaq olmaz, təftiş etmək olmaz, barəsində həqiqətləri söyləmək olmaz və s. Bu təkliflə çıxış edənlərin bir qismi də titulları və diplomları bioqrafiyasına doldurmuş, hansısa orijinal yaradıcı mətnləri olmayan "alimlər"dir. Halbuki gerçək bir alim "qadağan" sözünü dilinə gətirə bilməz, yazıya daha yetkin və məntiqli yazı ilə, kitaba kitabla cavab verər. 

Adama deyərlər ki, ay odun parçası, sənin hansısa mövzuda kiminsə aydın fikirlərini təkzib etməyə, çözməyə, əks dəlillərlə susdurmağa inttellektin yetərli deyilsə, qanunun, hüququn arxasında niyə gizlənməyə çalışırsan? Bu gün layiq olmadığı halda akademik, professor, fəlsəfə doktoru elmi dərəcəsini daşıyanlara kim mane olur ki, çıxıb debatlarda bizim millətə sırınmış, tariximizdə faydalı rolu olmamış kimlikləri müdafiə etsin? Bu cəmiyyətdə saxta alimlərin sayı çoxaldıqca, fikir mühitini daraltmaq istəyənlərin də sayı artmağa başlayır. 

Bəs tələbləri nədir?

Saxta din anlayışımıza toxunmaq olmaz, saxta tarix konsepsiyamıza toxunmaq olmaz, Stalinin bizim üçün müəyyənləşdirdiyi saxta qəhrəmanlar mövzusuna toxunmaq olmaz, Sasani düşüncəsinin milli libasda təzahürlərinə toxunmaq olmaz! Qəribədir, dualist inanc kodunu daşıyan biz Azərbaycan insanı üçün məsum filosof-şairimiz Hüseyn Cavid də, onu güllələdən Mircəfər Bağırov da eyni statuslu dəyərdir. Formal da olsa təbliğ etdiyi dinə mənsubluğumuzu ifadə etdiyimiz Məhəmməd də, bu dinə qarşı amansız müqavimət göstərən Babək də eyni statuslu dəyərdir. Azərbaycanı müstəqil görmək istəyən Məhəmmədəmin bəy də, onu Rusiyanın tərkibində görmək istəyən Nərimanov da eyni statuslu dəyərdir. Türk və İslam Birliyinin atəşli carçısı olan Nadir Şah da, bu birliyin üzərində Sasani düşüncəsini qalib gəlməsini təmin edən Şah İsmayıl da eyni statuslu dəyərdir. Bunların nəticəsi bilirsiiniz nədir? Çaşqınlıq, məntiqsizlik, tarixi doğru çözə bilməmə, gələcəyin tələblərini anlamamaq deməkdir. Biz Sasani dövrünün, Xilafət dövrünün, Monqollar dövrünün, Səfəvi dövrünün, Çar Rusiyasi dövrünün, Sovet dövründən bizim üçün formalaşdırdıqları qəlibləri indiki müstəqillik dövrümüzdə yenidən çək-çevir etməsək, çözə bilməsək, gələcəyin Qarabağ savaşında, Azərbaycan savaşında yenə də məğlubiyyətlər yaşayacağıq. 

Ötən günlərdə Azərbaycan siyasətçilərinin də iştirak etdiyi tədbirdə Bütöv Azərbaycan mövzusunda yeni konsepsiya üzərində düşünməyin vacibliyini bildirdim və konseptual xəttimizin necə olması barədə görüşlərimi açıqladım. Yenə də ənənəvi mühafizəkar yanaşma ilə qarşılaşdım. Demirəm qəbul et, dinlə, düşün, bildiklərini bir daha gözdən keçir, ancaq fikirləri susdurma. Özləri siyasətdə demokratiyanın azlığından gileylənirlər, ancaq eyni qaydada başqasının görüşlərini də dinləməkdən imtina edirlər. 

Fikrimi bir olmuş əhvalatın fərqli anlaşıla biləcək məzmunu ilə əsaslandırmaq istəyirəm. Bütün əsrlərdə və qərinələrdə Şeyx Nəsrullahın ölü dirildəcəyinə inanmış insanların qələbəlik olduğu bir məmləkətdə bir çoban çox-çox sevdiyi, özünün və sürüsünün dəfələrlə xilaskarı saydığı qurdlarla savaşda yaralanıb ölən itini bir ağacın altında basdırır. Ara-sıra gəlib sevdiyi itini xatırlaması üçün ətrafdakı ağaclarla qarışdırmasın deyə həmin ağaca qırmızı köynəyinin qolundan bir parça cırıb bağlayır. Kədərli halda bir neçə gün dolaşandan sonra yenə də sürüsünün yönünü bu məkandan salıb itini ziyarət etmək istəyir. Gəlib yetişəndə gözlərinə inana bilmir. Həmi ağacaın altında itini basdırdığı ağacın ətrafında minlərlə insan başına döyür, ağlaşır, itin yerini tanımaq üçün çobanın qoyduğu daşı öpür, dualar edir. Həm də bunların çoxu mahalın mədrəsə təhsilli, diplomlu başbilənləri sayılırlar. Baxır ki, ağacın budaqlarından isə saysız-hesabsız qırmızı parçalar bağlanıb. Çobanın vicdanı sızlayır, yaxınlaşıb bu insanlara deyir ki, burada onun iti basdırılıb, bu yanlış hərəkətdir, buranı ibadət yerinə çevirmək olmaz, Yaradana bu durum xoş gəlməz. Gözü qızmış qələbəlik çobanın başını yarıb, üst-başını pardaxlayıb oradan qovurlar ki, sən niyə bizin inancımıza sataşırsan, sən niyə bizim qəhrəmanımıza böhtan atırsan. Öz qoyunlarına istədiyini anlada bilən çoban şüurlu sayılan bu insan sürüsünə sadə bir doğrunu illərlə anlada bilmir.

Bu əhvalatın necə bitdiyi barədə bilgim yox. Bəziləri deyir ki, həmin çoban Kefli İsgəndər kimi, içkiyə aludə olub, hər səhər ziyarətçilərin qarşısına çıxıb onları məsxəyərə qoyurmuş. Başqalarının nəql etdiyinə görə həmin çoban bir saz tapıb, oba-oba gəzərək itinin kəramətindən danışıb dolanışığını təmin edirmiş. Hansı doğru, hansı yanlış bilmirəm. Onu bilirəm ki, modern dövrümüzədək hər kəsin içində bu barədə şübhə qalsa da, kimsə "inanclarımıza və dəyərlərimizə əl uzatmaq olmaz" tabusunu sındırmağa cəsarət etmədiyinə görə bu ibadət forması yaşamaqdadır. İnsanlara anlatmaq olmayıb ki, bu millətin və dövlətin bir daha məğlubiyyətə düçar olmaması üçün heç kimi və heç nəyi müqəddəsləşdirmək, pirə, kəramət axtarılan yerə, ibadət ocağına çevirmək olmaz. Təhlil edin, təftiş edin, lakin təhqir etməyin. Xüsusilə də öz inandığınız ehkamları başqasına zorla, susdurmaqla sırımağa çalışmayın, faydalı bildiyiniz görüşləri ictimailəşdirməkdən çəkinməyin, qəbul etmədiyiniz görüşlərə görə başqasını söyüşlə qarşılamayın, əks dəlillərinizi mədəni üslubda ortaya qoymağa çalışın. 

Bütün hallarda ibadət edilən yerə itin basdırıldığını inanc dəyərləri başdan-başa təhrif içində olan çoxluğa söyləmək təhlükəlidir. Bunu arxeoloji qazıntılar vasitəsilə üzə çıxartmaq, hamının şahidliyi ilə təsdiq etdikdən sonra bir neçə əsr ərzində yoluna qoymaq mümkündür. Bununla belə, hər bir dövrün ziyalısının, düşünən insanının zaman -zaman çobanın sevimli iti barədə xatırlatmaları bir vicdan məsələsi sayılmalıdır. 

Bir də unutmayın ki, ədəbi dilimizin, yəni mənəvi mövcudluğumuzun banisi böyük Mirzə Fətəlini dəfn etməkdən imtina edənin adını tarix elə o andan da unudub. Yaşayan Mirzə Fətəlinin sözüdür. Sözün yaşaması xatirinə faydalı fikirləri söyləməkdən çəkinməyək. Qanun da, qadağalar da dünya kimi fanidir axı...



Sosial

20.02.2018 | 11:52“Sovetski”dən köçürülmənin 2-ci mərhələsi barədə qərar
19.02.2018 | 09:48“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi
18.02.2018 | 11:24

Azərbaycan erkəyi - Nazlı Pəncəliyeva

16.02.2018 | 18:36Leyla Əliyeva babasını təbrik etdi
16.02.2018 | 15:51QHT sədrlərindən Türkiyəyə dəstək çağırışı
16.02.2018 | 13:37Türkiyəli professor Bilik Fondunda
15.02.2018 | 18:32

Martda neçə gün iş olmayacaq? - Rəsmi

14.02.2018 | 20:23Türkiyə ilə Azərbaycan arasında “qardaş məktəb” layihəsi
14.02.2018 | 17:44

Bu azərbaycanlılar hamımızı bezdirib - Şərif Ağayar

13.02.2018 | 17:39

Körpələrə qoyulmasına icazə verilən qəribə adlar - Siyahı

13.02.2018 | 10:48

Qız övladını qəbul etməyən atalar - Könül Cəfərli yazır

11.02.2018 | 21:52Firon xanımları necə gənc qalırdılar?
10.02.2018 | 09:37Müəlliflərin qonorarının 5 faizi həcmində haqq ödəniləcək
08.02.2018 | 11:19Rza Rzayev harda səhv edir?
07.02.2018 | 19:29Bu il aprelin 11-i rəsmən qeyri-iş günü elan edildi
07.02.2018 | 16:51

5 günlük körpəsini öldürmək istəyən ana - Könül Cəfərli yazır

06.02.2018 | 15:28

“İrəli”dən yeni layihə - “Virtual Məkanda Azərbaycan”

06.02.2018 | 14:24“Uşağına “Arenda”, “Toybəy” adı qoymaq istəyənlər var”
05.02.2018 | 14:21

Deputatlar uşaq sığınacağında - Foto

05.02.2018 | 12:37Azərbaycanlı ailəsində doğulan zənci uşağın atası kimdir?
04.02.2018 | 11:35Ümumdünya Xərçənglə Mübarizə günüdür
02.02.2018 | 09:48Gənclər günüdür
01.02.2018 | 22:5114 yaşı tamam olmamış şəxslərə dərman satılmayacaq?
01.02.2018 | 12:48Arzu Rəhimov Qusarda qəbul keçirəcək
31.01.2018 | 11:44

Ərinin onu döyməsi ilə fəxr edən aktrisa - Günel Natiq

30.01.2018 | 14:25Əbülfəs Qarayev Xırdalanda vətəndaşlarla görüşdü
29.01.2018 | 17:41Bacısının vətəndaş nikahında yaşamasına razı olmayan “müasir oğlanlar”
29.01.2018 | 13:53

Sosial mənzillər üçün aylıq ödəniş açıqlandı - Məbləğlər

28.01.2018 | 19:26

Abşeronun 158 yaşlı mayakı - Tarix

26.01.2018 | 10:42Dünya Ekoloji Təhsil günüdür