380x80 400x80

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

II YAZI

Elm

11.01.2018 | 20:50 Oxunub: 781


Parafraz gənc şair-tərcüməçi Səbuhi Şahmursoyun "Tarixin ağ ləkələri" adlı araşdırma və tərcümə rubrikasında növbəti yazını təqdim edir:

(Əvvəlki yazı burada)

Çin piramidalarının tikilmə texnikasının mümkün variantları

Tikintinin bir variantı “daşın yumşaldılması”dır. Misir piramidalarının tikinti ustalarının “qohumları” – Amerika qitəsinin piramida ustaları daşın yumşaldılması sirrini əldə edə bilmişdilər (bitki estraktındakı xüsusi mayenin köməyilə yüksək sıxlıqlı daşlar plastilin kimi elastikləşir, amma qəlibləmə və qurutma prosesindən sonra daş öz sıxlığını bərpa edir). Yuşaldılmanın texnoloji əsasları bu günə kimi də tərəfimizdən kəşf olunmayıb, ona görə bu mayenin (və ya sıyığın) tətbiqi prosesindən keçmiş daşların bərkitmə vasitəsini də hələ bilmirik (güman edilir ki, sözügedən “yumşaltma” vasitəsi təkcə kimyəvi aktiv maddə deyil). Qədim misirlilər və latın amerikalıların bilgini eyni mənbədən alması məsələsi indi mumiyaların balzamlama texnikası qədər aydın görünür. Onda nəyə görə tikintidə eyni “yumşaldılma” texnologiyasından istifadə edilməsin? Təsəvvür edin, karxanada daşlar heç bir əziyyətsiz əzilir və kütləvi istehsal olunur, yumşaldılıb qəlibə tökülür, ya da, necə deyərlər, uşaqların plastilinlə oynadığı kimi, ağır çəkili daşlar çox optimal vəziyyətə gətirilərək lazım olan yerə rahatca yerləşdirilir.

Yeri gəlmişkən, texnologiyalar müxtəlif də ola bilər, çünki nəhayətdə bu piramidalar kürənin müxtəlif künclərində tikilib.


Çin piramidaları Misir piramidalarından az sual buraxmır, barələrində ona görə az bilirik ki, Sianyanq şəhərinin qərb istiqamətinin bir neçə kilometrliyində, kənd təsərrfüfatı sahələrinin arasında yerləşən onlarla piramida az qala məxfi ərazi kimi qorunur. Bir sıra tədqiqatçılar hesab edir ki, Çin alimləri piramidaların daxilinə girib, orada Yer kürəsində mövcudluğumuz haqdakı təsəvvürlərimizi yerlə-yeksan edəcək sənəd və sübutlarla qarşılaşmaqdan qorxurlar. Həqiqətən, qədim Çin tikililərinin təyinatı nədən ibarətdir? “Ənənəvi” baxışları olan “Çin spesifikalı misirşünaslar” arasında belə variant da var ki, bu tikililər imperatorların məqbərələridir. Başqa versiya “Piramidalar Çində “Fen Şuy” adlanan nəhəng müqəddəs xətlər sisteminin yalnız bir hissəsidir” fərziyyəsinə əsaslanır. Məsələn, çinli arxeoloq Vonq Şipinq hesab edir ki, bu tikililər astronomik aspekt nisbətinə tamamilə uyğun gəlir və ulu babalarımızın coğrafiya və riyaziyyat haqda olan heyrətamiz biliklərinə şahidlik edir.

Əgər 5 min il qabaq yazılmış qədim kitabələrdəki yazılardan çıxarışlara inansaq, bu möhtəşəm layihənin müəllifləri ondan da bir neçə min il öncə öz “odburaxan dəmir əjdahaları”nda Yerə enmiş Səma Oğullarıdır. Səma elçisi imperator Xuan Di barədə əfsanə ilə tutuşduranda bu versiya tamamilə inandırıcı görünür.

Piramidaların ucaldılmasının hansı vasitələrlə başa gəlməsindən asılı olmayaraq, yenə bir sual açıq qalır: “Bu tikinti sirlərini, dövrünə görə əlçatmaz olan bu bilgini qədim insanlara kim vermişdi?”. Atlantlarmı, qədim kahinlərmi, başqa planetlilərmi, yoxsa tamam başqaları? Ufoloji cəhətcə yanaşanda da bəzi anlaşılmaz tərəfləri görmək olur. Əgər baiskar başqa planetlilərdisə, niyə onlar fironlara kömək edirdilər? Axı, məsələyə dini nöqteyi-nəzərdən baxanda “kafir fironlara”, “allahsız imperatorlara” səmadan enənlər (və ya mələklər) yardım edə bilməzdi. İstənilən halda, bizə olduqca uzaq olan tarixi dövrdə ya anlayışlar fərqli imiş, ya da Yer Ana həqiqətən təsəvvürümüzə sığmayacaq qədər qızıl dövrü yaşayıb.

Çin ərazisindəki başqa piramidalar barədə


Yerin distansion zondlaşdırılmasında (ekoloji məqsədlə) materialların tədqiqi prosesində (LANDSAT-7 peyki ilə) ÇXR ərazisində “çin piramidaları” sinfinə çox uyğun olan bir sıra tikililərə rast gəlinir. Müşahidə olunan bu obyektləri ilk dəfə II Dünya Müharibəsi vaxtı Hindistandan Pekinə uçan təyyarənin amerikalı pilotu görür. Əvvəllər “1945 piramida”sının yerini dəqiqləşdirmək üçün dəfələrlə cəhd edilib, amma süni peyklə çəkilən şəkillərin əksəriyyəti keyfiyyətsiz olduğuna görə buna nail olunmayıb.

Klassik tarixi xronologiyaya baxsaq, həmin coğrafiya üçün ən yaddaqalan abidə e.ə. II əsrdə yaşamış Xan imperatorluğunun Lyü Çe sülaləsindən olan Vu Dinin məqbərəsi və ya başqa adla, Maolinq mavzoleyidir. Hərbi xadimlərin, alim və əsilzadələrin məqbərələri olan geniş kompleksdir. Bu sərdabə piramidanı xatırladan formaya sahibdir. Sərdabənin ətəyində (gil divarların eroziyasının qarşısını almaq üçün çinlilərin əkdiyi) kiçik ağaclar bitir, bunlar da bir sıra alimlərin fikrincə, XX əsrin 60-70-ci illərindən tez əkilməyib.

Sərdabənin xeyli detalı LANDSAT və İkonosun çəkdiyi şəkildən heç fərqlənmir. 2004-cü ilin yayında Şansiyə səfər edən amerikalı araşdırmaçı Kris Mayerin qeydlərinə görə, “1945 piramidası” elə Maolinq mavzoleyinin özüdür.

Piramida və onun ətrafındakı kiçik tikililər məkanda yeganə və kifayət qədər dəqiq orientasiyaya malikdir. Yeri gəlmişkən, “kompleksin mərkəzi” Şimal-Cənub istiqəmətinə deyil, 5-7 dərəcə maililiklə saat əqrəblərinin əksinə yönəlib (regiondakı bütün bənzər quruluşlardan fərqli olaraq). Bunun səbəbləri naməlumdur, heç bir mənbədə bu mövzuya uyğun bir rəvayətə də rast gəlinməyib. Bu faktı izah etməyə çalışan bəzi fərziyyələrsə, əlbəttə ki, var: relyefə görə tənzimləmə, eroziya səbəbindən gilin aşınması, kompleksin naməlum astronomik funksiyası, qədim kompleksin yerində piramidaların dəqiqliklə yenidən qurulması, dövrünə görə Yerin digər nöqtələriylə əlaqə yaratmaq cəhdi və s.


Bu kompleksdən başqa Sian şəhərinin şimal və şərq istiqəmətində də bəzi piramidalar aşkar edilib.

Aeroportun yanındakı piramidalar haqda ilk dəfə yazıçı və səyyah Hartviq Haustorf 1990-cı illərin axırlarında Şansi səfərindən sonra məlumat verib. Onun sözlərinə görə, ən azı bir piramida Sian aeroportuna gedən yolun yaxınlığında yerləşir. Başqa bir piramida isə həmin şossenin cənub istiqamətinə doğru 2-3 km məsafədə yerləşir.

Peyk məlumatlarına əsasən, onun sahəsi 180-200 kv metrə bərabərdir, hündürlüyü isə 20 metrdən çox deyil, üzərindəsə, demək olar, bitki bitməyib.

Koordinatları: enlik - 34.39057, uzunluq - 108.73933.

Başqa bir tikili – Çinlinq piramidası isə Sianın şərq istiqəmətində, Lişan şəhərinin Çinlinq kəndində, dağ yamacında yerləşir. Hündürlüyü təxminən 20 metr, sahəsi 400 kv metrdir. Sıx ağaclarla örtülüdür. Günəşin səmadakı yolu istiqamətinə çox dəqiqliklə uyğunlaşdırılıb. 

Mərkəzi Çində “piramidaların yoxluğu” haqdakı söhbətlər həqiqəti əks etdirmir. Hər iki yazıda təsvir olunan tikililərdən əlavə, Çin ərazisində güman olunan nə qədər böyüklü-kiçikli bu cür tikililər var ki, ərazilərində arxeoloji qazıntılar və ya ümumiyyətlə heç bir elmi tədqiqat işləri aparılmayıb. Müasir dövr üçün Çin boyda dövlətin bu addımı qəribə gəlmirmi? İndi bu qədim piramidaların astro-arxeoloji tədqiqatı, tikiliş texnologiyasına izah tapılması həm maraqlı, həm də perspektivli görünməlidir. Ən azından, Avropa alimləri Çin mütəxəssislərilə əlbir olub bu obyektlərin qravimetriya və mikromaqnitometriya sahəsi üzrə tədqiqatlarını təşkil edə bilərlər. Bu ki qlobal anlayışdır. Amma Çin hökuməti hələ də bu qədim sərvətləri maksimum cəhdlə ört-basdır etməyə çalışır.

Hazırladı: Səbuhi ŞAHMURSOY



Elm

13.02.2018 | 00:48Karl Qustav Yunqu necə oxumalı?
10.02.2018 | 21:40

Plagiatlığın qurbanı olmuş Azərbaycan və Şərq alimləri - Siyahı

10.02.2018 | 15:44Mobil telefon beyin xərçəngi yaradır?
04.02.2018 | 17:39Xərçəngin müalicəsində Moerman pəhrizi
04.02.2018 | 09:49Lütfi Zadə kimdir?
03.02.2018 | 14:40

Yazıçı Pərvin “İlin gənc alimi” seçildi - Fotolar

01.02.2018 | 01:06

Türk kültürü boyunduruq altında - Rəsulzadənin bilinməyən məqaləsi

31.01.2018 | 20:53

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

31.01.2018 | 17:46

Maarifçilik tariximizdə layiqli yer tutan fədakar qadın: Pəri Topçubaşova

30.01.2018 | 21:52Kosmosda ilk hospitalı BƏƏ açacaq
25.01.2018 | 21:50Çinli alimlər meymunu klonlaşdırdılar
23.01.2018 | 14:50

Orfoqrafiyanın qızıl qaydası - Mövqe

22.01.2018 | 17:45Yeniyetməlik dövrü 24 yaşa qədər davam edə bilər
22.01.2018 | 11:54Orfoqrafiya qaydaları ilə bağlı redaktə və təkliflər
18.01.2018 | 17:54Dilçi alim “əsgər”in “əskər” olmasını istəmir
17.01.2018 | 19:34

Orfoqrafiya lüğətindən hansı sözlər çıxarılır? - Siyahı

16.01.2018 | 09:48

Bəzi sözlərin yazılışı dəyişdi

15.01.2018 | 19:56Qida yağlarının ən faydalısı hansıdır?
15.01.2018 | 09:43

“Allah” sözü nə vaxt böyük, nə vaxt kiçik yazılmalı? - Ağalar Məmmədov

12.01.2018 | 19:49Anesteziya beyini şikəst edə bilər
12.01.2018 | 11:49“Allah”, “Rəbb”, “Tanrı” sözləri böyük hərflə yazılacaq
12.01.2018 | 10:53

Orfoqrafiya lüğətində hansı dəyişikliklər təklif olunur? - Siyahı

11.01.2018 | 20:50

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

10.01.2018 | 14:39Azərbaycan hərb tarixinə dair kitab çap edildi
09.01.2018 | 09:49Əsnəmək beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur
08.01.2018 | 22:48

Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla - Araşdırma

31.12.2017 | 11:49Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul
27.12.2017 | 22:49

Xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləri

26.12.2017 | 20:20Fənər kimi işıq saçan güllər
18.12.2017 | 18:27Ortaq türk dili ilə bağlı monoqrafiya çap olundu