380x80 400x80

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

Müsahibə

10.01.2018 | 21:52 Oxunub: 419


Parafraz tanınmış şair Emin Piri ilə müsahibəni təqdim edir:

- Emin, ilk kitabın “Tanrının kölgəsi”, ikinci “Sağ qalan varmı?” adlanır. Bu dəyişikliyin səbəbi nədir? Tanrı ilə əlləşməkdən yoruldun, ya daha praqmatik yanaşmağa çalışmısan? 

- İlk kitabım çıxanda həyata bir qədər idealist yanaşırdım. Amma qəribədir, mistik olsa da, ikinci kitabı çap etdirəcəyim ərəfələrdə həyatın reallıqlarını görməyə başladım. Birincidəsə xeyirlə-şərin mübarizəsi kimi miflərə inanan “uşaq” idim. Çətinliklər həyatın əsl üzünü mənə göstərdi. Bu? tam dəyişdiyim anlmına gəlmir. Sadəcə reallığı görüb, elə həmin tərəfdən də yanaşmağa başladım. 

- Əksəriyyət səni ikinci Gənc Ədiblər Məktəbindən tanıyır. İstərdim, koordinatoru olduğun layihə haqqında danışasan...

- Hazırkı dövrdə həm davamlılığı, həm uğurları, həm də həyata keçirdiyi işlərlə öndə duran gənclər layihəsi Gənc Ədiblər Məktəbidir. Bir neçə istedadlı imza bizim məktəbdən sonra daha populyar olublar. Bu, “onları biz yetişdirmişik” demək deyil. Əməkdaşlığın əvəzində yeni əlaqələrimiz, mətbuata çıxışımız yarandı. Gənc qələm sahiblərinə istedadlarını üzə çıxarmaq imkanı verdi bu layihə. Regionlarda yaşayan bəzi gənclər yazdıqlarına layiqincə qiymət verilmədiyini düşünürdülər. Gənc Ədiblər Məktəbinə gəldikdən sonra özünümüqayisə gördülər, bir çoxu üslubunu dəyişdi. Başa düşdülər ki, o cür şeirlər, məqalər və yazılarla uğur qazanmaq olmaz. Sözügedən məktəb istər cəmiyyətdə tanınmama, istərsə də komplekslərimdən qurtulmama böyük kömək olub. Bütün bunlar insanın həyati baxımdan da püxtələşməsinə gətirib çıxarır. Bir neçə imza deyə bilərəm, bizim məktəbin istedadlı üzvləridirlər. 

- Gənc Ədiblər Məktəbi Azərbaycan ədəbiyyatına nə qazandırıb? 

- Qeyd etdiyim kimi, cəmiyyətə istedadlı gənclər qazandırıbsa, bu, artıq uğurdur. Məktəb hansısa iqtisadi və ya sosial məsələləri həll etməli deyildi. Nizamnaməmizdə məqsədimiz istedadlı gəncləri üzə çıxarmaq idi. Buna da nail olduğumuzu deyə bilərik. 

İstənilən halda insan ən sevdiyi işlə məşğul olsa belə, vaxtı gedir. Amma itirdiyi vaxta adekvatdırmı qazandıqları? Heç nə itirmədiyimi deyə bilərəm, əksinə, yeni dostlar qazandım. Əlaqələrim gücləndi, püxtələşməyimə səbəb oldu. 

-Çağdaş ədəbi tənqid barəsində nə düşünürsən? 

- Müasir ədəbiyyat baxımından ən zəif sahə kimi dramaturgiyanı göstəririk. Ancaq deyərdim, yaralı yerimiz ədəbi tənqiddir. Barmaqla sayılası, 3-4 vicdanlı tənqidçimiz var. Şair tənqid də olunar, inciyər də. Bizdəsə proses əksinədir. Tənqidçini tənqid etmək olmur. O qədər naz və komplekslə yanaşırlar ki, bəziləri hətta özlərini kişi olsalar da, qız kimi aparırlar. Bir neçə tənqidçi istisna olmaqla, çağdaş ədəbi tənqidimiz biabırçı vəziyyətdədir. 

- “Özünü qız kimi aparan tənqidçilər” ifadəsi, səncə, çox seksist səslənmir? 

- Qadınları əsla küçümsəmirəm, amma kişilərdən daha çox qadınlar naz-qəmzəyə meyilli olurlar. Hətta deyərdim, bəzi kişi tənqidçilər həyasızlığa əl atırlar. 

- “Şair, yazıçı ola bilməyənlər tənqidçi olur” kimi fikir formalaşıb. Nə dərəcədə düzgündür bu ifadə? 

- Belə deyək, tənqidçi olmaq üçün şairi, yazıçını anlamalı, duymalısan. Vacib deyil, şeir yazasan, amma şeiri sevməyi bacarmalısan. Tanışlarım var ki, peşələri fərqli olsa da, şairlərin əksərindən daha yaxşı duyurlar. Yəni bu fikirlə tam razı deyiləm. O da var ki, bəzi tənqidçilərin yazıçılığı, şairliyi alınmır və onu hədəflərindən uzaq salan şəxsləri, belə demək mümkünsə, tənqid etməklə gündəmdə qalmağa və uğur qazanmağa çalışır. 

- Bayaqdan “bəzi” sözündən çox istifadə etmisən. Səncə də problemlərimizin kökündə “bəzi”lər dayanmırmı? 

- Azərbaycan ədəbi mühiti o qədər kiçikdir ki, hamı üz-üzə gəlir. Hətta bir çox tənqidlər sırf gündəmdə qalmaq üçün planlaşdırılmış olur. Əvəllər çox açıq şəkildə danışırdım. Buna görə də deyirdilər, Emin qalmaqala meyillidir. Belə danışanda isə soruşurlar, niyə açıq danışmırsan? 

- Düşmən həddinə çatdığın insanlar varmı?   

- Ədəbiyyatda düşmənim yoxdur. Kimsə özünü düşmən görürsə də, öz işidir. Dahilik iddialarım olmasa belə, özümə əminəm. Bu baxımdan heç kimi özümə düşmən və ya rəqib kimi görmürəm. 

- Artıq ikinci ildir, ucqar kənd məktəblərindən birində müəllim çalışırsan. İstərdim peşən barəsində danışasan. 

- İmtahan verib, yüksək bal topladım. Müəllimlik etmək istədiyimiz yeri özümüz seçirik. Əvvəl Siyəzən rayonun dağ məktəblərindən birini seçdim. Hazırda Xızıda pedoqoji fəaliyyətimi davam etdirirəm. Siyəzəndə sözün əsl mənasında kəndli həyatı yaşayırdım. Əlbəttə, müəyyən çətinliklər var idi, amma yaradıcılığıma müsbət təsir göstərirdi. İstər analiz qabiliyyətimin inkişaf etməsində, istərsə də planlaşdırma baxımından həmin mühitin faydaları oldu. 

- Bəs bu peşən səndən nə aldı?

- Hələ ki, nə aldığını bilmirəm. Ədəbi mühitin qalmaqallarından uzaqlaşdırıb, buna isə ancaq sevinə bilərəm. 

- Ədəbi qruplaşmalardan danışmağını istərdim...

Hansı təşkilatların ətrafında hansı gənclərin olduğu hamıya bəllidir. Məsələn, Azərbaycan Yazıçılar Birliyinin, yaxud Azərbaycan Dillər Universitetinin yanında kimlər var, hər kəsə məlumdur. Bu, qorxulu, təhlükəli deyil, olduqca normal prosesdir. İnsanlar işlədiyi yerə sadiq olur. Əgər oranın “formasını geyinmisənsə”, xidmət etməyə borclusan. Yerdə qalan xidmət borcunu necə yerinə yetirəcəyin olur: vicdanlı, ya vicdansız. 


- Özünü hansı qruplaşmada görürsən? 

- Sevdiyim qızla 3 aylıq münasibətimi bitirməyimə səbəb aramızda mübahisənin heç olmaması və hər şeyin yolunda getməsiydi. Çünki hər şey yolunda, problemsiz gedirsə, deməli, nəsə düzgün deyil. Əslinə qalsa, məni dostluq baxımından da birləşdirən və möhkəmləndirən dava-dalaşlar olub. Dalaşmadığım adamla yol gedə bilmərəm.

Düzdür, adlarını qeyd etdiyim təşkilatlarla problemlərim olub. Lakin bəzi məsələlərə qarşı münasibətim qəti olur. Misal üçün, Yazıçılar Birliyində Gənclər Şurasının üzvüyəm, həm rəhbərlik, həm də gənclər üzrə katib Rəşad Məcidlə çox yaxın münasibətlərimiz var. İnsanların üzünə qarşı gülüb, arxasıyca danışmaq kişiyə xas xarakter deyil. Bu cür insanlar geni dəyişdirilmiş başqa məhsullardır. Mətbuatda fikirlərimi səmimi səsləndirdiyimə görə, bu insanlara qalmaqal olaraq yansıyır. Heç bir qruplaşmada deyiləm. Həm Yazıçılar Birliyində, həm də Dillər Universitetində dostlarım var. Hər kəs bilir, ədəbiyyatda düşmənçiliyi qəbul etmirəm. Xarakterimdə yoxdur . Əgər kimisə özümə düşən olaraq görürəmsə, deməli, zəif insanam. 

- Bir ara adın qalmaqallarda çox hallanırdı. Bu qalmaqallarda kim uduzdu, kim uddu?

- Bəzən gənclər haqqında deyilir ki, filankəs içkili olanda bəhmən şey yazdı və sair. Amma mən hərbçi olmuşam, mühafizədə işləmişəm. Ədəbi mühitə hazır gəlmişəm yəni. Elə şeylər var, bəzən dozanı qaçıra bilərəm, amma uduzmamışam. Hər şeyi ayıq başla etmişəm. Bəzilərinin gözündə mövqeyim düşsə də, daha dəyərli insanların gözündə qalxmışam. Bunu başqaları yox, yalnız mən bilirəm. 

- Nəyiniz ortaq düşür ki, bölüşə bilmirsən?

-Bayaq da qeyd etdiyim kimi, insanların üzünə gülüb, arxada pisləyən deyiləm. Bunu dostlarıma qarşı xəyanət olaraq görürəm. İtirməkdən qorxacağım vəzifəm yoxdur. Bu da üsyan etmək üçün müəyyən mənada cəsarət verir. Nə vaxtsa mənə vəzifə verilsə, təbii ki, sığortamı bir qədər endirəcək. Buna görə də məcburən əksər şeylərdən uzaqlaşmalı olacam. Hələ ki, sığortam var.        

- Bir neçə il əvvəl Aqşin Yeniseylə aranızda bəzi problemlər yaranmışdı. Amma indi PR-nı aparmaqla məşğulsan.

- Aqşinin reklama ehtiyacı olduğunu düşünmürəm. Hər kəsin öz auditoriyası var. Bəziləri Aqşini sevə, məni sevməyə bilər, yaxud əksinə. Kiminləsə münasibətlərimdə problem ola bilər, amma istedadını heç vaxt danmaram. Aqşin öz imzasını çoxdan təsdiq edib.

- Anar verdiyi müsahibələrindən birində AYB-nin sədri olmaq istəyənlərdən söz açmışdı. Bəs sən necə, AYB-nin sədri olmaq istərdin? 

(Bir xeyli düşünür) - Belə deyim var, “general olmaq istəməyən əsgər, pis əsgərdir”. Lakin bu, “sədr olmaq istəyirəm” anlamına gəlməməlidir. Olmayan iddialarımı mətbuatda səsləndirsəm də, olanları heç vaxt demirəm. Ədəbiyyata yeni gələndə, səhv etmirəmsə, açıqlama vermişdim ki, AYB sədri olmaq istəyirəm. Daha sonra buna görə məni qınadılar. Əslində bunu canlanma üçün etsəm də, sonradan lazımsız olduğunu gördüm. 

- Sualı eşidəndə dilin topuq vurdu. Anardan qorxursan?

(Gülürük) - Bir dəfə Anar müəllimin otağına girmişdim, 2-3 yumruq vurdu, burnum sındı (yenə gülürük). Təbii ki, zarafatdır. Hazırda AYB-də hər hansısa vəzifə iddiam yoxdur, amma nə vaxtsa hansısa statusu vermək istəyərlərsə, uyğun olduğunu görsəm niyə də olmasın? 

- Suala cavab vermədin. Anardan qorxursan?

(Yenə gülürük) - Yox, Vallah, qorxmuram. 

- Hazırkı Emin Pirinin qələm yoldaşları arasındakı söz savaşlarına münasibəti necədir? 

- Söz savaşları normaldır, amma şəxsiyyəti qorumaq lazımdır. Burada kim birinci savaşı başladıbsa, əksərən günah da onun olur. İlk atəş açan şəxsi qarşı tərəf iki qat artıq haqla susdura bilər. Lakin qarşı tərəfin atdığına uyğun susdurmalısan. Şəxsiyyətinə toxunmadan bir-biriləri haqqında mətbuatda çıxış edə bilərlər. Ədəbiyyatçının kimisə alçaltması onun istedadsızlığından xəbər verir. 

- Qeyri-ciddi ədəbiyyat nümunələri ölkədə satış rekordları qırır. Bu haqda nə düşünürsən?

- Azərbaycan oxucusunun üzərinə düşmək doğru olmaz. Bu, dünyanın hər yerində belədir. Qeyri-ciddi ədəbiyyat 70-80 faiz oxunursa, ciddi ədəbiyyata 20-30 faizlik pay düşür. Bizdə isə 95 faizdən çox qeyri-ciddi ədəbiyyat oxunur. Adətən, yeniyetmələr belə ədəbiyyata üstünlük verir, yaş artdıqca ciddi ədəbiyyata keçirlər. 

- Bəs dünyaya inteqrasiya baxımından hansı hədəflərin var?

- Şeirlərimizi ingilislərin anlayacağı tərzdə onlara çatdıracaq tərcüməçi yoxdur. Üstəlik, buna çox böyük vəsait lazımdır. Bunun üçün imkanımız da yoxdur. İnanmıram, hansısa imkanlı şəxs müğənnilərin əvəzinə Emin Piriyə pul ayırsın. Qalır dünyaya təkcə qalmaqalla çıxmaq. Merkelə söz atmaq, və sair kimi (gülür)...

- Bir ara “xalaşkalar” barədə çox danışırdın...

- Əslinə qalsa, cəmiyyətimiz hər şeyi ilk baxışdan anlayır. 90 faizi də istəyir, varlı qadın tapıb, evlənsin. Humanizmdən danışanlara toxunun, görün, necə radikal olacaqlar. Təxminən eyni şeydir. Çünki çoxunun öz arzusunu çölə çıxarmışdım. Bunun qorxusu idi. Öz içlərindəki məndən qorxurlar.

- Söhbət sevgidən düşmüşkən, nə vaxt tərpənirsən?

- Əsl sevgimi axtarıram. 

- Hansı ədəbi planların var? 

- Hekayələrim heç vaxt çap olunmayıb. Son dövrlər hekayə yazmaq istədiyimi hiss edirəm. Bir neçə hekayə üzərində işləyirəm. Özümü nasir kimi sınayacam.

Cavid QƏDİR



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk