380x80 400x80

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

İdman

09.01.2018 | 14:42 Oxunub: 60


Ozan Can Kökcü Hollandiya futbolunun yetirməsidi. “Feyenoord”da (aşağı yaş qrupu) oynayanda AFFA-dakılar ona yaxşı pul verib U-21 millimizə cəlb etdilər. 20 yaşlı bu hücumçu 3 ya 4 rəsmi oyunda meydana çıxdı. Amma komandamıza bir qolluq xeyri dəymədi.

Onun ətrafındakı hiyləgər menecerlər isə işlərini yaxşı qurdu. Süni təbliğat apardılar ki, guya bu gün-sabah İngiltərənin Premyer Liqa komandaları Ozanı transfer edəcəklər. Belə axmaq xəbərlərə də ən tez uyan elə bizim futbol idarəçiləri ağlında olan qardaş türklər oldu. Bir də gördük Ozanın səsi İngiltərənin “Everton”undan yox,  Türkiyənin “Bursaspor”undan gəlir. Və “Bursaspor”a keçəndən sonra Ozanın əsl niyyəti üzə çıxdı. Bu da təbiidi. Onsuz da onun ilk gündən hədəfi birbaşa qan bağlılığı olduğu Türkiyənin millisində oynamaq idi. Həm də bu halda Ozan “Bursporda”da legioner sayılmayacaqdı. Sadəcə, bizimkilərin verdiyi pul ilk əvvəl Ozanı şirnikləndirmişdi. “Bursaspor”a keçəndən sonra isə, türklər demiş, dengələr dəyişdi. Və bir gün Ozan Can Azərbaycan millisindən imtina etdiyini dedi: “Milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı”.

Yəni mən sizinlə deyiləm, sizdən biri deyiləm. Səmimi, içində heç bir hiylə gizlənməyən açıqlama.

Ozan bu açıqlamanı verəndə 2017-nin sentyabr ayı idi. Lakin qəfil nə oldusa, “Bursaspor” martda aldığı futbolçunu 5-6 ay sonra Hollandiyaya – ikinci liqada yarışan "Valveyk"ə icarəyə göndərdi. Və... məhz elə bu anda Türkiyə superliqasında (həm də Türkiyə millisində) oynamaq ümidləri azalan, ya da puç olan Ozan Canın  Azərbaycan “sevgisi” baş qaldırdı. Yanvarın 2-də onun mətbuatda belə bir fikirləri peydə oldu: “Mən gəncəm və bəzən hədsiz emosiyalar yalnış qərar verməyimə səbəb olur. Bunu boynuma alıram. Azərbaycanı sevirəm və onun şərəfini qorumaq istəyirəm”.

Nə qədər qeyri-səmimi, saxta bir açıqlama.

Amma işin ən təəccüblü tərəfi bu deyil, təbii ki. Odur ki, bu müsahibənin yayımlandığı tarixdən cəmi 3 gün sonra Ozan Can yenidən milliyə dəvət alır! Və ona dəvəti Rəşad Sadıqov göndərir. Bütün futbolçu karyerası boyu Azərbaycan futboluna şərəflə, ləyaqətlə, heç bir maddi qarşılıq güdmədən təmənnasız xidmət edən adam. U-21-in yeni baş məşqçisi.

İşinə AFFA müdaxiləmi edib, menecer mafiyası Rəşadıdamı inandırıb, yoxsa həqiqətən Sadıqova səmimi şəkildə elə gəlir ki, bu ölkəyə sırf pula görə gələn, öz şəxsi marağını üstün tutub bizə arxa çevirən, dara düşəndə isə yenidən bizə yarınan Ozan Can kimilər qəfil çönüb olub mələk?

Etmə belə, Rəşad. O komanda, o milli həm də bu vətənə səmimi bağlı olanların yeridi. Sənin və sənin kimilərinin yeridi.

Sən ona görə ordasan. Sənə ona görə inanırlar. Həm də bu ölkəyə pul mənbəyi kimi baxanların, bu komandaya saxta hisslərlə özünü pərçim etmək istəyənlərin qarşısını almaq üçün.

Aydın BAĞIROV
Qol.az



İdman

15.02.2018 | 16:25“Qarabağ”dan atmacalı paylaşım
13.02.2018 | 14:53Karate üzrə milli komandanın yeni məşqçiləri müəyyənləşdi
07.02.2018 | 18:20Sançesə 16 ay müddətinə həbs cəzası
05.02.2018 | 15:20Karateçilərimizdən tarixi nəticə
01.02.2018 | 19:36

“Azərbaycan futbolunda ikinci Rəşad olmayacaq” - Bədavi Hüseynov

31.01.2018 | 16:52

Böyükağa Hacıyevlə “Mardan”da söhbət... - Aydın Bağırovun yazısı

25.01.2018 | 17:33

Fatih Terimlə qanqaraldıcı görüş - Aydın Bağırovun futbol xatirəsi

17.01.2018 | 11:43

“Azərbaycanda işləyəndə gördüm ki...” - Prosineçki

15.01.2018 | 11:55“İrəli” sədri Karate Federasiyanın baş katibi oldu
12.01.2018 | 13:45

Vaqif Cavadova bircə sual - Aydın Bağırovun yazısı

09.01.2018 | 14:42

Belə etmə, Rəşad! - Aydın Bağırovun yazısı

28.12.2017 | 18:56

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi - Siyahı

27.12.2017 | 13:46

Natiq, Müslüm baba və Fatih Terim - Qismət Rüstəmov

26.12.2017 | 10:45“Beşiktaş” Ardanı almaq istəyir?
14.12.2017 | 18:48Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
11.12.2017 | 13:22

Banişevskiyə verilən saxta 50 dollar - Aydın Bağırov

08.12.2017 | 09:30“Qızıl top”un sahibi bilindi
06.12.2017 | 01:43“Qarabağ” “Roma”ya uduzdu
01.12.2017 | 15:21

Autizmli gənc və uşaqlar arasında ilk atletika yarışı - Fotolar

28.11.2017 | 13:49

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

25.11.2017 | 22:23Messi "Barselona" ilə yeni müqavilə imzaladı
22.11.2017 | 22:50“Qarabağ” “Çelsi”yə uduzdu
18.11.2017 | 20:41Şahin Diniyev istefa verdi
17.11.2017 | 11:35Türkiyənin keçmiş qol kralı həbs edildi
13.11.2017 | 09:44Ronaldo 4-cü dəfə ata oldu
11.11.2017 | 15:30

FİFA-dan yenilik: Aut atışı ayaqla olacaq

06.11.2017 | 23:37Şahmatçılarımız Avropa çempionu oldular
06.11.2017 | 22:44Pirlo futboldan getdi
03.11.2017 | 12:35

Qurban Qurbanov millinin baş məşqçisi oldu

02.11.2017 | 17:02Almeyda Messi və Neymarı qabaqladı