380x80 400x80

Əsnəmək beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur

Elm

09.01.2018 | 09:49 Oxunub: 54


Əsnəmək canlılara xas olan xüsusiyyətdir, ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla 6 saniyə çəkir. Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnəmək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.

Epilepsiya, ensefalit, serebrovaskulyar çatışmazlıqda, serebral ateroskleroz, beynin arxa çuxurundakı şişlər zamanı baş verən əsnək patoloji əsnəklərə aid edilir.

Əsnəmək daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq istəyindən baş verir. Qanın tərkibində karbon qazı artanda beyinə və ağ ciyər əzələlərinə müəyyən siqnallar göndərilir və bunun nəticəsində dərin əsnək əmələ gəlir.

Əsnəmək də gülmək kimi keçicidir. Qarşıdakı insan əsnəyəndə o biri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi "güzgü-neyron" sistemi ilə həyata keçirir. Həmin "güzgü-neyronlar" bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.

Beyində hipotalamus vasitəsilə idarə olunur və həmin mərkəz ümumilikdə lamisə orqanlarını idarə edir, həmçinin duyğularla da əlaqədardır. Ürək sıxılanda, yəni hansısa problem olanda və yaxud durğun vəziyyət zamanı hipotalamus mərkəzinə siqnallar gedir və əsnəmə başlayır. Əsnəmək heyvanlarda və quşlarda da mövcuddur. Alimlərin fikrincə, insan beyni kompüter kimi işləyir: məsələn, o qızanda pis işləməyə başlayır və bu zaman əsnəmək böyük miqdarda qanın və daha sərin havanın gəlişini təmin edir, bunun nəticəsində beynin fəaliyyəti yaxşılaşır”.



Elm

13.02.2018 | 00:48Karl Qustav Yunqu necə oxumalı?
10.02.2018 | 21:40

Plagiatlığın qurbanı olmuş Azərbaycan və Şərq alimləri - Siyahı

10.02.2018 | 15:44Mobil telefon beyin xərçəngi yaradır?
04.02.2018 | 17:39Xərçəngin müalicəsində Moerman pəhrizi
04.02.2018 | 09:49Lütfi Zadə kimdir?
03.02.2018 | 14:40

Yazıçı Pərvin “İlin gənc alimi” seçildi - Fotolar

01.02.2018 | 01:06

Türk kültürü boyunduruq altında - Rəsulzadənin bilinməyən məqaləsi

31.01.2018 | 20:53

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

31.01.2018 | 17:46

Maarifçilik tariximizdə layiqli yer tutan fədakar qadın: Pəri Topçubaşova

30.01.2018 | 21:52Kosmosda ilk hospitalı BƏƏ açacaq
25.01.2018 | 21:50Çinli alimlər meymunu klonlaşdırdılar
23.01.2018 | 14:50

Orfoqrafiyanın qızıl qaydası - Mövqe

22.01.2018 | 17:45Yeniyetməlik dövrü 24 yaşa qədər davam edə bilər
22.01.2018 | 11:54Orfoqrafiya qaydaları ilə bağlı redaktə və təkliflər
18.01.2018 | 17:54Dilçi alim “əsgər”in “əskər” olmasını istəmir
17.01.2018 | 19:34

Orfoqrafiya lüğətindən hansı sözlər çıxarılır? - Siyahı

16.01.2018 | 09:48

Bəzi sözlərin yazılışı dəyişdi

15.01.2018 | 19:56Qida yağlarının ən faydalısı hansıdır?
15.01.2018 | 09:43

“Allah” sözü nə vaxt böyük, nə vaxt kiçik yazılmalı? - Ağalar Məmmədov

12.01.2018 | 19:49Anesteziya beyini şikəst edə bilər
12.01.2018 | 11:49“Allah”, “Rəbb”, “Tanrı” sözləri böyük hərflə yazılacaq
12.01.2018 | 10:53

Orfoqrafiya lüğətində hansı dəyişikliklər təklif olunur? - Siyahı

11.01.2018 | 20:50

Nəhəng Çin piramidaları - “Tarixin ağ ləkələri”

10.01.2018 | 14:39Azərbaycan hərb tarixinə dair kitab çap edildi
09.01.2018 | 09:49Əsnəmək beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur
08.01.2018 | 22:48

Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla - Araşdırma

31.12.2017 | 11:49Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul
27.12.2017 | 22:49

Xərçəng xəstəliyinin yaranmasının başlıca səbəbləri

26.12.2017 | 20:20Fənər kimi işıq saçan güllər
18.12.2017 | 18:27Ortaq türk dili ilə bağlı monoqrafiya çap olundu