380x80 400x80

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

Siyasət

07.01.2018 | 15:38 Oxunub: 170


Parafraz Elnur Astanbəylinin təqdimatında "Cümhuriyyətin şifərələri" silsiləsindən növbəti yazını təqdim edir. 

Cümhuriyyət parlamentinin son iclasının stenoqramı belə başlayır:

27 aprel 1920-ci il. Sədr - Məhəmməd Yusif Cəfərov. Katib - Rza bəy Qaraşarlı.

Sədr: Fövqəladə iclas açıq elan edilir. İntixab olunan seçilmiş komissiyanın izahatı müzakirəyə qoyulacaqdır. Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olmağı haqqında fikrinizi bilim. 

Səslər:  Açıq olsun... bağlı olsun... açıq olsun.

Sədr:  Bəlkə, bir şəxs bu haqda danışmaq istəyir? 

Məhəmməd Əmin Rəsulzadə: Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.

Stenoqramın bu yerində mötərizə açılır: Şəfi bəy Rüstəmbəyov, "Azərbaycan" qəzetinin redaktoru ağlayır.

Və mötərizə bağlanır.

Cümhuriyyət haqqında düşünəndə, ya da Şəfi bəyin adına rastlayanda ilk yadıma düşən, ağlıma gələn, daha da da önəmlisi, içimi sızladan, tüklərimi biz-biz edən faktlardan biri budur. 

“Şəfi bəy Rüstəmbəyov, "Azərbaycan" qəzetinin redaktoru ağlayır”.

Hərdən bu günümüzə baxıb, Cümhuriyyət dəyərləri ilə aramızdakı uzaq məsafəni görüb fikirləşirəm: Şəfi bəy hələ də kiriməyib... Hələ də qurumayıb onun göz yaşları... Hələ də ağlayır... 

Şəfi bəyin göz yaşlarının başqa bir anlamı da var.

Biz Azərbaycan SSR Ali Sovetinin son iclaslarını da xatırlayırıq. Kiminsə göz yaşlarına şahid olduqmu? Böyük bir imperiya çökür, onun yüz minlərlə üzvü olan yeganə və hakim partiyasından kimsə buna göz yaşları içində üzülür, ya da etiraz edirdimi?

Cümhuriyyət parlamenti ilə Ali Sovet arasındakı bəhs etdiyimiz fərq, əslində, bir ideologiyaya, bir dünyagörüşə qəlbi ilə bağlananlarla qarnı ilə bağlananlar arasında fərqdir.  

Önəmli not:

“Cümhuriyyət şifrələri” başlığı altında, müxtəlif altbaşlıqlarla oxuyacağınız bu tarixi etüdlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yazılıb.

Müəllif bu tarixi etüdlərdəki bilgilərdə kimlər üçünsə yenilik olmayacağını bilir, onun məqsədi əslində Cümhuriyyətlə bağlı indiyədək sirr olan mətləblərə işıq tutmaq da deyil. 

Bu tarixi etüdlərin, esseciklərin gerçək yazılma məqsədi Cümhuriyyəti sadə, anlaşıqlı, necə deyərlər, “elmi-kütləvi” bir dildə təqdim etməklə bərabər, onun bu günümüz və gələcəyimiz üçün dəyərini, anlamını bir daha gözlər önünə sərməkdir. 

Və əlbəttə, Cümhuriyyətə dil uzadanları, onu xor görənləri, onun əhəmiyyətini azaltmağa çalışanlara nə qədər böyük haqsızlığa qol qoyduqlarını, nə qədər ədalətsiz düşündüklərini mümkün olduğunca anlatmaq, anlatmağa çalışmaqdır.

Elnur ASTANBƏYLİ
Xeber365.com 



Siyasət

13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?

30.11.2017 | 19:38Əfqanıstan prezidenti Bakıdadır
21.11.2017 | 18:33

Bəzi səfirliklər ixtisara salına bilər