380x80 400x80

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

Müsahibə

05.01.2018 | 19:54 Oxunub: 235


Parafraz gənc şair Ulucay Akiflə müsahibəni təqdim edir:

- Ulucay, bugünlərdə şeirinə mahnı bəstələndi. Bunun haqqında bir az danışmağını istəyirəm.

- Bəli, dörd il qabaq yazdığım və ilk şeirlər kitabımda da olan şeirimə mahnı bəstələndi. Şeirin adı “Qanadı qırılmış sətirlər” idi, mahnı kimi isə adı “Danışmadan keç” oldu. Bəstəkarı Murad Zeynal olan mahnını müğənni Niyam Salami ifa etdi. Ötən ilin, noyabrın 27-də klipi media nümayəndələrinə və ictimaiyyətə təqdim olundu. Mənim üçün çox sevindirici hadisə idi. İlk dəfə idi, şeirimə mahnı bəstələnirdi.

- Müğənnilərlə işləmək, şeirlərinə mahnı bəstələnməsi yaradıcılığına, ədəbi karyeranına hansı üstünlükləri verə bilər?

- Reallıq budur ki, indi mahnıların auditoriyası şeirlərin, müğənnilərin auditoriyası isə şairlərin auditoriyasından dəfələrlə çoxdur. Müğənnilərlə əməkdaşlığım bu baxımdan mənə kömək ola bilər. Yəni sözlərim, şeirlərim daha çox insanın qulağına çatar. Həm də mahnıların sözlərini şairlər yazsa, məncə, insanlarımızı bayağı və mənasız mahnılardan xilas edə bilərik.

- Son aylar bir neçə şou xarakterli status və şeirlərlə gündəmə gəldin. İndi nə etmək fikrindəsən? 

- Şou xarakterli statuslar, şeirlər yazmağa bizi insanların özləri məcbur edir, hər nə qədər buna görə şikayətlənsələr də, belədir. Yazıçı yazdıqlarına görə düz-əməlli pul qazana bilmir, heç olmasa daha çox oxunmaq istəyir, axı, stimul verən nəsə olmalıdır. İnsanlarımızın da ciddi yazılar, ciddi mətnlər oxumadığını görən yazıçı kütləyə elə kütlənin istədiyini verir. Bu bəlkə də yazıçıların ən ağrılı mövzusudur. Mən də çalışırdım bu cür diqqət çəkim, amma gördüm, bunun da faydası olmur. O cür yazılarla məni tanıyanların ağlında elə həmin yazılarla qalıram, ciddi mətnlərimə yenə də fikir vermirlər və qərar verdim ki, artıq bu cür yazılar yazmayım.

- "Günəşə atılan mərmilər" kitabın nə dərəcədə uğurlu oldu? Ara-sıra kitab mağazalarından oğurlandığını deyirdin.

- Motivasiya verə biləcək qədər uğurlu oldu. İlk kitabım idi və ölkəmizin standartlarını nəzərə alsaq, yüksək tirajla çap etdim. 500 nüsxə kitab idi və 400-dən çoxu satıldı. Mənə də əsas vacib olan bu marağı görmək idi. İstəmirdim 200 tirajla kitab çap etdirib, hamısını dost-tanışa paylayım. Hə, hədiyyə etməsəm də, oğurlanan kitablar oldu kitab kafelərindən, onlara da halal edirəm. Bu məni daha da sevindirirdi. Çünki özüm də bəzən oxumaq istədiyim kitabları pulum olmayanda oğurlamışam. İndi də oğurlayıram.

- Açığı desək, ədəbi tənqid bu kitab haqqında susdu. Səncə, niyə belə oldu?

- Tam susduğunu demək olmaz. Məsələn, dəyərli tənqidçimiz Əsəd Cahangir bu kitabımdan sonra məni “İlin gənc şairi” adlandırdı. Həm ədəbiyyatçılardan, yazıçılardan daha çox ədəbi prosesdən kənar insanların, yəni oxucuların diqqətini çəkmək, ya da heç şeir oxumayanlara şeiri sevdirmək istəyirdim. Nəticədə bunu bacardım. Ən azından öz ətrafımda. Ədəbi tənqid isə çox vaxt hansısa maraqlara uyğun davranır.

- Akif Səmədin oğlu olmaq əlavə divident gətirir, ya səni yükləyir? 

- Akif Səmədin oğlu olmaq üstünlük vermir, əksinə, çox sıxır. Akif Səməd mənim atamdır, amma mənim şairim deyil. Tamam fərqli şairlərik və inanıram ki, Akif Səməd məni elə Ulucay Akif kimi sevərdi. Buna görə də heç kim məndən Akif Səməd olmağımı gözləməsin. Azərbaycana bir Akif Səməd bəsdir. Hələ onu dərk edib, layiqincə qiymətləndirsinlər, sonra ikinci Akif Səmədi istəyərlər. Mənsə Ulucay Akif olmaqda israrlıyam.

- Amma başqalarına görə, onun oğlu olmaq səni bir növ ədəbi mühitdə1:0 irəli atıb.

- Düzdür, belə deyənlər də olur. Nəsə uğurumu görən kimi “Akif Səmədin oğlu” deyib, uğuruma kölgə salmağa çalışırlar. Yəni bunu Akif Səmədə olan sevgilərindən etmədiklərini düşünürəm çox vaxt. Məsələn, hansısa tədbirdə şeirimi səsləndirirəm, hamı bəyənir, alqışlayır, tez biri özünü ortaya atır ki, “Ulucay Akif mərhum şairimiz Akif Səmədin oğludur”. Əşi, Akif Səmədin oğluyam, lap yaxşı, camaatın gözləri aydın! Lazım olsa, özüm deyərəm də bunu! Guya bu Akif Səmədi elə çox sevirmiş ki... Ən gülməli isə o olur ki, əksər hallarda məni Akif Səmədin oğlu olduğum üçün hörmət gördüyümü deyənlər Akif Səməddən heç iki bənd bilmirlər. Yəni sadəcə hardansa eşidiblər deyə, elə bunu deyirlər.

- Akif Səməd daha çox etirazçı idi. Sənsə bir çox məsələlərə loyal yanaşırsan. Həm də şair kimi üslublarınızda, prioritet mövzularınızda böyük fərqlər var. Bu fərqliliklərin səbəbi maraqlıdır.

- Akif Səmədin oğlu olduğuma görə hər mövzuda onunla  müqayisə olunmağım absurddur. Akif Səməd də, Ulucay Akif də şairdirlər və bu şairlər fərqli dövrlərin, fərqli problemlərin şairləridirlər. Akif Səmədin yaşadığı dövrün siyasi və ictimai proseslərlə Ulucay Akifin yaşadığı dövrün siyasi və ictimai prosesləri fərqlənir deyə, yaradıcılıqları da bir-birindən fərqlənir. Xarakter baxımındansa Akif Səmədlə çox oxşar cəhətlərim var.

- Qadınlardan tez-tez status yazırsan. Elə təsəvvür yaradırsan, qadınlar səndən ötrü sinov gedir. Sən Allah,doğrudan elədir?

- Qadınlara aid çox yazıram, bu normaldır, çünki kişiyəm. Kişilərə aid çox yazsaydım bu daha qəribə olardı. Qadınları tam tanımıram və onları kəşf etməyə çalışıram. Elədir, qadınlar məndən ötrü sinov gedirlər, mən də bütün qüsurlarına, əskikliklərinə baxmayaraq qadınları sevirəm.

- İkinci Gənc Ədiblər Məktəbində göründün. İndisə üçüncüdəsən. Bəlkə ömür boyu gənc ədib olmaq fikrin var?

- İkinci Gənc Ədiblər Məktəbində üzv kimi yox, izləyici kimi iştirak edirdim. Ədəbi mühit deyilən şeyi öyrənməyə çalışırdım. Kimlərin nə yazdığını, necə yazdığını yaxından görmək, bilmək istəyirdim. Üçüncü Gənc Ədiblər Məktəbində isə artıq iştirakçıyam. Ömür boyu gənc ədib olmaq fikrim yoxdur, amma həmişə gənc ruhlu şair kimi qalmaq istəyirəm, lap 70 yaşım olanda da.

- Saytlarda tez-tez rast gəlirik. Ədəbiyyatımızın "ən"ləri seçimləri keçirilir. Bəs sənin "ən"lərin kimlərdir? Elə bugünkü gənclərdən danışaq...

- Gənclər arasında bəyəndiyim şair və nasirlər çoxdur. Düzünü desəm, müasir şairlərimizin yaradıcılığı mənə nasirlərimizin yaradıcılığından daha uğurlu görünür. Poeziyamızı çox bəyənirəm. Hətta bəlkə məni bu fikrimə görə qınayacaqlar, amma müasir poeziyamızın, yəni, 50-60-cı illərdən başlayan poeziyamızı ümumi Azərbaycan poeziyasının zirvəsi hesab edirəm. Son illərin şairlərindən isə Şəhriyar del Gerani, Emin Piri, Qismət Rüstəmov, Tural Turan, Ramil Əhməd və bir neçə adı indi yadıma gəlməyən şairlərimizi oxumaqdan zövq alıram. Nasirlərimiz haqqında isə hələ fikir demək istəmirəm.
Bəlkə dostların olduğuna görə onlardan danışdın indi? Çünki bu tip sorğularda əksər müəllliflər belə edirlər.

- Sadaladığım şairlərlə dost münasibətim var, bəli, amma bir məsələ də var ki, adlarını çəkdiyim şairlərlə dost olduqdan sonra tərifləməyə başlamamışam, əksinə, şeirlərini sevəndən sonra dostlaşmışam.

- Yaradıclığında özünə əminlik hiss olunur. 

Bunun səbəbi şair olmağa çalışmamağımdır. Yəni sadəcə özümü ifadə etmək üçün yazıram. Bunu ruhum tələb edir, nə qədər şablon səslənsə də, belədir, yazanda ruhum dincəlir. Ona görə də mənfi fikirlər məni narahat etmir. Mənfi fikirlər deyirəm ha, tənqid yox. Yaradıcılığına əminliyi olmayanlar isə istəyərək yox, zorla yazanlardır.

Parafraz



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk