380x80 400x80

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

Müsahibə

03.01.2018 | 09:45 Oxunub: 135


Parafraz gənc nasir, esseist Günel Eminlinin müsahibəsini təqdim edir:

– Yaxın zamanlarda ilk kitabınız – "Cənnətdə payız” işıq üzü gördü. Öncə bu münasibətlə sizi təbrik edirəm. Kitabdakı bütün yazıları oxuyandan sonra bir oxucu kimi düşündüm ki, kitabda adını verdiyiniz eyniadlı hekayədən daha yaxşı esse və hekayələriniz var. Deyəsən, "Cənnətdə payız”ı sırf poetik olduğuna görə kitabınıza ad kimi seçmisiniz...

– Təşəkkür edirəm. Nədənsə bu sualı gözləyirdim. "Cənnətdə payız”  10-11 illik yaradıcılıq dövrümdə yazdığım ilk hekayəmdir. Təbii ki, insan yazdıqca az-çox püxtələşir. Bu mənada "Cənnətdə payız”dan sonra daha yaxşı hekayə və esselərim olub. Sadəcə ilk kitabımın adıyla ilk hekayəmin adı həmahəng olsun istədim.

– Kitab bizi "Silvanin faciəsi” ilə qarşılayır. Əlbət, bilirəm, bu, sadəcə bir obrazdır, amma həyatınızda eşqi, biri tərəfindən o hekayədəki qız kimi sevilməyi dörd dil bilməkdən daha vacib tutduğunuz anlar olubmu?

– Silva dostlarıma da, oxuyucularıma da maraqlı obrazdır. Bəzən soruşurlar ki, bu hekayədəki Silva sənsən? Bunlar sənin başına gələnlərdir? Mən də bir az intriqa yaradaraq cavab verirəm ki, "burada mənə aid nələrsə var, amma qalanını özünüz fikirləşin”. Suala gəlincə, yox, həyatımda belə bir an olmayıb.

– "Naxış”sız çılçıraq” hekayənizdə maraqlı bir alleqoriyadan istifadə etmisiniz. Günel xanım, əşyaların da ruhu olduğuna inanırsınız? Onlar da insanlar kimi sevinə, kədərlənə bilirlərmi?
 
– Nənəmin vəfatından sonra yazdığım "Qəfil iyun gecəsi” adlı essemdə bir cümlə var: "İnsan gedəndə onun üçün ən çox əşyaları darıxır”. Səhv etmirəmsə, türkiyəli rejissor Nuri Bilgə Ceylanın belə bir fikri var ki, insan ölər, o qədər də pis olmazsan, amma onun stulun üzərindəki pencəyinin duruşu ürəyini ağrıdar. Bu mənada əşyaların ruhu olduğuna inanıram.

– Bəs əşyalarla bağlı hansısa belə xatirəniz varmı?

– Çağan İrmakın məşhur "Issız adam” filmindəki qadın obrazı ikinci əl kitablardakı qeydləri toplayırdı. Bir ara mən də bukinistləri gəzib, belə qeydlər yığdım. Amma sonra düşündüm ki, bu, maraqlıdır, amma mənə məxsus deyil. Daha sonra əlimə haradansa bir manat pul keçdi və üzərində bir qeyd var idi: "Əziz bu pulu tapan şəxs, mən sənə xoşbəxtlik arzulayıram”. Bundan sonra başladım belə pulları yığmağa. Bu yaxınlarda tapdığım bir pulun üzərində də hərbi xidmətdə olan əsgərin ilk maaşıyla bağlı qeydi var idi. Digərində "əgər bu pul sənə qayıtsa, deməli, sən mənə mütləq zəng edəcəksən” yazılmışdı. Düzdür, bu cür pulları toplamaq olmur, gərək özü səni tapsın, amma yenə də əşya kimi mənə çox dəyərlidirlər. Heç inanmıram ki, dünyada belə kolleksiyası olan adam var (gülür).

– Kitabınızda ən sevdiyim hekayələrdən biri "Qəribə qız” oldu. Hekayədə çox məşəqqətli ömür sürən Sara xanımın buna baiskarın qəbrinə quru, kifli çörəyi qəzəblə vurması epizodu var. Sizcə, ədəbiyyat da belə bir "qəzəb”dən yaranıb? Sözlər də yazarlarınmı quru çörəyidir?
 
–Ədəbiyyat, yaradıcılıq barədə elə yazarlar danışıb ki, mənim bura yeni nə isə əlavə etməyim o qədər doğru alınmaz. Amma sırf o hadisə ilə bağlı deyə bilərəm ki, hekayədə hər nə qədər təxəyyül məhsulları olsa da, Sara xanım həqiqi obraz – filosof Heydər Hüseynovun qızıdır. Onun haqqında danışmaq mənim üçün çox ağırdır... Məsələn, bu hekayədə Sara xanıma sevgimi sözlə ifadə etmişəm. Ona görə də istərdim ki, ədəbiyyat sevgidən yaransın. Mən yazar kimi humanistəm. Hətta, düşünürəm ki, pis insan yoxdur, pis tərbiyə olunmuş insan var.

– "Şabalıd qoxulu İstanbul” essenizdə diqqətimi cəlb edən bir məqam var: rəsmlərin otel mədəniyyətinə aid edilməsinin təhqir sayılması. əksəriyyət düşünür ki, bu, müştəri məmnunluğuna hesablanır. Siz necə fikirləşirsiniz, sənət məhz bu mənada hesablananda öz dəyərini itirirmi?
 
– Sənət çox geniş məfhumdur. Faruk Cimokun o rəsmlərini oteldə seyr edəndə ancaq səthi qatı görmək olurdu, dərində – alt qatda hansısa mesaj yox idi. Sənətin mütləq sözü olmalıdır. Bu dünya üçün deməyə sözün yoxdursa, sadəcə məmnuniyyət üçün nə isə yaradırsansa, qalıcı olmaq şansın azdır.
 
–  "Bir fotoluq intihar” essenizi xatırladım: yaradıcılığınızın manifesti dəyərindədir sanki: "İş, kariyera, qazanc, mükafat naminə quzğuna dönməyək. Olmazmı?”.
 
–  Mən son dövrlər sosial araşdırmalarla, dünyanın inkişaf xətti ilə bağlı maraqlanıram. Və çox qəribə hadisələr baş verir. Məsələn, Dubayda robot vətəndaşlıq hüququ alır, Elon Musk insanları Marsa köçürmək istəyir və s. Bir sosioloq məqaləsində yeniyetmələrə belə bir məsləhət verib ki, gələcək üçün elə peşə seçin ki, robotlar onu bacarmasın. Belə bir dövrdə ədəbiyyatın sıradan çıxmamağı üçün nələrsə etməliyik. Özüm bununla mübarizə aparmaq üçün evimin yarısını kitabxana etmişəm. Öz övladlarıma hər gün kitab oxuyuram, gözləri görəcəyi hər yerə kitabları yığıram. Amma, deyəsən, bu, qarşısıalınmaz kütləvi bir prosesdir. Amma çox istərdim ki, sənət hər zaman yaşasın. Mənim çox sevdiyim bir neyropsixoloq var Tatyana Çerniqovskaya. O yazır ki, insan sevgidən, kindən, ehtirasdan, mərhəmətdən ibarətdir. Amma elələri qarşıma çıxır ki, onlar hələ robot deyil, amma artıq insan da deyil. Konkret məqsədləri, planları olan bu "insanlar” hər hansısa iş görüşməsinə gedəndə yolda köməyə ehtiyacı olan birini görsə, dayanıb kömək etməyəcək. Çünki ağlında həmin günün planında bu hadisə yoxdur. Bununla bağlı mənə çox təsir edən bir əhvalatı danışmaq istəyirəm. Bu yaxınlarda Rusiyada 32 yaşlı bir qadın komaya düşür. Çox yaxşı bir neyropsixoloq gətirirlər qadın üçün. Həkim əlindən gələni edir, amma vəziyyət ümidsiz idi. Birdən həkim soruşur ki, bu qadının uşağı varsa, gətirin bura. Uşağı gətirirlər otağa və həkim onu vurur. Uşağın ağlaması ilə birgə qadın oyanır (kövrəlir). Həyat təkcə məqsədlərdən ibarət deyil, hislər, duyğular önəmlidir. Sevgi yaşadıqca ədəbiyyat əbədi olacaq, heç vaxt sıradan çıxmayacaq.

– "Rudi” essenizdə məşhur rəqqas Rudolf Nuriyev Parisdən anasına zəng edərkən soruşduğu bir cümləni "Ana, sən mənə başqa sual vermə, sadəcə  soruş ki, burada xoşbəxtsənmi: Günel xanım, burada – ədəbiyyatda xoşbəxtsinizmi?
 
– Rudi mənim üçün baletin Allahıdır. O, Rusiyadan imiqrant kimi gedib qayıtmayan və şöhrət tapan ilk insandır. Ən böyük arzularımdan biri də Parisdə Sent Jenevyev de Buada Rudolfun məzarını ziyarət etmək və bu yaxınlarda Böyük Teatrda Kiril Serebrinnikov tərəfindən səhnəyə qoyulan "Nureyev” tamaşasına baxmaqdır. Ədəbiyyatda xoşbəxt olmağımla bağlı bunu deyə bilərəm ki, mən çox sahəyə meyl edirəm, amma ədəbiyyat yaşam tərzidir. Ədəbiyyatda özümü həm rahat, həm də xoşbəxt hiss edirəm.

Artkaspi.az



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk