380x80 400x80

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

Siyasət

31.12.2017 | 09:54 Oxunub: 76


Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.

25 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. 

Elə həmin il Azərbaycan Milli Şurasının israrı və tövsiyəsi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub.

O vaxtdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.



Siyasət

23.02.2018 | 13:47

Rəsulzadənin Stalinə məktubu - Mətn

21.02.2018 | 16:28Test ucun yazilmis xeber
13.02.2018 | 22:53

Qaradağa Heydər Əliyevin adı verilsin - Təklif

08.02.2018 | 13:37

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

08.02.2018 | 09:49

YAP-ın qurultayı keçirilir

06.02.2018 | 22:36

“Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib” - MSK sədri

06.02.2018 | 21:45Seçkiqabağı təşviqatın başlama və bitmə müddəti məlum oldu
06.02.2018 | 20:23Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planı qəbul edildi
06.02.2018 | 19:32

MSK növbədənkənar prezident seçkilərini aprelin 11-nə təyin etdi

05.02.2018 | 20:15

Seçkilər niyə apreldə keçirilir? - Rəsmi

31.01.2018 | 22:49

Məhəmməd Əmin Rəsulzadə - kiçik ölkənin böyük şəxsiyyəti

31.01.2018 | 18:27Mirhəsən Seyidov: “Azərbaycanın gənclər siyasəti bir çox ölkələrə nümunədir”
31.01.2018 | 10:32Rəsulzadənin anadan olmasından 134 il ötür
29.01.2018 | 12:42

Mərkəzi Cümhuriyyət Parkı salına bilər

26.01.2018 | 16:45

Düşüncədəki reallıqlar - Pərviz Sadıqov

26.01.2018 | 14:38Lənkəran hadisələrindən 28 il ötür
22.01.2018 | 20:46

Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

22.01.2018 | 14:38AŞPA-nın yeni prezidenti seçildi
21.01.2018 | 17:30Ərdoğandan 20 Yanvar paylaşımı
21.01.2018 | 15:37

Rəsmi Bakıdan “Zeytun Budağı” açıqlaması: “Terrorun kökü kəsilməlidir”

20.01.2018 | 09:4820 Yanvar faciəsindən 28 il keçir
19.01.2018 | 09:49

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” - Rəşad Məciddən təklif

16.01.2018 | 13:47Xalq Cümhuriyyətinin İranla münasibətlərinə həsr olunmuş kitab
13.01.2018 | 21:26Cümhuriyyət nazirinin səsini radiodan eşidən qardaşnəvəsi...
07.01.2018 | 15:38

Şəfi bəyin qurumayan göz yaşları... - Cümhuriyyət-100

31.12.2017 | 09:54

Dünya azərbaycanlılarının Həmrəylik günüdür

16.12.2017 | 19:48Mehriban Əliyeva ordenlə təltif edildi
15.12.2017 | 19:41Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü?
01.12.2017 | 18:52

Oqtay Əsədovdan xəbərdarlıq: "Telefonda qurdalanmağı yığışdırın!"

01.12.2017 | 10:40

Türkiyədən Ermənistana təyyarə rəysi açılacaq?