380x80 400x80

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk

"Gecə oxusu" rubrikası

Müsahibə

31.12.2017 | 01:49 Oxunub: 109


Parafraz "Gecə oxusu" rubrikasında Slate.com-a istinadən İsaak Çotinerin “Mən sual verməliyəm” rubrikasının qonağı Nobel mükafatçısı, “Qar”, “Mənim adım qırmızı” kimi romanların müəllifi, Orxan Pamukla müsahibəsini təqdim edir:

- Orxan bəy, salam. İşlər necə gedir, nə ilə məşğulsuz hazırda? 

- Salam. Bu dəqiqə İstanbuldan bir saatlıq məsafədə olan adadayam. Səhərlər üzürəm. Sonra bu bağ evində səhərdən gec saatlara qədər işləyirəm. Bu müsahibədən sonra, günün sonunda yenidən üzməyə gedəcəm. Burada gün artıq bitmək üzrədir.

- Müsahibələrinizdən birində gündə 10 saat işlədiyinizi oxumuşdum. Bu, həqiqətən hələ də belədir?

- Əlbəttə. İşləməkdən məmnunam. Qurğu romanı yazarkən, bunu iş kimi görmürəm, çünki özümü bütün günü oyuncaqlarıyla oynayan balaca uşaq kimi hiss edirəm.

- Qurğu olmayan romanlar yazarkən yazmağın bir iş olduğunu düşünürsüz?

- Yox, indi qurğu romanı yazıram. Düşüncələrim çox vaxt qurğudan kənar gerçəklərlə deyil, nələrsə icad etməklə məşğuldur.

- Doğrudur, bəs qurğu olmayan roman yazarkən bu sizə iş gördüyünüz hissini verir?

- Daha çox jurnalistlik etdiyim hissini verir. İndi bu yaşımda yazmaq istədiklərimi yazıram və bu, həmişə oyun, icad etmə, əyləncə hissini verir. Tamamilə xoşbəxt yazıçıyam.

- Sonuncu romanınızı yazarkən keçən proses ilk dəfə başladığınızda yaşanan prosesdən nə ilə fərqlənir? 

- 40 il öncə yazmağa başlayarkən, daha epik, daha panoramik, bəlkə də daha eksperimental idim. Ancaq bu dəfə içində metafizika və fəlsəfə olan qısa roman yazmaq istədim. Quyu qazma ustası və onun şagirdi haqqında hardasa gerçək hekayə danışmaq istədim. Bu insanları 1988-ci ildə yaşadığım yerin yaxınlığında müşahidə etmişəm. Ora da ada idi və kitablarımdan birini yazırdım. Sonuncu  köhnə dəbli quyu qazanlar idilər və hələ də İstanbul ətrafında işləyirdilər. Çünki, xüsusən, 70-80-ci illərdə su xətləri yox idi, su əldə etmək üçün hər kəs quyu qazırdı. Onlar quyu qazarkən mən də quyu qazan ustayla onun şagirdi arasındakı ata-oğul münasibətini müşahidə edirdim. Yaşlı qoca şagirdinə öyrədərkən bağırıb-qışqırır, həm də onu qoruyur, nəvaziş göstərirdi. Hər gün gecələr şəhərə gedərkən bunu müşahidə edirdim. Onlar arasındakı münasibət məni mütəəsir etdi, bəlkə də çox vaxt yanımda olmayan, heç vaxt məni yoxlamağa çalışmayan ata tərəfindən yetişdirldiyimə görədir. Atam belə idi - haqqımda çox şey bilmirdi. 

- Atanız sağdır, yoxsa...

- Yox, vəfat edib.

- Nə vaxt?

- 20 il əvvəl.

- Qurğu romanlarınızı heç oxuyub?

- Hə, o məni dəstəkləyirdi. Nobel mükafatını qəbul etmə nitqini atamın çemodanı haqqında yazmışdım. O da şair olmaq istəyirdi. Şeir yazardı. Uğurlu alınmırdı, ancaq uğurun arxasından da qaçmırdı. Ölümündən əvvəl mənə yazdıqlarını verdi, mən də bu yazılar haqqında məqalə yazdım. Eyni zamanda, bu, poetik məqalə idi.

- Yazılarınızı ilk dəfə oxuyanda nələr hiss etdiyinizi xatırlayırsız?

- O çox mehriban, hörmətcil idi. Məni tənqid etməməsindən çox təsirlənmişdim. Mən və qardaşlarımla bir dahiymişik kimi rəftar edirdi. Atamla bu münasibətim bu kitabın süjetini də təyin etdi. Duyğusal və şəxsi cəhətləriylə bərabər “Qırmızısaçlı qadın” eyni zamanda Sofoklun atanın oğul tərəfindən öldürülməsinə dayanan “Çar Edip” və iranlı şair Firdovsinin “Rüstəm və Söhrab”ın hekayəsini anladan və bu dəfə atanın oğulu öldürməsi ilə Edipin bənzəri sayıla biləcək klassik hekayəsi “Şahnamə”nin və ya “Krallar kitabı”nın qurğu tipli müqayisəsidir. Bu dəfə oğul öldümə cinayəti. Bunlar Qərb və İslam mədəniyyətinin klassik mətnləridir. Bilirsiniz ki, hər il Kolumbiya Universitetində bir semestr dərs deyirəm. Uiniversitetin “Batler” kitabxanasının başında böyük hərflərlə “Sofokl, Aristotel, Platon və Şekspir” yazılıb. Kolumbiya klassikləri öyrətməkdə uğurludur. Özümə “Bəs Şərq klassikləri?” -  deyə, sual verdim. Çar Ediplə müqayisə edə biləcəyimiz bir kəs...

Biz Edipi fərdiyyətçiliklə əlaqələndirməyə meyilliyik, çünki atasını öldürüb və hörmət görməkdə davam edir. Oğlunu öldürən Rüstəmi avtoritarizmlə əlaqələndirməyə meyl edirik. Niyə? Çünki Firdovsinin “Şahnamə”si tamamilə atanın oğlunu öldürməsi qanuniləşdirilməyə yönəlib. Düşünürəm, biz modernlər də Sofoklun "Çar Edip"ində oğlun atasını öldürməsini qanuniləşdirməyə çalışmaq kimi oxuyuruq. Edipə hörmət duyuruq. İztirabını mərhəmətlə anlayırıq. Bununla da qanunları çiynəməsinə hörmət edirik. Ona görə bu haqda yazmaq istədim – atalar-oğullar, atanın yoxluğu-oğulun fərdiyyəti.

- Əsərlərinizi hansı ölçüdə görürsüz? Şərqlə Qərb arasındakı körpü demək istəmirəm ancaq...

- Hə, sualınızı anladım.

- Buyurun.

Bunu şüurlu olaraq etmək istəmirəm. Eynisi doxsanların ortalarından, xüsusilə, ikiminlərin əvvələrindən romanlarım tərcümə olunmağa başlananda da oldu. Hər kəs məni “Şərqlə Qərb arasında körpü” adlandırmağa başladı. Bunu sevmədim. Niyə? Çünki əsərlərimi ölkəmi digərlərinə izah etmək üçün yazmıram. Çox dərin səbəblərə görə - bəlkə də özümü sadəlövhlüklə aladıram - yazıram.  Eyni şəkildə İstanbul yazıçısı olaraq da deyildi. Hə, əlbəttə, mən İstanbul haqqında yazıram. Bütün həyatım İstanbulda keçdi. 65 yaşındayam və demək olar 65 ildir bu şəhərdə yaşayıram. Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma bunu özümü məcbur etdiyim proqram çərçivəsində etmirəm, “Hə, indi İstanbul yazıçısı olum”. Digər yazıçılar kimi tanıdığım insanlar haqqında yazırdım və bəli, insanlıq haqqında yazırdım, amma bəli, insanlığa İstanbulda rast gəldim, dolayısilə də İstanbulun yazıçısıyam.  İkiminlərin əvvəllərində məni körpü adlandıran həqiqi beynəlxalq tənqidçilərin bundan vaz keçdiyini fərq etdim. Sonra İstanbul yazıçısı deyə, çağırmağa başladılar. Bu da proqramladığım şey deyildi, ancaq bu yaşadıqlarımdan çox şey öyrəndim. Körpü olmaq, öz dünyamı dünyanın geri qalanına anlatmaq, yox, mən hekayələr yazıram. Sonda uğurlu olduğunda, bu hekayələr nəyisə izah edir. Ancaq bu məqsəd deyil. Mənim məqsədim körpü olmaq deyil.

- Özünüzü avropalı hesab edirsiz?

- Hə, bütün türklər kimi həm avropalıyam, həm də Türkiyəyə məxsusam. Həm sekulyar, həm də İslam mədəniyyətinin müasir daşıyıcısıyam. Dindar deyiləm, sekulyaram, ancaq bu mədəniyyətə məxsusam. Hə, eyni zamanda, ikiminlərin əvvəlində Türkiyənin Avropa Birliyinə qatılmasını siyasi cəhətdən dəstəkləməyə cəhd göstərmək - bəlkə də boş cəhd idi - anlamında avropalı olduğumu qürurla söyləyə bilərəm. Yaxşı vaxtlar idi, işlər sonradan pisləşdi. İndi Türkiyə ciddi namizəd deyil və Avropa ilə davamlı olaraq intriqa halındadır. Buna görə çox üzgünəm.

- Çevrilişdən və ya mövcud hökumətə qarşı çevriliş cəhdindən xəbər tutduqda ilk emosional reaksiyanız nə oldu?

- Çevrilişdən xəbər tutmadım. Ona real olaraq baş verəndə baxırdım. 21:20-də başlayanda mediadan xəbərləri izləməkdə idim, internetdən, daha çox televiziyadan izləyirdim. Olanları heyrət və dəhşətlə izləyirdim. Gecə üçə qədər baxandan sonra əsgərlərin uğursuz olacağını başa düşüb, yuxu həbi içdim. O qədər gərgin haldaydım ki, yata bilməyəcəyimi anladım. Cəhdin uğursuz olmasından çox məmnun idim. Küçələrə çıxan və tankları saxlayan o cəsur insanlara minnətdar idim. O insanlar sənin, mənim kimi Qərbi Avropalı anlamında liberal deyildilər, ancaq Ərdoğanı, ya onların partiyasını və ya da özlərinin demokratiyasını müdafiə edirdilər. Mənim liberal dəyərlərimi qorumurdular, ancaq dolayı yolla da olsa Türkiyənin demokratiyasını qorudular. 

- İndi də eyni şeyləri hiss edirsiz?

- Yox, indi eyni şeyləri hiss etmirəm. Həmin insanlara minnətdaram, ancaq hökumət hərbi çevrilişdən liberalları təmizləmək üçün istifadə etdi. Hökuməti tənqid edən insanların çoxu dövlətdən kənarlaşdırıldı. 40000 insan, eyni zamanda, 140 jurnalist həbsdədir. Türkiyədə qurğu kitabları yazmaq problem deyil, ancaq jurnalistlər və siyasi tənqidçilər kimi siyasətə meylli işlər gördüyünüzdə başınıza dərd aça bilərsiz , ya da…

- Siyasət və tarix haqqında danışarkən sizin üçün başağrısı olmuşdu...

- Hə. Mənim də romanlarıma görə yox, müsahibələrim və bəzi söylədiklərimə görə hökumətlə başım dərd çəkmişdi. Siyasətlə bağlı şərhlərimi soruşurlar hər zaman. 1930-cu illərin Sovetlər Birliyi və ya Almaniyasında yazıçıların qarşılaşdığı, hətta bəzən, ümumiyyətlə, əlinə qələm almağa çətinlik çəkən  köhnə tipli təzyiq və stereotipləri bilirsiz. Kafka tipli romanlar yaza bilərsiz, heç kim sizə qarışmaz, hökuməti tənqid etmədiyiniz vaxt boyunca. Ancaq əgər hökuməti tənqid etsəz - bəzi dostlarım hökuməti tənqid etdiyinə görə həbsdədir. Türkiyədə bir çox cəsur insanlar var. Türkiyə sadəcə iqtidar partiyası, Ərdoğan, ya da AKP-dən ibarət deyil. Cəsur liberallar, qorxmadan mübarizə aparan insanlar var. Son seçimdə hökumət tərəfi 51% səs toplarkən, qarşı tərəf 49% səs topladı. Bu, hətta maraqlı vəziyyətdir. Ona görə də buradayam və bura təbii ki, mənim ölkəmdir.

- Ərdoğanı roman obrazı olaraq...

Yox , yox, yox. Bu istiqamətdə getmək istəmirəm. Hə, kitabım haqqında danışaq.

- Yaxşı, əvvəlki kitabınızla bağlı sual verə bilərəm?

- Hə, nə istəyirsiniz. Təbii ki.

- “Qar” romanınızda belə sitat oxumuşdum. Obrazlardan biri deyirdi: “Qərbləşmiş hər kəsin, xüsusən, xalqı alçaldan, burnu havada aydınların nəfəs ala bilməsi üçün sekulyar orduya ehtiyacı var...”

- (Gülür) Bəli.

- “... Yoxsa fanatik dindarlar onları və boyalı xanımlarını küt bıçaqla doğrayar”. Bu sətirləri eşitdiyinizdə nə hiss edirsiz?

- Birinci bunu deyim ki, bu sözlər FBI agentinə bənzər işlə məşğul olan obraz tərəfindən söylənir. 

- Hə, bu obrazdır.

- Bu insan gənc solçulara: “Siyasi İslamçılarla pis rəftar edir deyə, hökuməti tənqid etməyin. Onlar ölkə İran kimi olmasın deyə, belə edir”, - deyir. Ancaq unutmayın ki, bu adam sağçıdır və FBİ agentinə bənzər iş görür: bütün müxalifləri tək-tək izləyib, hökumətə müxalif olmamağı təlqin edir.

Gördüyünüz kimi, işlər qarışıqdır. Hansı tərəfin haqlı olduğunu anlamaq o qədər də asan deyil. İntuisiyam isə: “Kitablarını yaz, kitablarınla məşğul ol, kitablarınla maraqlan, özünün, dostlarının – və ya hər kəsin – ifadə azadlığını qoru. Bu, mənim utopiyam, yaşam tərzimdir. Bundan artığını tələb etmirəm. Məndən siyasi dəyərləndirmələr istəməyin. Mənim dəyərləndirməm kitab yazmağa davam etmək, ifadə azadlığını, dostlarımın ifadə azadlığını, hər kəsin ifadə azadlığını qorumaqdır. Təbii ki, özümünkünü də.

- Köhnə müsahibələrinizdə Türkiyədə mədəniyyətin hələ də sekulyarlar tərəfindən təmsil olunduğunu söylədiyinizi oxumuşam. Bu dəyişib?

- Mustafa Kamal Atatürkün sekulyarlaşma, modernləşmə layihəsi; jurnalistlikdə, reklamçılıqda, modern əlaqədə böyük, zəngin və qarışıq miras buraxdı. Bu sahələr qərbləşmiş insanlar tərəfindən idarə olunur. Hətta iqtidarın da onların dəstək və yardımına ehtiyacı var. Söylədiklərimlə bunu nəzərdə tuturdum

- Ölkədə baş verən dəyişiklik, bir yazıçı kimi layihələrinizi dəyişdirdi?

- Gözəl sualdır.

- Ah, təşəkkürlər. Nəhayət.

- Əlbəttə, bir yazıçı kimi dəyişirəm , ancaq yazmağa olan qətiyyətim – ya da yazmağa duyduğum sevgi  və ya qurğu sənətinə olan qara sevdam – hələ də yerindədir. İlk illərimdə qurğu romanlarımı şeir kimi yazırdım. Hər sətri, hər sözü, hər cümləni sonuncuymuş kimi fikirləşirdim. Eksperimental, postmodern, modern olmağa çalışırdım. Yəni eksperimental nə varsa etməyə çalışırdım. Həmçinin ilk əsərlərimdə mədəniyyətimiz, insanlarımız, orta sinif, yüksək sinif, sekulyar, qərbləşmiş, avropalı, İstanbul türkləri haqqında yazırdım. Belə böyümüşdüm , ona görə də bunlar haqqında yazırdım. Hətta “Qırmızısaçlı qadın” belə, qismən bu insanlar haqqındadır, qismənsə yox – Türkiyənin böyük çevrəsini əhatə edir. Bəhs etdiyim daha geniş çevrə ilə bağlı getdikcə daha çox yazmağa başladım. Təkcə sekulyar və burjua İstanbulundan deyil, İstanbulun 40 illik epik inkişafı ilə bağlı olan kitabımda, “Beynimdə qəribəlik”də daha böyük, daha məşhur İstanbul haqqında yazdım. Yeni kitabım, bu qısa roman da yenə dəyişiklik – poetik dəyişiklik haqqında və həmçinin, bir nəsil ata-oğul haqqındadır. Əslində bu 200 səhifəlik kitab 3 nəsillə hesablaşır.

- PEN üçün Arthur Miller və Harold Pinterlə birlikdə bir araşdırma heyətinə qatılmışdınız. 80-ci illərdə...

- Hə. 1985-ci ildə, bu səfər uğurlu alınan hərbi çevrilişdən sonra bir çox yazıçı, insan hüquqları fəalları, solçular həbsə atılmışdı. Beynəlxaq PEN, PEN America və Helsinki İzləmə Təşkilatı, beynəlxalq ifadə azadlığı izləmə komitələri, Artur Miller və Harold Pinteri Türkiyəyə göndərdilər. Səlis ingilis dilim və gənc, perspektivli yazıçı olduğumdan məni rəhbər olaraq təyin etdilər. Dörd gün onlarla dostluq etmək çox sevindirici idi. Bir çox insan həbsdəykən biz böyük zövq alırdıq. 

- Eynisini indi də hiss edirsiz? 

- Eynisini və hətta daha pisini. Niyə? Çünki o zaman tunelin sonunda işıq vardı. Hərbi çevrilişlərə alışmışdıq. Ancaq daha çox azadlığımız varkən geriyə getdik. Həyatımda belə şey olmamışdı. 5 il öncə 8 il öncə Türkiyə tarixində ifadə azadlığı anlamında ən yaxşı dövrü yaşayırdıq və buna görə çox xoşbəxt idim. Hökumətlə bəzi problemlərim vardı, ancaq elə də vecimə deyildi. Optimist idim çünki gələcəyə inanırdım. Ancaq indi hələ də gələcəyi görə bilmirəm və üzülürəm. Ancaq mənə görə çox narahat olmayın. Kitablarımı yazıram. Mənim üçün narahat olmayın. 

- İnanın, sizin üçün narahat deyiləm, dərs demək, ya da başqa səbəblərə görə, ABŞ-a, Avropaya gələndə Qərbin Türkiyəyə baxışının dəyişdiyini hiss edirsiz? İnsanlar sizinlə Türkiyə haqqında daha fərqli danışırlar?

- Çox qarışıq vəziyyətdir. İlk dəfə, 1985-ci ildə ABŞ-a  gələndə əvvəlki xanımım doktorluq müdafiə edərkən və Nyu-Yorkda “New York Times”da, məsələn , zəlzələ haqqında 12-ci səhifədə balaca xəbər çıxanda, nyu-yorklu türklər “New York Times”dakı xəbəri gördün?” demək üçün bir-birinə zəng edurdilər. Bundan çox qürurlanardılar. Bu gün, daha doğrusu, son üç ildir ki, Türkiyə ilə bağlı xəbərlər çıxır. Türkiyəni görünüşü çox artıb. Bu, eyni zamanda, dəyişiklik idi. Başlanğıcda maraqlıydı. Çünki İslam demokratiya və modernliyi bir araya gətirib, Avropaya doğru irəliləyirmiş kimi görünürdü. Bu yaxşıydı. Ancaq son üç ildə işlər tərsinə döndü, avtoritarlığa doğru gediş var. Jurnalistlər, yazıçılar həbs edilir, demokratiyanın çərçivəsi getdikcə daralır. Liberallar - təhsilli, qərbləşmiş insanlar - xoşbəxt deyil, “İndi nə olacaq deyə?” düşünürük. Əhvalımız budur. Əslində bütün bu baş verənlərə görə, daha çox işləyir, yazıram. Çünki xəbərlərlə üz-üzə qalmaq sıxıcıdır. 

- Başladığımız yerdə bitirmək üçün – iş yerində və ya bağ evinizdə işləyərkən internetdə vaxt keçirirsiz? Necə işləyirsiz?

- Təbii ki, internetin də olduğu bağ evindəyəm. Həmçinin oxumaq və izləmək istədiyim bir çox kitab və DVD-ləri bura gətirdim. Bütün bu kitablarla, filmlərlə özümü xoşbəxt və xüsusi hiss edirəm. Qadın dostuma dediyim kimi, insan kitablarla filmlərlə, ya da yazdığı zaman xoşbəxt olarkən gunahkarlıq hissindən qurtulmur. Çoxlu günahsız insanlar əssasız şəkildə həbs olundu. Gunakarlıq hiss etməmək imkansızdır. Bunu həll yolum, dayanmadan işləmək və digərlərinə yardım etməyə çalışmaqdır. Başqa yol yoxdur. 

- İzləyicilərimizə hansı kitab və DVD-ləri oxuyub, izlədiyinizi, zəhnət olmasa, deyin. Maraqlı olacağına əminəm.

- Ah (gülür). Mayk Layın “Naked” filmini bilirsiz. Uzun illərdir, baxmamışdım. “Ah, bunu izləməmisən? Buna baxmalıyam” dedim. Həmçinin , illər əvvəl böyük İtalyan rejissor Luçino Viskonti “II Gattopardo (Leopard)” adlı film çəkmişdi... 

- “Lampedusa”, düzdür?

Hə, “Lampedusa” romanına əsasən. Bir həftə sonra mənə Sicilyada “Lampedusa” mükafatını verəcəklər, növbəti həftə isə Palermoya gedəcəyik. Ona görə də filmə yenidən baxırıq. Gözəl romanın əsasında çəkilən gözəl filmdir. Rollarda Bart Lençester , Klaudiya Kardinal və Alen Delondur, ancaq romanların filmlərdən daha yaxşı olduğunu unutmayın. Məni yanlış anlamayın.

- Əks nümunələr yoxdur? Əsasında çəkildiyi romanlardan daha yaxşı olan film...

- (Gülüşürük) Hə, bir neçəsi ola bilər.

- The Godfather…

- Sizinlə söhbət etmək gözəl idi.

- Mənim üçün də gözəl oldu. Üzməkdən həzz alın.

-  Çox təşəkkür edirəm. Sağ olun.

- Sağ olun.

- İndi üzməyə gedirəm. Çox təşəkkür edirəm. Sağ olun.

Avqust, 2017
İngiliscədən tərcümə: Səbinə RƏHİMLİ



Müsahibə

16.02.2018 | 21:43

“Ramiz Rövşən mənə qiymət vermək üçün çox köhnədir” - Rasim Qaraca

16.02.2018 | 11:22

“Mənim musiqi hekayəmin qəhrəmanı özüməm” - 14 yaşlı musiqiçi ilə müsahibə

15.02.2018 | 15:32

“Əhmədiyyə Cəbrayılovun miflərə ehtiyacı yoxdur” - Şahin Sinaria

14.02.2018 | 13:49

“Əllərimi göyə açıb deyərdim, Allah, sənə min şükür!” - Dədə Süleyman

14.02.2018 | 09:53

“Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur, amma...” - Səlim Babullaoğlu

13.02.2018 | 09:51

“Mən qadının işləməsinin əleyhinə olmuşam” - Yazıçı Əfqanla müsahibə

12.02.2018 | 11:40

“Bu sözləri zorla dəyişmək olmaz” - İsa Həbibbəyli ilə müsahibə

11.02.2018 | 11:45

“Kütləni aldatmaq lazımdır” - Şərif Ağayarla müsahibə

10.02.2018 | 01:18

“Tərcümə etmək öz əsərini yazmaqdan çətindir” - Həmid Piriyevlə müsahibə

06.02.2018 | 12:34

“Həyatımda qırmızı işıqların sayı çox olub, amma... - Rafiq Əzimovla müsahibə

04.02.2018 | 21:52

“Müharibə kütlənin özünə hörmət səbəbidir” - Dostoyevski ilə müsahibə

01.02.2018 | 09:49

“Formalaşmağımda atamın kitabxanasının böyük rolu olub” - Müsahibə

29.01.2018 | 22:54

“Varlılara neqativ münasibət həsəddən yaranır” - Hadı Rəcəbli ilə müsahibə

28.01.2018 | 15:52

“Elə bilirlər, Almaniyada yel əsib, qoz tökülür” - Aqil Abbasla müsahibə

25.01.2018 | 15:50

“Şah İsmayıl şiə deyil” - azərbaycanlı tarixçi ilə müsahibə

24.01.2018 | 22:21

“Azərbaycan ədəbiyyatının bu günü normal görünmür” - Ceylan Mumoğlu

24.01.2018 | 19:53

“Şair xalqın hökmranı olmalıdır ki...” - Sabirin Salman Mümtaza müsahibəsi

22.01.2018 | 21:20Hacı İsmayılov: “İnsansevərlik məni həmişə uduzdurur”
22.01.2018 | 19:30

“Məni ədəbiyyata kimsə gətirməyib” - “Dr. Səid”in müəllifi ilə müsahibə

22.01.2018 | 15:56

“Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü” - Fəzail Ağamalı ilə müsahibə

19.01.2018 | 10:44

“Ölüm hökmü üzünə oxunan adamam” - Akif İslamzadə ilə müsahibə

17.01.2018 | 13:53“Orfoqrafik qaydaların birmənalı qarşılanmaması komissiyanı narahat etmir”
16.01.2018 | 20:39

“Dilimiz Dilçilik İnstitutunun ümidinə qalmayıb” - Sabir Rüstəmxanlı ilə müsahibə

11.01.2018 | 21:53

“Qarabağ atlarının vətəni işğal altındakı Qarabağ torpaqlarıdır” - Müsahibə

10.01.2018 | 21:52

“Bəzi tənqidçilər özlərini qız kimi aparırlar” - Emin Piri ilə müsahibə

08.01.2018 | 13:45

“Dedim, bir də Qənirə xanımın bu haqda yazısı çıxsa...” - Rəşad Məcid

08.01.2018 | 09:48

“Nazim Hikmət təpədən-dırnağa qədər sevdadır, amma...” - Müsahibə

05.01.2018 | 19:54

“Qadınlar məndən ötrü sinov gedirlər” - Ulucay Akiflə müsahibə

03.01.2018 | 09:45

“Dünya üçün deməyə sözün yoxdursa...” - Günel Eminli ilə müsahibə

31.12.2017 | 01:49

“Hekayələrimin İstanbul haqqında olması qaçınılmazdır, amma...” - Orhan Pamuk