380x80 400x80

Qarabağ - Mina Rəşidin essesi

"Gecə oxusu" rubrikası

Dağlıq Qarabağ

29.12.2017 | 00:29 Oxunub: 190


Mina RƏŞİD

Dekabrın 28-i Xankəndinin erməni silahlı qüvvələri tərəfindən işğal günüdür. Parafraz bu münasibətlə "Gecə oxusu" rubrikasında tanınmış şair Mina Rəşidin "Qarabağ" essesini təqdim edir: 

... Bircə söz yazılmışdı önündəki qapının üzərinə. Onun üçün Qarabağ təkcə söz deyildi. Ona görə əl atıb açdı qapını. Ürəyi atlandı doğma sözün havasından. Elə bildi qapını açanda doğma torpağa qədəm basacaq, şəhid atasının qəbrini qucacaq, dəmir vaqonda qəriblikdə can verən anasının laylasını duyacaq. Nə biləydi başına gələcəkləri...

İçəri keçdi, üzündə sevinc, qəlbində ümid, elə həyəcanlı ki, işıqdan gözləri parlayırdı. O an qarşısına bir qadın cıxdı, üz-gözündən kin-kidurət tökülürdü. Üzünə nə qədər süni təbəssüm versə də alınmırdı. Əsl küpəgirən qarı idi durmuşdu qarşısında. Ancaq onun gözləri işıqdan tutulmuşdu. Eybəcər, xain, nankor üzləri görmək istəmirdi. Qarabağa gəlmişdi... Birdən solğun üzlü, nursuz, elə o küpəgirən qarı kimi rola girmiş ruhsuz-cansız müdir gəldi. İlahi, o, Qarabağ adının izi ilə gəlib hara çıxmışdı, bu doğma sözün arxasında nə qədər yad, yalançı, xain adamlar varmış, gözlərinə inana bilmirdi... Demə, qapının üzərində yazılmış Qarabağ sözü saxta bir reklam imiş. Onun kimi təmiz ürəkli, Yurd nisgilli adamları tora salıb haqqını tapdalamaq, ədalətsizlik, nankorluq varmış bu reklamın arxasında...    

... Onun üçün adamlar da Qarabağdı, yurdun bir parçasıdı, havasıdı, suyudu. Amma sən demə, adını Qarabağ qoymaqla dönüb Qarabağ olmazmış adam, lap qarabağlı olsa da...

... Özünü bir anda bayıra atdı və baş götürüb qaçdı qaça bildikcə. Hava çox isti idi. Amma onu yandıran yalançı, yandırıcı “Qarabağ” havası idi. Gözlərindən süzülən isti göz yaşları od kimi yanağını yandırırdı. Birdən dayandı, özünə baxdı, ağlamaqmı? Kimsənin yanında ağlamazdı. “Bu da keçər”- deyə, tez özünü ələ aldı. O qapıdan və bütün düşməndən Qarabağı azad etməliyik, mütləq edəcəyik deyə, düşündükcə qəlbinə  sanki işıq düşdü...

Mina RƏŞİD



Dağlıq Qarabağ

19.02.2018 | 17:48“Övladımın şəhidliyi mənə minlərlə oğul qazandırdı”
17.02.2018 | 09:44Qaradağlı qətliamından 26 il ötür
15.02.2018 | 13:46

Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

13.02.2018 | 18:33

Xramortda 5 gün: Düşmənin gözünə dik baxan bayraqdar

12.02.2018 | 20:44

Cəbhədə təxribat: düşmən avtomobilini yandıraraq geri çəkildi - Video

07.02.2018 | 13:40

Mübariz İbrahimovun son məktubu - Anım

04.02.2018 | 13:41

Amerikalı həmsədr Azərbaycandadır

02.02.2018 | 15:50

“Ya general olacağam, ya da şəhid” - Mühüd Orucov

26.01.2018 | 15:24Daşaltı əməliyyatından 26 il ötür
19.01.2018 | 18:40Əsgərimiz şəhid oldu
18.01.2018 | 18:34

Nazir ingiliscə Qarabağdan danışdı

18.01.2018 | 09:47

Göydən 5 rayon düşdü - Aqil Abbas

29.12.2017 | 00:29

Qarabağ - Mina Rəşidin essesi

28.12.2017 | 09:48Xankəndinin işğalından 26 il ötür
14.12.2017 | 16:49

Yaşar ürəklərdə adı Əliyarın... - Milli Qəhrəmanın doğum günüdür

14.12.2017 | 12:25Əsgərimiz şəhid oldu
06.12.2017 | 09:51

Bu gün Məmmədyarov və Nalbandyan bir araya gələcəklər

29.11.2017 | 19:47

Çavuşoğlu həmsədrlərlə bir arada

28.11.2017 | 14:55Hərbçimizin meyiti qaytarıldı
28.11.2017 | 12:40

Əsgərimizin meyiti Ermənistan tərəfindən götürüldü

22.11.2017 | 16:52

"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir"

20.11.2017 | 12:42

Nazir: “Həmsədrlər dəfələrlə qeyd ediblər ki...”

20.11.2017 | 10:49Qarakənd faciəsindən 26 il ötür
16.11.2017 | 21:42

ABŞ həmsədrlikdən çəkilir? - Rəsmi

16.11.2017 | 18:48

Məmmədyarov Nalbandyanla görüş təklifini qəbul etdi

06.11.2017 | 13:54Cənubi Qafazda “erməni amili”nin yaranması
02.11.2017 | 12:23

Tehran sammiti: Rusiya və İran işğalçıya təsir edəcəkmi?

29.10.2017 | 09:36Zəngilanın işğalından 24 il ötür
23.10.2017 | 12:44Şəhidimiz dəfn edildi
22.10.2017 | 22:24Əsgərimiz şəhid oldu